Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2757/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X7 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair Respublika Xammal Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın yekunları barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 06/03 nömrəli protokolun və Respublika Xammal Əmtəə birjasının "xxxx" MMC ilə "xxxx" ASC arasında mənzilin alqı-satqısına dair imzalanmış xx.xx.2023-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X3 qarşı 43407,27 manat məbləğində əsas borc, 6373,34 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 49780,61 manat məbləğində pulun, həmçinin, 30,40 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsumunun müştərək qaydada İddiaçı və X1 Cavabdeh3 ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 140000 manat məbləğində müəyyən etməklə cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvü X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Komersiya Məhkəməsinin xx.xx.2021-c il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X1 əsas borc üzrə 43407,27 manat, faiz borcu üzrə 6373,34 manat məbləğində olmaqla, ümumilikdə 49780,61 manat məbləğində kredit borcu 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsum tutularaq Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, borc tələbi ipotekaya qoyulmuş , xususi mülkiyyət hüquqi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərci İddiaçı və X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Gəncə Komersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra İddiaçı və onunla birlikdə yaşayan ailə üzvü X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəmənin Kommersiya Kollegiyasının 2- 2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, hazırda iş icraatdadır. Ali məhkəməyə kassasiya şikayəti verilməsi və icranın dayandırılması barədə icra orqanına ərizə verilməsinə baxmayaraq qanunsuz olaraq hərrac keçirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-43/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Xəzər rayonu İcra şöbəsinin sifarişi əsasında Respublika Xammal Əmtəə birjasının "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 06/03 nömrəli protokola və əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqısı barədə müqaviləyə əsasən qeyd edilən fərdi yaşayış evi Cavabdeh3 ASC-yə 76500 manata satılmışdır. Halbuki, komersiya işi haqqında yekun məhkəmə aktı qəbul edilməməsinə, qətnamənin qanuni quvvəyə minməməsinə, hərracın keçirilməsinə dair ona məlumat verilməməsinə baxmayaraq sözü gedən əmlak barəsində qanunsuz hərrac keçirilmiş, əmlakın real dəyəri düzgün qiymətləndirilməmiş, qanunsuz olaraq əmlak Cavabdeh3 ASC-yə 76500 manata satılmışdır. Hərracın keçirilməsinə dair bildirişlər ona göndərilməmiş, hərracın keçirilməsinə dair məlumatlandırılmamışdır. Bununla da, mənzilin mülkiyyətçisinin, yəni onun məlumatı və iştirakı olmadan, məhkəmə qətnaməsi qanuni quvvəsini almadan, yekun məhkəmə aktı qəbul olunmadan, cavabdehə hərracın yeri və vaxtı barədə məlumat verilmədən, onun mənzilinə dair hərrac keçirilmiş, alqı-satqı müqaviləsi tərtib olunmuş, fərdi yaşayış evi banka satılmışdr. Hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş mənzilin satılması qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Borclu İddiaçı Xəzər rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(104)- 43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə rəsmi olaraq almış və xx.xx.2022-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti vermişdir. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə Komersiya Məhkəməsinin 2- 2(115)-396/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvü X2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 120000 manat müəyyən edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 102000 manat müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən İddiaçı, X4 və Cavabdeh3 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair 13-xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 76500 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; “Birja yenilikləri” qəzetin 15-xx.xx.2022-ci il tarixli, 323 (323) nömrəli və 13xx.xx.2022-ci il tarixli, 328 (328) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişlərin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “ünvan düz deyil” poçt qeydi və daha sonra “bu ünvanda yaşamır” poçt qeydi olmuşdur. xx.xx.2022-ci il tarixdə “Zülfüqarlı” soyadlı şəxs 316370 nömrəli və 316372 nömrəli bildirişləri imza edərək qəbul etmişdir. xx.xx.2023cü il tarixdə “Abdullayev” soyadlı şəxs 316574 nömrəli və 316575 nömrəli bildirişləri imza edərək qəbul etmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 06/03 nömrəli protokolun və xx.xx.2023-cü il tarixli müqavilənin surətlərindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh3 ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evini 76500 manata əldə etmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti icraata qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Xəzər rayon İcra şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evi ipoteka saxlayan Cavabdeh3 ASC əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin ləğv edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub xx.xx.2022-ci il tarixdə “ünvan düz deyil” poçt qeydi və daha sonra “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetin 15-xx.xx.2022-ci il tarixli 323 (323) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Zülfüqarlı” soyadlı şəxs 316370 nömrəli və 316372 nömrəli bildirişləri imza edərək qəbul etmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 13xx.xx.2022-ci il tarixli, 328 (328) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Göründüyü kimi, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Mövcud qanunvericilik normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı ərizəsində hərracın keçirilməsinə əsas olmuş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən kassasiya şikayətinin verdiyini və icra hərəkətlərinin aparılmasının qanunun tələblərinə zidd olduğunu iddia edir. X6 Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsin almış və icraya yönəldilmişdir. İddiaçının Xəzər rayon İcra şöbəsinə ünvanladırdığı icraatın dayandırılması barədə ərizə xx.xx.2022-ci il tarixdə verilmiş, iddiaçının qeyd edilən qətnamədən kassasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Göründüyü kimi iddiaçı icra şöbəsinə müraciət edərkən onun kassasiya şikayəti icraata qəbul edilməmiş və qanunvericilikdə apellyasiya və kassasiya şikayəti icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılması nəzərdə tutulmuşdur. Kassasiya şikayəti 01.02.023-cü il tarixdə icraata qəbul edilmiş və bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə protokol tərtib olunmuşdur. İddiaçı tərəfindən həmin müddət ərzində icra şöbəsini onun kassasiya şikayətinin icraata qəbul edilməsi barədə məlumatlandırımasına dair hər hansı sübüt təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20F nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə iddia tələbinin hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iddia tələbi qalan hissədə də, təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, fərdi yaşayın evinin ipoteka yüklülüyündən azad edilməsi tələbi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bununlada iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2(005)-2757/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2757/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver