Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2657/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, KSK6399398 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532592 saylı, xx.xx.2022-ci il tarixli, KSK6531934 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532448 saylı borc müqavilələrinə əsasən 996 (doqquz yüz doxsan altı) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1026 (bir min iyirmi altı) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla xx.xx.2024-cü il tarixli, 20 ay olmaqla xx.xx.2023-cü il tarixli, 20 ay olmaqla xx.xx.2022-ci il tarixli və 18 ay olmaqla xx.xx.2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 2064 (iki min altmış dörd) manat olan məişət avadanlığı (avadanlqları) əldə edib. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 996 (doqquz yüz doxsan altı) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, KSK6399398 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532592 saylı, xx.xx.2022-ci il tarixli, KSK6531934 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532448 saylı borc müqavilələrinə əsasən 996 (doqquz yüz doxsan altı) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1026 (bir min iyirmi altı) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KSK6399398 saylı, borc müqaviləsinə əsasən cavabdeh dəyəri 720 (yeddi yüz iyirmi) manat olan məişət avadanlığı (avadanlqları) əldə etmiş, 0 AZN ödəniş etməklə qalan 720 manat məbləği 24 ay müddətinə aylıq 30 AZN ödəməyi, xx.xx.2023-cü il tarixli, KSK6532592 saylı saylı borc müqaviləsinə əsasən cavabdeh dəyəri 416 (dörd yüz on altı) manat olan məişət avadanlığı (avadanlqları) əldə etmiş, 16 AZN ödəniş etməklə qalan 400 manat məbləği 20 ay müddətinə aylıq 20 AZN ödəməyi, xx.xx.2022-ci il tarixli, KSK6531934 saylı borc müqaviləsinə əsasən cavabdeh dəyəri 418 (dörd yüz on səkkiz) manat olan məişət avadanlığı (avadanlqları) əldə etmiş, 18 AZN ödəniş etməklə qalan 400 manat məbləği 20 ay müddətinə aylıq 20 AZN ödəməyi, xx.xx.2023-cü il tarixli, KSK6532448 saylı borc müqaviləsinə əsasən cavabdeh dəyəri 510 (beş yüz on) manat olan məişət avadanlığı (avadanlqları) əldə etmiş, 6 AZN ödəniş etməklə qalan 504 manat məbləği 18 ay müddətinə aylıq 18 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, KSK6399150 saylı müqavilə üzrə ödənilməyən əsas borcu 996 (doqquz yüz doxsan altı) manat əsas təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindn müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, KSK6399398 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532592 saylı, xx.xx.2022-ci il tarixli, KSK6531934 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532448 saylı borc müqavilələrinə əsasən 996 (doqquz yüz doxsan altı) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1026 (bir min iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, KSK6399398 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532592 saylı, xx.xx.2022-ci il tarixli, KSK6531934 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532448 saylı borc müqavilələrinə əsasən 996 (doqquz yüz doxsan altı) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1026 (bir min iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2657/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2657/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver