Məhkəmə qərarları › İş №e-2(005)-2723/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2723/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2723/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il,xx.xx.2024cü il,xx.xx.2024-cü il,xx.xx.2203-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehə 5318,15 manat dəyərində məhsullar vеrilmişdir.Müqaviləyə əsasən İddiaçı “müştəri”- Cavabdeh məhsulları verməyi, “müştəri” isə müqavilədə göstərilən müddətdə və qaydada məhsulların dəyərini ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və İddiaçınə olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple 20W USB-C Adapter, Plyonka İstehsalı, Case, İmei Kodu **********57459 İphone 15 PRO markalı telefon üçün 2809.92 (iki min səkkiz yüz doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 280.99 (iki yüz səksən manat,99 qəpik) manat dəbbə,xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən İmei kod **********40580 Samsung Galaxy S24 Ultra markalı telefon üçün 1180.40 (min yüz səksən manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 118.04 (yüz on səkkzi manat, 04 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Xıaomi Mİ 4A Router, İmei Kodu **********89413 Samsung Galaxy A15 markalı telefon üçün, 438.10 (dörd yüz otuz səkkiz manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 43.81 (qırx üç manat, 81 qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG Xboom RNC9 Karaoke üçün, 341.90 (üç yüz qırx bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, 34.19 (otuz dörd manat, 19 qəpik) manat dəbbə ümumilikdə 5318.15 manat borc, 73.19 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, Apple 20W USB-C Adapter, Plyonka İstehsalı, Case, İmei Kodu **********57459 İphone 15 Pro markalı telefon, İmei kod **********40580 Samsung Galaxy S24 Ultra markalı telefon, Xıaomi Mİ 4A Router, İmei Kodu **********89413 Samsung Galaxy A15 markalı telefon, LG XBOOM RNC9 Karaoke və nəticədə 5318.15 (beş min üç yüz on səkkiz manat, 15 qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2839.92 (iki min səkkiz yüz otuz doqquz manat, 92 qəpik) manat (12 ay x 234.16 manat + 30 manat ilkin ödəniş) olan Apple 20W USB-C Adapter, Plyonka İstehsalı, Case, İmei Kodu **********57459 İphone 15 markalı teleüfoçnün ümumilikdə, 3114.51 (üç min yüz on dörd manat, 51 qəpik) manat olmaqla ondan, 2809.92 (iki min səkkiz yüz doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 280.99 (iki yüz səksən manat,99 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2999.99 (iki min doqquz yüz doxsan doqquz manat, 99 qəpik) manat (9 ay x 296.11 manat + 335 manat ilkin ödəniş) olan İmei kod **********40580 Samsung Galaxy S24 Ultra markalı telefon üçün ümumilikdə, 1322.04 (min üç yüz iyirmi iki manat, 04 qəpik) manat olmaqla ondan 1180.40 (min yüz səksən manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 118.04 (yüz on səkkzi manat, 04 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan Xıaomi Mİ 4A Router, İmei Kodu **********89413 Samsung Galaxy A15 markalı telefon üçün ümumilikdə, 505.51 (beş yüz beş manat, 51 qəpik) manat olmaqla ondan, 438.10 (dörd yüz otuz səkkiz manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 43.81 (qırx üç manat, 81 qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1099.98 (min doxsan doqquz manat, 98 qəpik) manat (18 ay x 61.11 manat + 0 manat ilkin ödəniş) olan LG Xboom RNC9 Karaoke üçün ümumilikdə, 376.09 (üç üyz yetmiş altı manat, 09 qəpik) manat olmaqla ondan, 341.90 (üç yüz qırx bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.19 (otuz dörd manat, 19 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2679.57 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 2839,95 manat dəyərində Apple 20W USB-C Adapter, Plyonka İstehsalı, Case, İmei Kodu **********57459 İphone 15 PRO markalı əşyaları “Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir.”Müştəri”- isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. -xx.xx.2024-cü il tarixli, 09432427 saylı müqavilə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 2999.99 manat dəyərində Samsung Galaxy S24 Ultra markalı telefon-əşya “Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir. ”Müştəri”- isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. - xx.xx.2024-cü il tarixli,1179332 saylı müqavilə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 540 manat dəyərində Xıaomi Mİ 4A Router, İmei Kodu **********89413 Samsung Galaxy A15 markalı telefon-əşyaları “Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir.”Müştəri”- isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. - xx.xx.2023-cü il tarixli,15653310 nömrəli müqavilə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 1099,98,manat dəyərində LG XBOOM RNC9 Karaoke əşyasını “Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir. ”Müştəri”isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. - 25 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli,021310079 saylı müqavilə üzrə 2809,92 manat əsas, 280,00 cərimə borcu və İnnonativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat xx.xx.2024-cü il tarixli,09432427 saylı müqavilə üzrə 1180,4 manat əsas,118,04 manat cərimə borcu və İnnonativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat ümumillikdə isə 3114,51 manat, xx.xx.2024-cü il tarixli,1179332 saylı müqavilə üzrə 438,1 manat əsas, 43,81 manat cərimə borcu və İnnonativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat ümumillikdə 505,51 manat, xx.xx.2023-cü il tarixli, 15653310 nömrəli müqavilə üzrə 341,9 manat əsas, 34,19 manat cərimə borcu olmaqla ümumiilikdə 376,09 manat olmaqla ümumillikdə müqavilələr üzrə 5318,15 manat borcu yaranmışdır. 25 aprel 2025-ci il tarixli , İddiaçı tərəfindən təqdim edilən arayışın surətindən görünür ki, Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********57459 İphone 15 Pro markalı telefon, İmei kod **********40580 Samsung Galaxy S24 Ultra markalı telefon və İmei Kodu **********89413 Samsung Galaxy A15 markalı mobil telefonların acılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 (iyirmi üç manat, 60 qəpik) azn, ümumilikdə 70.80 (yetmiş manat, 80 qəpik) Azn pul ödənilmişdir. -xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,İddiaçı ilə Cavabdeh ilə bağlanmış xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilənin 3.11-ci bəndinə əsasən, öhdəlikləri pozduğu üçün malları “ABC Telecom MMC”-ə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri tərəfinizdən tam şəkildə ödənilməlidir.Hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Ödəniş qəbzinə əsasən, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 73,19 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əşyaları təhvil almış və əşyaları təhvil aldığı zaman imzaladığı müqaviləyə əsasən həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclunun İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, cavabdeh alqı-satıq müqaviləsi əsasında iddiaçıdan malların təhvil alınmasına dair hüququndan istifadə etmiş, əşyaların dəyəri və həmin müqavilələr üzrə yaranan cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Əsas borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2809.92 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1180.40 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 438.10 manat, xx.xx.2203-cü il tarixli müqavilə üzrə 341.90 manat manat ödənilməmiş hissə tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin (dəbbə pulunun) ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 280,99 manat, xx.xx.2024-cü il tarixli,09432427 saylı müqavilə üzrə 118,04 manat, xx.xx.2024-cü il tarixli,1179332 saylı müqavilə üzrə 43,81 manat, xx.xx.2023-cü il tarixli,15653310 nömrəli müqavilə üzrə 34,19 manat dəbbənin (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq azaldılmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1: - xx.xx.2024-cü il tarixli,021310079 saylı müqavilə üzrə 2809,92 (iki min səkkiz yüz doqquz manat 92 qəpik) manat ödənilməmiş məbləğ, 170 (bir yüz yetmiş) manat cərimə (dəbbə) borcu İnnonativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, cəmi 3002,52 (üç min iki manat, 52 qəpik) manat; - xx.xx.2024-cü il tarixli,09432427 saylı müqavilə üzrə 1180,40 (bir min bir yüz səksən manat 40 qəpik) manat ödənilməmiş məbləğ, 90 (doxsan) manat cərimə (dəbbə) borcu İnnonativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, cəmi 1294 (bir min iki yüz doxsan dörd) manat; - xx.xx.2024-cü il tarixli,1179332 saylı müqavilə üzrə 438,10 (dörd yüz otuz səkkiz manat,10 qəpik) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat cərimə (dəbbə) borcu İnnonativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, cəmi 491,7 (dörd yüz doxsan bir manat,70 qəpik) manat; - xx.xx.2023-cü il tarixli,15653310 nömrəli müqavilə üzrə 341,90 (üç yüz qırx bir manat doxsan qəpik) manat ödənilməmiş məbləğ,20 (iyirmi) manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 361,9 (üç yüz altmış bir manat 90 qəpik) manat; ümumilikdə isə 5150,12 manat(beş min yüz əlli manat, 58 qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2809,92 manat əsas borc, 170 manat cərimə (dəbbə) borcu, İnnonativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, cəmi 3002,52 (üç min iki manat, 98 qəpik) manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1180,40 manat əsas borc, 90 manat cərimə (dəbbə) borcu İnnonativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, cəmi 1294 (bir min iki yüz doxsan dörd) manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 438,10 manat əsas borc, 30 manat cərimə borcu, İnnonativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum olmaqla, cəmi 491,7 (dörd yüz doxsan bir manat,70 qəpik) manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 341,90 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 361,9 (üç yüz altmış bir manat 90 qəpik) manat; ümumilikdə isə 5150,12 manat (beş min yüz əlli manat, 58 qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 73,19 manat dövlət rüsumunun 70,87 manatı Cavabdeh iddiaçının xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid eidlsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar