Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-264/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC cəlb edilməklə) qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Banka ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9 (doqquz min) manat hissəsi, cədvəldən kənar ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2019-cu ildən xx.xx.2030-cu il tarixədək ödənilən 15925 (on beş min doqquz yüz iyirmi beş) manat, ödənilmiş 176 manat dövlət rüsumunun, ümumilikdə isə 28601 (iyirmi səkkiz min altı yüz bir) manat məbləğində pul vəsaitinin xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən Banka ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, cədvəldən kənar Ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi və xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat, ödənilmiş 176 manat dövlət rüsumunun, ümumilikdə 45833.83 (qırx beş min səkkiz yüz otuz üç manat 83 qəp) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, AR-nın Mərkəzi Bankının xx.xx.2003-cü il 73 saylı lisenziyası və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC-nin “Yasamal” filialı, “Yasamal” filialı, xx.xx.2009-cu il tarixli UB-İH/2996 saylı etibarnamə əsasında fəaliyyət göstərən filialın meneceri X2 şəxsində bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı olan, irəlidə Alıcı-İpoteka qoyan adlandırılacaq ünvan 1 ünvanı üzrə qeydiyyata alınmış İddiaçı ikinci tərəfdən, İrəlidə Satıcı adlandırılacaq ünvan 2 ünvanı üzrə qeydiyyata alınmış X3 üçüncü tərəfdən, yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq, 06 iyul 2010-cu il tarixli, 27İKYi/10 nömrəli Alqısatqı və İpoteka müqaviləsi bağlamışlar. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 iyun 2010-cu il tarixli 11/15210 nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 49,36 kv.m olan, ünvan 3 nömrəli binada yerləşən 28 saylı mənzili Alıcı-İpoteka qoyanın İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 54500 (əlli dörd min beş yüz) manatdır, mənzilin dəyərinin 18000 (on səkkiz min) Alıcı-İpoteka qoyanın özü tərəfindən, 36500 (otuz altı min beş yüz) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 05 iyul 2010-cu il tarixli, 27İKYi/10 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.6.2-ci bəndinə əsasən Kreditin qaytarılma tarixi-Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 240 (iki yüz qırx) ay müddətinə 01 iyul 2030-cu il tarixədək müəyyən edilir. Müqavilənin 1.6.4-cü bəndinə əsasən kredit üzrə əsas borc və faizlər növbəti ayın 5-dək aylıq 305,30 (üç yüz beş manat, 30 qəpik) manat məbləğində bərabər hissələrlə ödənilir. Müqavilənin 2.4.1-ci bəndinə əsasən ipoteka predmetinin alınması üçün (ilkin ödəniş) 18000 (on səkkiz min) manat məbləğində vəsait tərəfindən xx.xx.2010-cu il tarixdə (QƏBZ № 33) notariusun depozit hesabına mədaxil edilmişdir. Kreditin (cədvəldən kənar, vaxtından əvvəl) 7000 (yeddi min) manatı isə xx.xx.2012-ci il tarixdə (QƏBZ № 65814) tərəfimdən ödənilmişdir. xx.xx.2012-ci il tarixdən kredit ödənişi müqavilənin 1.6.4-cü bəndində qeyd edilən kimi deyil, hər ay üçün 245 (iki yüz qırx beş) manat təşkil edir. Nəzərinizə çatdırıram ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) mən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah aktı pozulmuşdir. Cavabdeh 25 sentyabr 2019-cu il tarixdən yaşadığı mənzili sərbəst şəkildə tərk etmişdir, yəni bu tarixdən birgə təssərrüfat aparmırıq. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-109/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 28 nömrəli mənzilinə Cavabdeh 2/1-hissədə payı müəyyən edilmiş və onun həmin paya mülkiyyət hüququ tanınmışdır. 2022-ci ildə ünvan 3 ünvanında yerləşən bina söküldüyü üçün, xx.xx.2022-ci il tarixli 27İKYi/10-2 nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka predmeti anası, X4 məxsus Bakı şəhəri, Gen.,Şıxlinski küçəsində yerləşən 36 nömrəli evin, 53 nömrəli mənzili ilə əvəz edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakıları mümkün hesab edir: 06 iyul 2010-cu il tarixli, 27İKYi/10 nömrəli Alqı-satqı və İpoteka Müqaviləsinin 2.4.1-ci bəndinə əsasən ipoteka predmetinin alınması üçün, tərəfindən ilkin ödəniş kimi ödənilmiş 18000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin 9 (doqquz min) manat hissəsi, xx.xx.2012-ci il tarixdə tərəfindən cədvəldən kənar ödənilmiş 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2019-cu ildən xx.xx.2030-cu il tarixədək, 15925 (on beş min doqquz yüz iyirmi beş) manat, ümumilikdə isə 28425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, bildirdi ki, tərəflər 2019-cu ilin sentyabr ayından etibarən birgə təsərrüfat aparmırlar. İddia tələbinin həcminin artırılmasına dair ərizədə cəmi 45833.83 manat tələb edir. Burada ilkin ödəniş, vaxtından əvvəl edilmiş ödənişlər və s. tələb edilir. Hesab edirlər ki, bu ödənişlər ola bilər, lakin nəzərə alınmalıdır ki, həmin ödənişlər birgə nikah dövründə birgə əldə edilmiş vəsaitlər hesabına olmuşdur. Buna görə də həmin vəsaitlərin cavabdehdən tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd edir ki, ekspert ipoteka müqaviləsi üzrə 2019-cu ilin sentyabr ayı üçün borc məbləğini konkret olaraq hesablamışdır. Belə ki, həmin hesablama sırf riyazi baxımından düzgündür, məsələnin hüquqi tərəfinə gəldikdə isə ədalətlilik baxımından tərəflərin hüquqları bərabər bölündüyü üçün vəzifələri də bölünməlidir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə nikahının bağlanması, tərəflərin birgə nikahından 07 noyabr 2017-ci il təvəllüdlü X8 və 05 oktyabr 2010-cu il təvəllüdlü X5 adlı övladları doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın anasının yanında saxlanılmasına dair hallar aşkar olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-213/2020 saylı qətnaməsi) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilməsi, İddiaçı "xxxx" MMC-də 100 manat dəyərində 1 pay hüququna, "xxxx" MMC-də 30 manat dəyərində 30 pay hüququna, ünvan 4 ünvanında yerləşən 28 nömrəli mənzilinə, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0570 ha torpaq sahəsinə Cavabdeh ½ hissədə payı, İddiaçı ½ hissədə payı müəyyən edilsin və onların həmin paya mülkiyyət hüququ tanınması, İddiaçı “X12” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışına görə əldə edilmiş vəsaitin yarısı olan 10000 manat (on min) məbləğində pul Cavabdeh xeyrinə tutulması, ilkin iddia tələbi qalan hissələrdə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş 06 iyul 2010-cu il tarixli 27İKYi/10 saylı Yaşayış sahəsinin Alqı-Satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, satıcı Bakı səhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Kreditin məbləği 36500 manat. Kreditin qaytarılma tarixi 240 ay müddətinə xx.xx.2030-cu il tarixədək. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli 9/1126 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 27İKYİ/10-2 saylı ipoteka müqaviləsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixə (sualda soruşulan tarixə) və xx.xx.2023-cü il tarixə (rəyin tərtib olunduğu tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 21043,32 manat, faiz borcu üzrə 79,50 manat. xx.xx.2023-cü il tarixə 16706,62 manat, 954,13 manat. Məhkəmədə müəyyən edilmişdir ki, Bakı səhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilinə Cavabdeh ½ hissədə payı, İddiaçı ½ hissədə payı mövcuddur. Həmin mənzil tərəflərin birgə nikah dövründə 06 iyul 2010-cu il tarixli 27İKYi/10 saylı Yaşayış sahəsinin Alqı-Satqı və İpoteka Müqaviləsi ilə əldə edilmişdir. Hazırda iddiaçı cavabdehdən mənzilin əldə edilməsi üçün ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, cədvəldən kənar ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi və xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat pul vəsaitinin ödənilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək, ekspert rəyi üzrə 2019-cu il tarixə olan borc məbləğinin bərabər bölünməli olmasını bildirir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 36.5-ci maddəsinə görə məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s) bölünmür və əvəzi ödənimədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə də bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk öncə iddia tələbinin “ilkin ödəniş və cədvəldən kənar ödənilmiş pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından iddiaçı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə qeyd ki, həmin hissədə tələblərə qanuni qüvvəsini almış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ümumi vəsaitləri hesabına əldə etmələri öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının təkrarən həmin vəsaitlərlə bağlı mübahisə etməsinin heç bir hüquqi əsası olmamışdır. Qeyd edildiyi kimi, həmin tələblər, mübahisəli hallar sözügedən qətnamədə ehtiva olunaraq, öz hüquqi həllini tapmışdır. Bununla yanaşı məhkəmə iddiaçının “xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat pul vəsaitinin ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, iddiaçı müvafiq ipoteka müqaviləsi üzrə pul vəsaitini xx.xx.2010-cu il tarixdən başlayaraq tələb etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə bu hissədə də öz mövqeyini yuxarıda qeyd olunanlara istinad edərək, əsaslandırır. Çünki iddiaçının hazırda iddia tələbi sadəcə xx.xx.2019-cu il tarixindən sonrakı müddətlə əhatə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış edərək, bildirir ki, məhkəmədə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında ümumi təsərrüfatın aparılmasına 2019-cu ilin sentyabr ayından etibarən son qoyulmuşdur. Göstərilən xüsusatların kontekstində məsələyə yanaşaraq məhkəmə, mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, həmin ekspertizanın qarşısında aşağıdakı sualın cavablandırılması xahiş olunmuşdur. - 2019-cu ilin sentyabr ayından sonra ödənilmiş əsas borc, faiz borcu və cərimə borcu nə qədər olmuşdur? Ödənişlər həyata keçirildikdən sonra İddiaçı müqavilə üzrə nə qədər borcu qalmışdır? Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli 9/1126 saylı ekspert rəyi ilə "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 27İKYİ/10-2 saylı ipoteka müqaviləsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixə əsas borc üzrə 21043,32 manat, faiz borcu üzrə 79,50 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh isə ½ hissədə payı müəyyən edildiyindən, iddiaçının “ipoteka müqaviləsi üzrə 33157.83 manat pul vəsaitinin ödənilməsi” tələbi xx.xx.2019-cu il tarixə olan ümumi borc məbləğinin, yəni 21122,82 manat pulun ½ hissədə tutulması hissəsində əsaslıdır və 10561,41 manat (21122,82 : 2) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş 176 manat dövlət rüsumunun 135 manat hissəsi iddiaçıya aid edilməli, 41 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin 77 manat hissəsi İddiaçı, 23 manat hissəsi Cavabdeh tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10561,41 (on min beş yüz altmış bir manat, 41 qəpik) manat pul tutulmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı İddiaçı xeyrinə 10561,41 (on min beş yüz altmış bir manat, 41 qəpik) manat pul və 41 manat dövlət rüsumu tutulsun. Mülki iş üzrə ödənilmiş 176 manat dövlət rüsumunun 135 manat hissəsi İddiaçı aid edilsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin 77 manat hissəsi İddiaçı, 23 manat hissəsi Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-264/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-264/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver