Məhkəmə qərarları › İş №e-2(005)-2735/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2735/2023

26.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2735/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisi, Mingəçevir Regional “Asan xidmət” Mərkəzi Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X39 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Reyestr Xidmətinin Yevlax 17 sayı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışla müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğvi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsizlığı və onun əsasında Cavabdeh3 verilmiş çıxarışın, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsinin və onun əsasında alınmış çıxarışın, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Yevlax 17 saylı Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X16 xx.xx.2001-ci ildə vəfat etmişdir. Ailədə doqquz övlad olmuşlar. İddiaçı, Şirinov Məhəmməd, Şirinov Elşən, Şirinov Fərrux, Cavabdeh3, Şirinova Lətafət, X9 xx.xx.2023-cü il tarxidə vəfat etmişdir. Bacısının yas mərasimində iştirak etmək üçün Mingəçevir şəhərində olarkən İddiaçı məlum oldu ki, bacısı Cavabdeh3 anası X17 rayon qeydiyyat şöbəsindən ikinci ölüm aktı qeydi alaraq onun ölümündən sonra miras qalmış daşınmaz əmlakı və pul vəsaitlərini tək vərəsə kimi yalan məlumat verərək saxta vərəsəlik şəhadətnaməsi almış və həmin miras əmlakı qanunsuz olaraq ələ keçirib digər şəxslərə bağışlama müqaviləsi adı ilə vermişdir. Belə ki, atası Şirinov Qədimalı 1993-cü ildə vəfat etmiş,1997-ci ildə anası X23 şəhəri 20 yanvar küçəsi ev 6, m.27-də yerləşən 3 otaqlı mənzili alqı-satqı müqaviləsi ilə alaraq öz adına dövlət qeydiyyatına almışdır. Anasının ölümündən sonra həmin daşınmaz əmlak miras əmlak kimi qalmış, mirasın qəbulu ilə əlaqədar vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddətdə notariat orqanlarına müraciət etməmişdirlər. Lakin bacısı Cavabdeh3 xx.xx.2012-ci ildə Bakı şəhər 9 saylı notariat kontoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum X7 ondan başqa digər vərəsələri yoxdur, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin sənədləşdirilməsinmdə köməklik etməsini, əgər mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Cavabdeh3 eyni zamanda Bakı şəhəri 175 saylı MİS-dən arayış alaraq anasının son vaxtlar onunla birlikdə yaşadığını və yeganə vərəsə olduğunu təsdiq etmişdir. Bakı şəhər 9 saylı Notariat kontoru xx.xx.2012-ci il tarixdə AR MM-nin 1159-cu maddəsinə əsasən guya xx.xx.2022-ci ildə vəfat etmiş X7 yeganə vərəsəsi kimi Bakı şəhər F.X. Xoyski küçəsi ev 110,mənzil 157-də qeydiyyatda olan qızı Cavabdeh3 yeganə vərəsə kimi tanıyaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. “X15” AQİS-dan verilmiş çıxarışlardan görünür ki, X7 ölümü barədə 2 akt qeydi vardır. 1-ci qeyd Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixdə və Bakı şəhər Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamələrdir. Cavabdeh Şirinova X6 şəhər 20 yanvar küçəsi ev 6, mənzil 27-də yerləşən 3 otaqlı mənzili Bakı şəhəri 9 saylı Notrariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixlı 2V-393 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi Cavabdeh3 vərəsəlik olunmuşdur. Bundan sonra Cavabdeh3 yenə Bakı şəhər 9 saylı Notariat ofisinin xüsusi notrariusu tərfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 saylı bağışlama müqaviləsinin əsasən X5 bağışlamışdır. Sonradan Mingəçevir şəhər Xüsusi Notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-2154 saylı müqaviləyə əsasən Cavabdeh4 qeyd olunan mənzili oğlu Cavabdeh7 Savanşir oğluna bağışlamışdır və onun tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Yevlax 17 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı bildirir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbəri olmamışdır. Bu haqda ona yalnız 2023-cü ilin mart ayında məlum olmuşdur. Halbuki, hələ 2012-ci ildə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən iddiaçının xəbəri olmuşdur. Məlumdur ki, həmin şəhadətnaməyə əsasən miras qoyan anaları Bənövşə Şirinovanın adına olan bank hesablarındakı pul vəsaitlərindən digər vərəsələrin kimi, iddiaçının da xəbəri olmuşdur. Çünki həmin pul vəsaiti Cavabdeh3 tərəfindən əldə edildikdən sonra digər vərəsələrlə yanaşı, İddiaçı da bir hissəsi verilmişdir. Beləliklə, iddiaçının nəinki mirasın açılmasından xəbəri olmuş, hətta analarından miras qalmış əmlakı üzrə hələ 2012-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən də məlumatı olmuşdur. Beləliklə, açıq-aşkar bəlli olur ki, iddiaçının iddia müddətinin üzürlü səbəbdən ötürməsi faktı həqiqi deyildir və yalnız bu yolla buraxdığı iddia müddətinin üzürlü səbəbdən buraxdığını kimi Məhkəməyə təqdim etmək istəyir. Digər tərəfdən isə, iddiçının mirasın açıldığı vaxt haqqında məlumatı olmuşdur. Buna baxmayaraq mirasın qəbulu ilə bağlı notariat kontoruna (ofisinə) ərizə ilə müraciət etməmiş və mirası faktiki olaraq qəbul da etməmişdir. Miras qoyanın 2001-ci ildə vəfat etdiyini nəzərə alınsa, ümumilikdə iddianın verilənədək 22 il vaxt keçmişdir. Digər tərəfdən isə, 2012-ci ildə verilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhdətnamənin verilməsindən isə 11 il vaxt keçmişdir. Göründüyü kimi, iddia tələbi ümumiyyətlə əsassızdı və digər tərəfdən isə Məcəllədə nəzərdə tutulmuş iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. İddiaçı irəli sürdüyü iddia tələbləri əsassız olduğuna görə, eləcə də həmin iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş iddia müddətini tətbiq edərək iddia tələblərinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı izahatında bildirdi ki, mərhum anası övladı Elşən ailə həyatı qurduqdan sonra hazırda mübahisəli olan evi ona vermək istəyirdi, lakin xəstə olması səbəbindən bunu edə bilmədən vəfat etdi. Evin Elşənə verilməsi analarının niyyəti olduğundan digər övladların heç biri vərəslik işinin açılması üçün müraciət etmədi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı Kifayətin yas mərasimində iştirak edən zaman qohumların Lətafətlə olan söhbətlərindən onun analarına məxsus evə yaşadığını və evi yaxşı təmir elədiyini eşitmiş, Lətafət ona evi öz adlarına rəsmiləşdirdiklərini bildirmişdir. Bundan dərhal sonra İddiaçı vəkillə müqavilə bağlayaraq bu işi araşdırmasını xahiş etmişdir. Bundan sonra həmin evin saxta sənədlər təqdim edilməklə saxta yollarla Mətanət tərəfindən ələ keçirildiyini, qohumlarının deməsinə görə evi pulla Lətafətə satdığını, lakin vergidən yayınmaq üçün bağışlama müqaviləsi bağladıqlarını, Mətanətin anasının adına olan pulları 2012-ci ildə tək vərəsə kimi ələ keçirdiyini öyrənmişdir. Mətanət məhkəmə iclasında bu puldan İddiaçı verdiyini bildirsə də, dedikləri həqiqəti əks etdirmir, pul məbləğindən ona heç nə verilməyib. Sonda bütün vərəsəlik hüquqlarının müdafiəsi üçün iddiasının təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, İddiaçı anası 2001-ci il tarixdə vəfat etdiyindən və onun bundan məlumatlı olmasına baxmayaraq vərəsəlik işinin açılması üçün heç bir müracəti olmadığından susmuş vərəsə hesab edilir və bu səbəbdən də əmlak Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Həmçinin 2012-ci il tarixdə mərhumun adına olan pul vəsaitləri vərəsələr arasında bölündüyündən İddiaçı həmin tarixdən vərəslik şəhadətnaməsinin verilməsindən məlumatlı olmuşdur. Sonda İddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi üçün iddia müddətinin ötürülmüş olması səbəbindən iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirdi ki, onun evi ələ keçirmək niyyəti olmamışdır. Cavabdeh4 maddi cəhətdən çətinlik çəkdiyindən evi onun adına rəsmiləşdirmək istəmiş, lakin o həmin ev üzrə qeydiyyatda olmadığından evi ilk olaraq öz adına keçirmiş və bundan sonra Cavabdeh4 bağışlamışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış X10 izahatında bildirdi ki, ünvan 1 ünvanında Cavabdeh4 3 övladı və əri Cavanşir ilə yaşayır. X10 onun qonşusudur. X16 2001ci ildə vəfat etmişdir. ünvan 1 ünvanına baş sağlığı verməyə Lətafətin yanına gedib. Mənzil əsaslı təmir olunub. İddiaçı həmin ünvanda görməyib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, xx.xx.1937-ci ildə Ucar rayonu, Alpout kəndində anadan olmuş X16 barədə Azərbaycan respublikası ədliyyə Nazirliyinin “X15” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir : Əri xx.xx.1921-ci təvəllüdlü X18 (ölüb); oğlu xx.xx.1972-ci il təvəllüdlü X24; oğlu xx.xx.1967-ci il təvəllüdlü X19; qızı xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3; qızı xx.xx.1963-cü il təvəllüdlü X20 (ölüb); qızı xx.xx.1956-cı il təvəllüdlü X21; qızı xx.xx.1957-ci il təvəllüdlü X9 (ölüb); qızı xx.xx.1959-cu il təvəllüdlü X11; qızı xx.xx.1961-ci il təvəllüdlü X12; qızı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, X16 18 iyun 2001-ci il tarixdə ölmüş və bu barədə 19 iyun 2001-ci il tarixdə 238 nömrəli akt qeydi aparılmışdır. Bakı Şəhəri Nərimanov VVADQŞ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 102472 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 04 avqust 2002-ci il tarixdə öldüyü və bu barədə xx.xx.2002-ci il tarixdə 536 nömrəli qeyd aparıldığı əksini tapmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal istismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X3 xan Xoyski küçəsi 110 saylı evin 152 nömrəli mənzilində vəfat edənədək qeydiyyatda olub və yaşayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç kəs yoxdur. “Elektron notariat” X2 vasitəsilə “X15” AQİS-dən çıxarışdan görünür ki, X7 doğum və ölüm tarixləri barədə iki fərqli akt qeydi vardır : doğum tarixi xx.xx.1937-ci il, ölüm tarixi xx.xx.2002-ci il. Ölüm tarixi barədə qeydiyyat xx.xx.2022-ci il tarixdə aparılmaqla şəhadətnamə həmin tarixdə verilmişdir; doğum tarixi xx.xx.1937-ci il, ölüm tarixi xx.xx.2001-ci il. Ölüm haqqında qeydiyyat xx.xx.2001-ci il tarixdə aparılmaqla, şəhadətnamə xx.xx.2012-ci il tarixdə verilmişdir. xx.xx.2012-ci il tarixdə Cavabdeh3 tərəfindən Bakı şəhərinin notariusuna təqdim olunmuş yazılı ərizədən aydın olur ki, Cavabdeh3 X8 mərhum X7 əri olduğunu, nikah haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnaməni itirdiyini bildirərək X7 ondan başqa vərəsələri olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsində kömək edilməsini xahiş etmiş və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – qızı Cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak X7 adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğindən faizləri və kompensasiyaları ilə birlikdə ibarətdir. Mingəçevir şəhər 12 nömrəli Mənzil istismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 502 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında X25, X26 və Cavabdeh4 qeydiyyata düşmədən yaşayırlar. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi – qızı Cavabdeh3dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69,81 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 6 nömrəli binanın 27 saylı mənzili Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi qızı- Cavabdeh3 vərəsəlik olunmuşdur. Cavabdeh3 Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmışdır. Sonradan Mingəçevir şəhər xüsusi notariusu X33 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli müqaviləyə əsasən Cavabdeh4 qeyd olunan mənzili Cavabdeh7 bağışlamışdır və onun tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil X7 tam payda mülkiyyəti olmuşdur. X7 mərhum X18 ilə nikahından 9 övladı olmuşdur: oğlu xx.xx.1972-ci il təvəllüdlü X24; oğlu xx.xx.1967-ci il təvəllüdlü X19; qızı xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3; qızı xx.xx.1963-cü il təvəllüdlü X20 (ölüb); qızı xx.xx.1956-cı il təvəllüdlü X21; qızı xx.xx.1957-ci il təvəllüdlü X9 (ölüb); qızı xx.xx.1959-cu il təvəllüdlü X11; qızı xx.xx.1961-ci il təvəllüdlü X12; qızı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı. X16 öldükdən sonra Cavabdeh3 2012-ci ildə notariat orqanına müraciət edərək X7 tək vərəsəsi kimi onun adına banklarda olan pul məbləğlərinə miras əmlak kimi sahib olmuşdur. Daha sonra 2021-ci il tarixdə notariat orqanına müraciət edərək mərhumun yeganə vərəsəsi olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil öz mülkiyyəti kimi rəsmiləşdirmişdir. Bundan sonra həmin əmlak Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanılmış, o da əmlakı oğlu Cavabdeh7 bağışlamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəyə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi Cavabdeh3 ilə yanaşı X7 digər övladları da X7 əmlakından bərabər paylarda miras almalı idilər. Lakin Cavabdeh3 notariat orqanına etdiyi müraciətində özünün yeganə vərəsə olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzilin adına rəsmiləşdirilməsinə nail olmuşdur. Halbuki Cavabdeh3 özünün yeganə vərəsə olmadığını, digər qardaş və bacıları, yəni X7 digər övladlarının olduğunu və onlarında həmin əmlaka vərəsə olmaq hüquqları olduğunu əlbəttə ki bildirdi. Onun yeganə vərəsə hesab edilməsi və miras əmlaka tam payda hüququnun olmasına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarının birmənalı pozuntusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin Cavabdeh3 hərəkətlərini vicdanla həyata keçirməmişdir. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda miras qoyanın vərəsələrinin dairəsinin müəyyən edilmiş olduğu qeyd olunur. Halbuki miras qoyanın Cavabdeh3 başqa övladlarının da olduğu və onlarında vərəsə olduqları müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 1273-1-ci maddəsi ilə müəyyən olunmuş qayda tətbiq edilə bilməz. Cavabdeh3 adına sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən mərhumun (miras qoyanın) başqa övladlarının olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamələrin verilməsindən xəbər tutandan sonra iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir; “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə görə də, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yuxarıda şərh olunanlardan göründüyü kimi, notariat orqanı öz vəzifəsini yerinə yetirməmiş, M.Şininova isə digər vərəsələrin olmasını gizləyərək mirası qəbul etmək üçün digər vərəsələrin hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu səbəblə də Cavabdeh3 adına verilmiş yuxarıda göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir; 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Nəzərə alınmalıdır ki, 1) MM-in 1273-1-ci maddəsi 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə bu Məcəlləyə əlavə edilmişdir; 2) X16 2005-ci il tarixdən əvvəl vəfat etmişdir və miras 2005-ci il tarixdən əvvəl açılmışdır; 3) 1273-1-ci maddəsində nəzərdə tutulmuş normanın geriyə qüvvəsi barədə qanunla birbaşa nəzərdə tutulmuş və ya geri qüvvəsi olmasına əsas verən hal mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin vəkili məhkəmə iclasında 2012-ci il tarixdə mərhumdan miras qalmış pul vəsaitlərinin mərhumun övladları arasında bölüşdürüldüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan sübutlardan mərhumun adına banklarda olan pul vəsaitlərinin yeganə vərəsə olan Cavabdeh3 tam payda mülkiyyətinə keçdiyi məlum olur. Cavabdeh tərəf onu da nəzərə almamışdır ki, iddiaçı 2012-ci il tarixli şəhadətnamənin deyil, 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Vərəsəliklə bağlı iş materiallarından yalnız Cavabdeh3 qanun üzrə vərəsə kimi əmlaka tam payda xüsusi mülkiyyət hüququnun tanınması və mərhumun digər övladlarının vərəsələrin dairəsinə daxil edilməməsi nəzərə alınaraq, onların vərəsəlik işindən məlumatlı olmamaları ağlabatandır. Məhkəmə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 666.1-cfi maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əqd olmaqla əqdin etibarlılığı ilə bağlı ümumi tələblərə cavab verməlidir. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də Azərbaycan Respublikası Mülki Məcəllənin 347.2.3-cü maddəsi əsas götürülməklə təmin edilməlidir. Belə ki, tərəfin bağışlama müqaviləsi bağlanan zaman əsas götürdükləri hal, əmlakın bağışlayan tərəfin qanuni mülkiyyətində olması üçün əsaslar mövcud deyil. Belə ki, əmlakın Cavabdeh3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına əsas verən şəhadətnamə qanuni əsaslarla əldə edilməmişdir. Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun əsasında alınmış çıxarış ləğv edilməlidir. Belə ki, hədiyyə alan tərəf - Cavabdeh4 hədiyyə aldığı əmlakın mərhum anasının əmlakı olduğunu və anasının övladlarının onun əmlakından bərabər paylarda miras almaq hüququ olduğundan məlumatlı olmuşdur. Bununla belə, hədiyyə verən və hədiyyə alan analarından miras qalası əmlak barədə bağışlama müqaviləsi imzalamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Eyni zamanda Cavabdeh4 bu əmlakı övladı Cavabdeh7 bağışlamışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, mərhum X1 Zaur Cavanşir oğlunun nənəsi, ona bağışlanmış əmlak da nənəsindən miras qalmış əmlak olmuşdur. Xala və dayılarının nənəsinin vəfatı vaxtında sağ olmasına və miras əmlakdan paylar almaq hüquqlarının olduğuna dair məlumatlı olmasına baxmayaraq maddi vəziyyətinin zənginləşməsi üçün qeyd olunan əmlakı anasından hədiyyə olaraq almışdır. Məhkəmə bunun vicdanlılıq prinsipini ödəyən hal olmadığı qənaətinə gələrək Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında alınmış çıxarışın ləğv edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəf dövlət rüsumunun qaytarılmasının tələb etmədiyindən dövlət rüsumu onlara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh3 verilmiş çıxarış, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsi və onun əsasında alınmış çıxarış, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar