Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2583/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə (Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Maraqlı şəxs QSC Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracı barədə 18 may 2018-ci il tarixli, 62 №-li protokolun etibarsız hesab edilməsi və həmin əmlaka dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli 2(041)-2674/2016 №-li qətnaməsi ilə iddiaçı Maraqlı şəxs QSC-nin ona va qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia tələbinin qismən təmin edilərək, ondan va X3 50.139 ABŞ dolları pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 21 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli 2(041)-2674/2016 №-li qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra hərəkətləri Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh təşkilat “X5” MMC-nin 18 may 2018-ci il tarixli Hərracın yekunları barədə 62 №-li protokolundan açıq-aydın görünür ki, cavabdeh təşkilat qətnamə qanuni qüvvəsini almamış, məhkəmə prosesləri getdiyi vaxt ona xəbər vermədən Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin 449/1 №-li 09 fevral 2018-ci il tarixli məktubuna əsasən ona məxsus Kürdəmir rayonu Xırdapaya kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyriyaşayış binasının hərracını keçirmişdir. Cavabdeh tərəfindən ona məxsus olan sözügedən qeyriyaşayış binasının ilkin qiyməti "xxxx" MMC tərəfindən 06 dekabr 2017-ci il tarixli hesabata əsasən ilkin hərrac 15% endirilməklə təkrar hərrac keçirilmiş, lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Maraqlı şəxs QSC-nin 17 may 2018-ci il tarixli məktubuna əsasən (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə istinadən) ipoteka predmeti 25% aşağı qiymətlə tələbkara qaytarılmışdır. Bundan sonra həmin əmlak tələbkar Maraqlı şəxs QSC-nin balansına qəbul edilmişdir. Göründüyü kimi, ona məxsus olan sözügedən qeyri-yaşayış binası ilə bağlı hərracın keçirilməsi haqqında 18 may 2018-ci il tarixli 62 №-li protokol qanunvericiliyin tələbləri pozulmaqla təsdiq edilmiş və bu səbəbdən də həmin protokol etibarsız hesab edilməli, hərracın nəticələri ləğv edilməklə, əmlak yenidən qiymətləndirilməli və yenidən hərrac keçirilməlidir. Belə ki, hərrac təşkilatçısı hərracın keçirilməsi vaxtı müəyyən edilərkən onu lazımi qaydada məlumatlandırmamış, hərrac keçirilən zaman ipoteka predmetinə dair münasibətinin bildirilməsinə lazımi şərait yaradılmamışdır. Bununla da “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydaları haqqında müddəaları pozulmuşdur. Hərrac keçirilən zaman ona məxsus əmlakın həqiqi bazar dəyəri, tərəfindən aparılmış yaxşılaşdırma və yenidənqurma işlərinin həqiqi dəyəri nəzərə alınmamış, nəticədə əmlak həqiqi dəyərindən də aşağı məqsədyönlü şəkildə tələbkara təklif edilmişdir. Cavabdeh şirkət protokolda qeyd edir ki, 18 may 2018-ci il tarixdə tələbkarın 17 may 2018-ci il tarixli, 6956 №-li məktubu əsasında əmlakın qiyməti 25% aşağı salınaraq tələbkara qaytarılmışdır. Halbuki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi 16 avqust 2018-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi hərrac keçirilən zaman bu fakt nəzərə alınmamışdır. Hesab edir ki, iddiaçı iddia ərizəsində öz vəsatətini də göstərə bilər. Belə ki, Kürdəmir rayon İcra və Probasiya Şöbəsi də üçüncü şəxs qismində işə cəlb olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X6 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı hərracın yekunları barədə 18 may 2018-ci il tarixli 62 №-li protokolun etibarsızlığı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş ertmişdir. Hərrac keçirilərkən İddiaçı bildirişlər göndərilmiş, o, hərracların keçirilməsindən xəbərdar olmuş və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razlığa gəlmək üçün cəhdlər etsə də nəticə olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin qeyd edilən normasına əsasən İddiaçı iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur. Belə ki, iddiaçı 4 ildən sonra məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, həm də iddia müddəti tətbiq olunmaqla iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İddia ərizəsinin tam əsassız olduğu iddiaçıya da aydındır, iddianı verməkdə məqsəd bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq, icra sənədinin icrasına mane olmaq və əlavə vaxt qazanmaqdır. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Maraqlı şəxs QSC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd etdi ki, iddiaçı hərracın yekunları barədə 18 may 2018-ci il tarixli 62 №-li protokolu rəsmi olaraq 2019-cu ilin mart ayında almışdır. Qanunvericiliyə əsasən hər hansı aktın etibarsızlığını tələb etmək üçün müddət 1 (bir) ildir. Üçüncü şəxsin müddətin buraxılması ilə bağlı məhkəməyə verdiyi ərizə əsassız olduğundan qəbul edilməməlidir. İddiaçı 24 may 2019-cu il tarixdə Kürdəmir rayonu Xırdapaya kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracı haqqında 18 may 2018-ci il tarixli, 62 №-li protokolun etibarsız hesab edilməsi və həmin əmlaka dair çıxarışın ləğv edilməsi haqqında iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və bir neçə məhkəmə prosesindən sonra əmlakın qiymətləndirilməsi ilə bağlı hakim Kəmalə Əmirxanovanın 2(005)-2873/2019 №-li 24 iyul 2019-cu il tarixli qərardadı ilə sözügedən əmlak "xxxx" MMC-nə göndərilmiş və əmlakın dəyəri 201.000 (iki yüz bir min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında və dünyada yaranmış pandemeya ilə əlaqəli icraat dayandırılmışdır. İddiaçının ərizəsi əsasında 24 may 2022-ci il tarixdə iş yenidən icraata qəbul edilmişdir. Qeyd olunanlara əsasən üçüncü şəxsin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin qəbul edilməməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia tələbini yazılı etiraz təqdim edərək, bildirmişdir ki, 62 №-li protokol və müqavilə 18 may 2018-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 4 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmişdir. Bundan başqa, iddiaçı 2020-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə eyni iddia ilə müraciət etmiş, məhkəmənin 22 yanvar 2020-ci il tarixli 2(005)-119/2020 №-li qərardadı ilə iddiaçının məhkəməyə gəlməməsi səbəbindən iş baxılmamış saxlamışdır. Göründüyü kimi, iddiaçı həmin vaxt da hərrac barədə məlumatlı idi. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-nə qarşı iddiasına iddia müddətini tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Capitals Auction” MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinin surətinə əsasən cavabdehlər İddiaçı, X1 və X7 müştərək qaydada 26R000004898 saylı kredit razılaşması üzrə 22.286,88 ABŞ dolları əsas borc, 6898 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 31.184,88 ABŞ dolları, 26R000005166 saylı kredit razılaşması üzrə 14.353,37 ABŞ dolları əsas borc, 3201,60 ABŞ dolları faiz borcu, 1400 ABŞ dolları cərimə olmaqla, cəmi 18.954,97 ABŞ dolları, ümumilikdə 50.139,85 ABŞ dollarının, habelə bildirişlərin qeydə alınmasına görə 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Maraqlı şəxs QSC-nə ödənilməsi, ipoteka predmeti İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdeh İddiaçıya olan borcunun ödənilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası satıldıqdan sonra 1 ay ərzində İddiaçı və X4 həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 18 may 2018-ci il tarixli 62 №-li Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18 may 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli icra vərəqəsi və Kürdəmir rayon icra və probasiya şöbəsinin 449/1 №-li 09 fevral 2018-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası 63.750 manata Maraqlı şəxs QSC-nə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 oktyabr 2019-cu il tarixli QXM 280/M №-li qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2873/2019 №-li 24 iyul 2019-cu il tarixli qərardadına əsasən Kürdəmir rayonu Xırdapay kəndində yerləşən qeyri-yaşayış binasının 31 oktyabr 2019-cu il tarixə bazar dəyəri 201.000 manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına və çıxarışın ləğvinə nail olmaqdır. Ona görə də hazırkı mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi əmlakın hərrac vasitəsilə alqı-satqısı zamanı ehtimal olunan hüquqlarının pozulmasından 2019-cu il tarixdən – yəni əmlaka dair hərracın nəticələrinin etibarsızlığı barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırdığı vaxtdan məlumatlı olmuşdur. Belə ki, mülki işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2873/2019 №-li 24 iyul 2019-cu il tarixli qərardadına əsasən (hakim Kəmalə Əmirxanova) iddiaçının mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 176,4 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının bazar qiymətinin müəyyənləşdirilməsi müstəqil qiymətləndirici "xxxx" MMC-nə həvalə edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 oktyabr 2019-cu il tarixli QXM 280/M №-li qiymətləndirmə rəyinə əsasən Kürdəmir rayonu Xırdapay kəndində yerləşən qeyri-yaşayış binasının 31 oktyabr 2019-cu il tarixə bazar dəyəri 201.000 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2020 №-li 22 yanvar 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, iddiaçı məhkəmə iclasında verdiyi yazılı çıxışlarında hərracın yekunları barədə 18 may 2018-ci il tarixli 62 №-li protokolu 2019-cu ilin mart ayında rəsmi olaraq əldə etdiyini bildirmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Mülki Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə iş materialları ilə sübut olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2674/2016 №-li 08 dekabr 2016-cı il tarixli icra vərəqəsi və Kürdəmir rayon icra və probasiya şöbəsinin 449/1 №-li 09 fevral 2018-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmiş, iddiaçı 2019-cu ilin mart ayında hərracın yekunları barədə protokolu rəsmi şəkildə əldə etmiş və xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın etibarsızlığını mübahisələndirmişdir. Lakin iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2020 №-li 22 yanvar 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmış, həmin tarixdən 23 may 2022-ci il tarixədək olan müddət ərzində iddiaçı icraatın təzələnməsi ilə bağlı məhkəməyə müraciət etməmiş, 23 may 2022ci il tarixdə eyni iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmiş, bununla da əqdin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddəti ötürmüşdür. Məhkəmə o cümlədən iddiaçının istinad etdiyi hallara - “hərrac təşkilatçısının hərracın keçirilməsi vaxtını müəyyən edərkən onu lazımi qaydada məlumatlandırmaması, hərrac keçirilən zaman ipoteka predmetinə dair münasibətinin bildirilməsinə lazımi şərait yaradılmamasına” münasibətdə qeyd edir ki, bu dəlillər iddiaçının Bank qarşısında öz öhdəliklərinin yerinə yetirilməsindən yayınma üçün istinad edilən formal dəlillərdir ki, həmin əsaslara görə hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda, məhkəmə həmin istinad olunmuş dəlillər üzrə əlavə hər hansı araşdırma aparılmasına lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə (Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2583/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2583/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver