Məhkəmə qərarları › İş №e-2(005)-2804/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2804/2024

02.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2804/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər "Bank of Baku” ASC-yə, Cavabdeh1 qarşı “vərəsəlik hüququ üzrə payın müəyyən olunması, avtomobilin açıq hərracda satılması ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "Bank of Baku” ASC-yə, Cavabdeh1 qarşı dair iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, 27 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Bank of Baku" ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının 1/5 hissəsinə münasibətdə iddiaçının və 4/s (beşdə dörd) hissəsində Cavabdeh1 payı faktiki olaraq (qızıl-zinət əşyalarının adı, sayı, çəkisi, əyarı göstərilməklə) müəyyən edilsin və həmin qızıl-zinət əşyalarının 1/5 (beşdə bir) hissəsi iddiaçıya verilməsi, X2 adına Cavabdeh2 ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının girovdan azad edilməsi öhdəliyi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, AR DİN BDYPİ Qİİ tərəfindən X2 adına verilmiş xx.xx.2022-ci il tarixli BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan JAC J7 MİNİK markalı 77EA171 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hərrac vasitəsilə satılması, əldə edilən pulun 1/5 hissəsinin ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatət təqdim edərək göstərmişdir ki, Cavabdeh1 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli MQ/23983/91/15 nömrəli kredit müqaviləsinə əlavə olaraq zinət əşyalarının girovuna dair 23983/23 saylı “Girov aktı”na və xx.xx.2023-cü il tarixli MQ/18932/92/15nömrəli kredit müqaviləsinə əlavə olaraq zinət əşyalarının girovuna dair 18932/23 saylı “Girov aktı”na xitam verilməsi və həmin Girov Aktlarında qeyd edilən zinət əşyalarının girovdan azad edilərək iddiaçı Cavabdeh1 verilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin iş hakim Nərgiz Tağıyevanın icraatındadır (işin nömrəsi: 2(005)-2756/2024). Eyni zamanda, İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək 27 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının ⅕ hissəsinə münasibətdə iddiaçının və ⅘ (beşdə dörd) hissəsində Cavabdeh1 payı faktiki olaraq (qızıl-zinət əşyalarının adı, sayı, çəkisi, əyarı göstərilməklə) müəyyən edilməsi və həmin qızıl-zinət əşyalarının ⅕ (beşdə bir) hissəsinin iddiaçıya verilməsi, həmçinin kredit müqaviləsinin təminatı qismində çıxış edən qızılzinət əşyalarının girovdan azad edilməsi öhdəliyinin digər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və AR DİN BDYPİ Qİİ tərəfindən X2 adına verilmiş xx.xx.2022-ci il tarixli BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan JAC J7 MİNİK markalı 77EA171 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərrac vasitəsilə satılması və əldə edilən pulun ⅕ (beşdə bir) hissəsinin iddiaçıya verilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin iş Nərimanov Rayon Məhkəməsində hakim Aytən Novruzovanın icraatındadır (işin nömrəsi e-2(005)- 2804/2024). Hesab edirəm ki, hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 2756/2024 nömrəli iş ilə e-2(005)-2804/2024 nömrəli iş bir icraatda birləşdirilməlidir. Əks halda, bir eyni tərəflər arasında olan mübahisə üzrə bir-birinə zidd 2 Qətnamə qəbul edilə bilər və bu hal həmin Qətnamələrin icrasını mümkünsüz hala gətirə bilər. Yuxarıda qeyd edilənlərə əsasən hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2756/2024 nömrəli iş ilə e-2(005)- 2804/2024 nömrəli işin bir icraatda birləşdirilməsinə dair müvafiq tədbirlər görülməlidir. Cavabdeh1 işin icraatının birləşdirilməsi barədə vəsatətə etiraz etdiyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. "Bank of Baku” ASC-nin nümayəndəsi elektron kabinet vasitəilə müraciət edərək işə iştirakları olmadan baxılmasını, iddia ilə bağlı məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin icraatında : 2(005)-2756/2024 saylı mülki iş mövcuddur. Həmin mlki iş üzrə iddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixli MQ/23983/91/15 nömrəli kredit müqaviləsinə əlavə olaraq zinət əşyalarının girovuna dair 23983/23 saylı “Girov aktı”na və xx.xx.2023-cü il tarixli MQ/18932/92/15nömrəli kredit müqaviləsinə əlavə olaraq zinət əşyalarının girovuna dair 18932/23 saylı “Girov aktı”na xitam verilməsi və həmin Girov Aktlarında qeyd edilən zinət əşyalarının girovdan azad edilərək iddiaçı Cavabdeh1 verilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin digər hakimi tərəfindən icraata qəbul edilmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə qeyd edir ki, hər iki mülki iş üzrə iddia tələblərinin bir-biri ilə qarşılıqlı bağlılığı iddia ərizələrindən tam aydın görünür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdeh Bank of Baku” ASC-yə qarşı iddia ərizəsi məhkəməyə daha əvvəlki tarixdə təqdim edildiyindən hazırki mülki iş 2(005)-2756/2024 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "Bank of Baku” ASC-yə, Cavabdeh1 qarşı “vərəsəlik hüququ üzrə payın müəyyən olunması, avtomobilin açıq hərracda satılması ” tələbinə dair 2(005)-2804/2024 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Bank of Baku” ASC-yə qarşı «girov aktına xitam verilməsi və qızıl əşyalarının girovdan azad edilməsi, və s.» tələbinə dair 2(005)-2756/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "Bank of Baku” ASC-yə, Cavabdeh1 qarşı “vərəsəlik hüququ üzrə payın müəyyən olunması, avtomobilin açıq hərracda satılması ” tələbinə dair 2(005)-2804/2024 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Bank of Baku” ASC-yə qarşı «girov aktına xitam verilməsi və qızıl əşyalarının girovdan azad edilməsi və s.» tələbinə dair 2(005)-2756/2024 nömrəli mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar