Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2544/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ”Ventto Elektroniks” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 20,46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 86,74 (səksən altı manat, yetmiş dörd qəpik), xx.xx.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 233 (iki yüz otuz üç) manat əsas, 31,98 (otuz bir manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, cəmi 264,98 (iki yüz altmış dörd manat, doxsan səkkiz qəpik) manat borc, hər iki müqavilə üzrə ümumi 351,72 (üç yüz əlli bir manat, yetmiş iki qəpik) həmçinin 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 128086 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 400,02 (dörd yüz manat, iki qəpik) manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 33,34 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 08-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 10 ay toplam olaraq 333,69 (üç yüz otuz üç manat altmış doqquz qəpik) manat ödəniş etmiş və qalıq qalmış 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 130742 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 479 (dörd yüz yetmiş doqquz) manata nisyə mobil telefon satmışdır. Cavabdeh müqavilə bağlanarkən 111 manat ilkin ödəniş həyata keçirmiş, qalan 468 manat məbləğində pulu hər ay 39 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 16-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 06 ay toplam olaraq 235 (iki yüz otuz beş) manat ödəniş etmiş və qalıq qalmış 233 (iki yüz otuz üç) manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilələrin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə onlara məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmış və nəticədə xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas, həmin gün üçün hesablanmış 16,83 (on altı manat səksən üç qəpik) manat (33,34 x1%=0,33 x 51gün = 16,83) cərimə borcu, cəmi 83,11 (səksən üç manat, on bir qəpik) manat borc, xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən 233 (iki yüz otuz üç) manat əsas, həmin gün üçün hesablanmış 16,77 (39 x1%=0,39 x 43 gün = 16,77) manat cərimə borcu olmaqla cəmi 249,77 (iki yüz qırx doqquz manat, yetmiş yeddi qəpik) manat ümumi borc, ümumi 332,88 (üç yüz otuz iki manat, səksən səkkiz qəpik) manat borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış nəticədə xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas, xx.xx.2022-ci il tarixədək (müqavilə müddətinin sonunadək) hesablanmış , 20,46 (iyirmi manat, qırx altı qəpik) manat (33,34 x1%=0,33 x 62 gün = 20,46) cərimə borcu olmaqla cəmi 86,74 (səksən altı manat, yetmiş dörd qəpik) manat borc, xx.xx.2021-ci il tarixdə bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən 233 (iki yüz otuz üç) manat əsas, xx.xx.2022-ci il tarixədək hesablanmış 31,98 (39 x1%=0,39 x 82 gün = 31,98) manat cərimə borcu, cəmi 264,98 (iki yüz altmış dörd manat, doxsan səkkiz qəpik) manat borc, ümumi 351,72 (üç yüz əlli bir manat, yetmiş iki qəpik) manat borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 128086 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh "xxxx" MMC-dən qiyməti 400,02 (dörd yüz manat, iki qəpik) manata mobil telefon nisyə almış, həmin məbləği isə 12 ay müddətinə hər ay 33,34 manat aylıq ödəniş etməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 130742 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh «Ventto Elektroniks” MMC-dən qiyməti 479 (dörd yüz yetmiş doqquz) manata nisyə mobil telefon almışdır. Cavabdeh müqavilə bağlanarkən 111 manat ilkin ödəniş həyata keçirmiş, qalan 468 manat məbləğində pulu hər ay 39 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 16-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda da iddiaçı «Ventto Elektroniks” MMC Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 20,46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 86,74 (səksən altı manat, yetmiş dörd qəpik), xx.xx.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 233 (iki yüz otuz üç) manat əsas, 31,98 (otuz bir manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, cəmi 264,98 (iki yüz altmış dörd manat, doxsan səkkiz qəpik) manat borc, hər iki müqavilə üzrə ümumi 351,72 (üç yüz əlli bir manat, yetmiş iki qəpik) borcunun yarandığını iddia edir və bu məbləği, habelə dövlət rüsumu qismində ödədiyi 30 (otuz) manat məbləğində pulu tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 4239.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, cavabdehdən xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 20,46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 86,74 (səksən altı manat, yetmiş dörd qəpik), xx.xx.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 233 (iki yüz otuz üç) manat əsas, 31,98 (otuz bir manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, cəmi 264,98 (iki yüz altmış dörd manat, doxsan səkkiz qəpik) manat borc, hər iki müqavilə üzrə ümumi 351,72 (üç yüz əlli bir manat, yetmiş iki qəpik) iddiaçı «Ventto Elektroniks” MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 20,46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 86,74 (səksən altı manat, yetmiş dörd qəpik), xx.xx.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 233 (iki yüz otuz üç) manat əsas, 31,98 (otuz bir manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, cəmi 264,98 (iki yüz altmış dörd manat, doxsan səkkiz qəpik) manat borc, hər iki müqavilə üzrə ümumi 351,72 (üç yüz əlli bir manat, yetmiş iki qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC -nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 799, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,28 (altmış altı manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 20,46 (iyirmi manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 86,74 (səksən altı manat, yetmiş dörd qəpik), xx.xx.2021-ci il tarixli digər nisyə alqısatqı müqaviləsi üzrə 233 (iki yüz otuz üç) manat əsas, 31,98 (otuz bir manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, cəmi 264,98 (iki yüz altmış dörd manat, doxsan səkkiz qəpik) manat borc, hər iki müqavilə üzrə ümumi 351,72 (üç yüz əlli bir manat, yetmiş iki qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2544/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2544/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver