Məhkəmə qərarları › İş №e-2(005)-2753/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2753/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2753/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-ə (Maraqlı şəxs1 X3 X1 Cəmiyyəti və Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın protokolunun, müqavilənin və onun hüquqi nəticəsinin etibarsız sayılmasına dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-ə (Maraqlı şəxs1 X3 X1 Cəmiyyəti və Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın protokolunun, müqavilənin və onun hüquqi nəticəsinin etibarsız sayılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 70 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 50/04 saylı xx xxxx 2019-cu il tarixli protokolun, onun hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə və iddianın dəyişdirilməsi haqqında Ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 70 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 50/04 saylı xx xxxx 2019-cu il tarixli protokolun, Maraqlı şəxs1 BOKT ASC ilə “xxxx” MMC arasında bağlanmış müqavilələrin, Maraqlı şəxs1 BOKT ASC-ə məxsus qeydiyyat nömrəsi ********** olan xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 BOKT ASC ilə İddiaçı arasında 2015/00193-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu olaraq İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 70 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Ümumilikdə kredit borcunun xeyli hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Lakin sonradan iddiaçının ödəmə qabiliyyəti çətinləşmiş və kredit borcunu vaxtında qaytara bilməmişdir. Lakin hazırda iddiaçı tərəfindən kredit ödənişləri davamlı olaraq davam edir. Sonradan Maraqlı şəxs1 BOKT ASC kredit öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçıya qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 2015/00193-01 saylı kredit müqaviləsi üzrə 44 314,91 ABŞ dolları əsas, 4 952,61 ABŞ dolları faiz, 2 000 ABŞ dolları cərimə borcunun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Maraqlı şəxs1 BOKT ASC-nin xeyrinə tutulması, tələbin ipotekeya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 70 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 75 584 manat müəyyən edilməklə açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən Maraqlı şəxs1 BOKT ASC-ə olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması, mənzil hərracdan satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini xx xxxx 2017-ci il tarixdə aldıqdan sonra icra vərəqəsi icra olunması üçün Bakı şəhəri, Xətai rayonu İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonradan Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurunun sifarişi əsasında Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 70 nömrəli mənzil hərracda satılması üçün hərracı keçirən təşkilata – Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxnə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs1 BOKT ASC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, hərracın keçirilməsinə dair məlumatı olmamışdır və ona məxsus olan mənzil ondan gizli satılmışdır. İddiaçı hərrac bildirişlərinin çatdırılmasına dair qaimələrdəki imzaların ona məxsus olmadığını və imzaların saxtalaşdırıldığını iddia edir. İddiaçı öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(011)-6284/2016 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək cavabdehdən ümumilikdə 51 267,57 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 75 584 manat müəyyən edilməklə açıq hərracda satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(011)-6284/2016 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra alınması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzili satılması üçün ilkin satış qiyməti 75 584 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə xx xxxx 2019-cu il tarixli 50/04 saylı protokola əsasən Maraqlı şəxs1 BOKT ASC tərəfindən 48 184, 80 manata əldə edilmişdir. xx xxxx 2019-cu il tarixli 50/04 saylı protokola əsasən Maraqlı şəxs1 BOKT ASC sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış almışdır. Halhazırda sözügedən mənzil Maraqlı şəxs1 BOKT ASC-nin mülkiyyətindədir. İcra mərhələsində borclu İddiaçı borcunun bir hissəsini ödəmiş və borcun qalan hissəsini qısa zamanda ödəyəcəyini bildirmişdir. Bununla əlaqədar xx xxxxxxxx 2017-ci il tarixdə Maraqlı şəxs1 BOKT ASC tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edilmiş və İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin borclu İddiaçı borcunun qalan hissəsini ödəməmişdir. Bu səbəbdən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(011)-6284/2016 saylı qətnaməsi üzrə icra sənədi yenidən icraya yönəldilmiş və daha sonra hərrac keçirilmişdir. İddiaçı keçirilən hərracların vaxtı və yeri barəsində məlumatı olmuşdur. Belə ki, Maraqlı şəxs1 BOKT ASC tərəfindən gələcəkdə yarana biləcək risklər nəzərə alınaraq, həmçinin hərracın nəticələrinin ləğv edilməsinin qarşısını almaq məqsədilə hərrac təşkilatı tərəfindən onlara göndərilən bidirişlərin surəti bildiriş xarakterli müşayət məktubu ilə birlikdə iddiaçının qeydiyyatda olduğu və girov qoyulmuş mənzilin ünvanına göndərilmişdir. xx xxxx 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı bildiriş xarakterli müşayət məktubu xx xxx 2019-cu il tarixdə Qarayev Ramil tərəfindən qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildiriş xx xxx 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildiriş xx xxxx 2019-cu il tarixdə Qarayev Ramil tərəfindən qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı bildiriş xarakterli müşayət məktubu xx xxxx 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildiriş xx xxxx 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Hərracın keçirilmə vaxtı ilə bağlı “Birja Yenilikləri” qəzetinin 07-xx xxxx 2019-cu il tarixli buraxılışında, 28 iyun xx xxxx 2019-cu il tarixli buraxılışında və 19-xx xxxx 2019-cu il tarixli buraxılışında elanlar verilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər Poçt haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 X3 Təşkilatı ASC-nin və Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, tərəflərin təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(011)-6284/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs1 BOKT ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ümumilikdə 51 267,57 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 75 584 manat müəyyən edilməklə açıq hərracda satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən İddiaçı, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs1 BOKT ASC-ə ünvanlanmış xx xxx 2019-cu il tarixli № 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 100 saylı evin 70 saylı mənzilinə tutmanın yönəldilməsi və 75 584 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən İddiaçı, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs1 BOKT ASC-ə ünvanlanmış xx xxxx 2019-cu il tarixli № 01/2 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 100 saylı evin 70 saylı mənzilinə tutmanın yönəldilməsi və 75 584 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən İddiaçı, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs1 BOKT ASC-ə ünvanlanmış xx xxxx 2019-cu il tarixli № 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 100 saylı evin 70 saylı mənzilinə tutmanın yönəldilməsi və ilkin satış qiymətindən 15 % aşağı qiymət olan 64 246,4 manat hərracda satılması, həmçinin hərracın xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan ƏİV seriyalı 082177 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, xx xxx 2019-cu il tarixli № 01 nömrəli bildiriş xx xxx 2019-cu il tarixində “xxxx” MMC tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına göndərilmiş və xx.xx.2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan ƏİV seriyalı 082531 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, xx xxxx 2019-cu il tarixli № 01/2 nömrəli bildiriş xx xxxx 2019-cu il tarixində “xxxx” MMC tərəfindən İddiaçı göndərilmiş və xx xxxx 2019-cu il tarixində Qarayev Ramil adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan ƏİV seriyalı 084501 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, bildiriş xx xxxx 2019-cu il tarixində “xxxx” MMC tərəfindən İddiaçı göndərilmiş və xx xxxx 2019-cu il tarixində Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan ƏİV seriyalı 085056 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, bildiriş xx xxxx 2019-cu il tarixində “xxxx” MMC tərəfindən İddiaçı göndərilmiş və xx xxxx 2019-cu il tarixində Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən “xxxx” MMC-ə, Maraqlı şəxs1 BOKT ASC-ə, İddiaçı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakiminə xx xxxx 2019-cu il tarixdə ünvanlanmış 17/74 № 239629-2017/877/17 nömrəli məktubun surətindən görünür ki, tələbkar Maraqlı şəxs1 BOKT ASC tərəfindən şöbəyə göndərilmiş xx xxxxxxxx 2017-ci il tarixli məktubda qeyd olunan icra sənədinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılması xahiş olunmuşdur. Şöbə göstərilənlərə nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin hərrac vasitəsilə satışının dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Maraqlı şəxs1 BOKT ASC-ə, Xətai rayon İcra və Probasiya Şöbəsinə və İddiaçı ünvanlanmışxx xxxx 2019-cu il tarixli a/2546 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-130482-2018/4350/17 saylı xx xxx 2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka ilə yüklənmiş Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxx 2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 48 184,8 manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan 24 -xx xxx 2019-cu il tarixli, 07-xx xxxx 2019-cu il tarixli, 28 iyun-xx xxxx 2019-cu il tarixli və 19-xx xxxx 2019-cu il tarixli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış ***- **** nömrəli xx xxx 2019-cu il tarixli Müşayət Məktubunun surətindən və “azari express” tərəfindən verilmiş qəbzin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin xx xxxx 2019-cu il tarixdə saat 11:00-da 75 584 manata hərracda satışa çıxarılması ilə bağlı İddiaçı məktub ünvanlanmış və həmin məktub xx xxx 2019-cu il tarixdə göndərilmiş, xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilində Qarayev Ramil tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış ***-**** nömrəli xx xxxx 2019-cu il tarixli Müşayət Məktubunun surətindən və “azari express” tərəfindən verilmiş qəbzin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin xx xxxx 2019-cu il tarixdə saat 11:00-da 64 246,4 manata hərracda satışa çıxarılması ilə bağlı İddiaçı məktub ünvanlanmış və həmin məktub xx xxxx 2019-cu il tarixdə göndərilmiş, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilində Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “Azari Express”in meneceri tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilərək imzalanmış Aktdan görünür ki, xx xxx 2019-cu il tarixdə Maraqlı şəxs1 BOKT ASC-dən qəbul edilmiş zərf (qaimə 134121) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinə çatdırılmış və Qarayev Ramil tərəfindən xx xxx 2019-cu il tarixdə imzalanaraq qəbul edilmişdir. Həmçinin, xx xxxx 2019-cu il tarixdə Maraqlı şəxs1 BOKT ASC-dən qəbul edilmiş zərf (138012) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinə çatdırılmış və Cəfərov soyadlı şəxs tərəfindən xx xxxx 2019-cu il tarixdə imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 BOKT ASC tərəfindən “xxxx” MMC-ə və Xətai rayon İcra və Probasiya Şöbəsinə xx xxxx 2019-cu il tarixdə ünvanlanmış ***-**** saylı Məktubun surətindən görünür ki, Maraqlı şəxs1 BOKT ASC Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 48 184,8 manata əldə edilməsinə razıdır. İş materiallarında olan Hərrac Təşkilatının № 50/04 nömrəli xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzili Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/16 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə, Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-130482-2018/4950/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Maraqlı şəxs1 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 75 584 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 64 246,4 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 48 184,8 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli Müqavilənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/16 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə, Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-130482-2018/4950/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Maraqlı şəxs1 BOKT ASC-nin müvafiq məktubunun icrasına, həmçinin Hərrac Təşkilatının № 50/04 nömrəli xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzili 48 184,8 manata Maraqlı şəxs1 BOKT ASC tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxxxxx 2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı saylı evin 70 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 BOKT ASC-nin mülkiyyətindədir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaq əli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, “xxxx” MMC tərəfindən İddiaçı, Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs1 BOKT ASC-ə ünvanlanmış xx.xx.2019-cu il tarixli № 01 nömrəli bildirişlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(11)-6284/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda 75 584 manat ilkin satış qiyməti ilə satılması, hərracın xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Həmin bildiriş Cəfərov soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmçinin, Maraqlı şəxs1 BOKT ASC tərəfindən eyni bildirişin surəti xx xxx 2019-cu il tarixli müşayət məktubu ilə birlikdə xx xxx 2019-cu il tarixdə İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə göndərilmiş və xx xxx 2019-cu il tarixdə Qarayev Ramil adlı şəxs tərəfindən qəbul edilmişdir. Bundan əlavə “xxxx” MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə dair 75 584 manat ilkin satış qiymətilə hərracın keçiriləcəyi barədə təkrarən xx xxxx 2019-cu il tarixli 01/2 nömrəli bildiriş maraqlı şəxslərə göndərilmiş, həmin bildiriş İddiaçı qeydiyyatda olduğu ünvanda xx xxxx 2019-cu il tarixdə Qarayev Ramil tərəfindən qəbul edilmişdir. “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan şəxslərə ünvanlanmış xx.xx.2019-cu il tarixli № 02 nömrəli bildirişlə növbəti hərracın xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmiş və həmin bildiriş İddiaçı qeydiyyatda olduğu ünvanda xx.xx.2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmçinin, Maraqlı şəxs1 BOKT ASC tərəfindən eyni bildirişin surəti xx xxxx 2019-cu il tarixli müşayət məktubu ilə birlikdə xx xxxx 2019-cu il tarixdə İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 saylı mənzilinə göndərilmiş və xx xxxx 2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Bundan əlavə 24 -xx xxx 2019-cu il tarixli, 07-xx xxxx 2019-cu il tarixli, 28 iyun-xx xxxx 2019-cu il tarixli və 19-xx xxxx 2019-cu il tarixli “Birja Yenilikləri” qəzetlərində müvafiq daşınmaz əmlakla bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmiş və Hərrac Təşkilatının № 50/04 nömrəli xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmeti 25% aşağı olan qiyməti 48 184,8 manat qiymətlə tələbkar Maraqlı şəxs1 BOKT ASC tərəfindən əldə edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçıya rəsmi qaydada təqdim olunmuş, beləliklə iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının № 50/04 nömrəli xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x xxxxxx 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin iddiaçının yaşayış ünvanı olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 100, mənzil 70 ünvanına göndərilməsində xxxx haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 100, mənzil 70 ünvanıdır və iddiaçı nu invanı bir daha öz ünvanı kimi hazırki iddia ərizəsində də qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər xx.xx.2018-ci il tarixdə qeyd edilən ünvanda imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin sözügedən ünvanında rəsmi qaydada verilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin onun nümayəndəsinin və vəkilinin məhkəmə prosesində səsləndirdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin İddiaçı şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Çünki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun vvə ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Məhkəmənin mövqeyinə görə əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəməaraşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanınaməhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə xx xxxx 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə xx xxxxxxx 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə xx xxxx 2010-cu il tarixli Qərar və s.). Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında imzanın iddiaçının olmamasını mübahisələndirməsi və əlavə araşdırma aparılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılması və nəticəyə gəlməyə imkan verməsi ilə əlavə sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-ə (Maraqlı şəxs1 X3 X1 Cəmiyyəti və Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın protokolunun, müqavilənin və onun hüquqi nəticəsinin etibarsız sayılmasına dair” iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar