Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2815/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X10 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız alınmış pulun geri qaytarılması” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız alınmış pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 032011 saylı akta əsasən İddiaçı alınmış 544,40 AZN pul məbləğinin İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cəbrayıl Rayonundan məcburi köçkün düşdükdən sonra ünvan 1 məskunlaşmışdır. Qeyd edilən ünvanda yaşadığı dövrdə bütün növ ödənişləri vaxtı-vaxtında vicdanlı şəkildə ödəmişdir. Səhhəti ilə əlaqədar olaraq 2020ci ilin fevral ayından müvəqqəti olaraq qızının yanında yaşamağa məcbur olmuşdur. Sonradan pandemiya başladığıdan və iddiaçıya da gücləndirilmiş qulluq lazım olduğundan elə qızının yanında qalmışdır. İddiaçı təxminən 2023-cü ilin əvvəllərində yaşadığı evə geri dönmüşdür. Bir müddət yaşadıqdan sonra, yaşadığı evə elektrik enerjisinin verilməsi dayandırıldı. Məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etdikdə iddiaçıya evindən kənarda quraşdırılmış sayğacın nasaz olduğunu, ona müdaxilələr olduğunu bildirmişlər. Nəticə etibarı ilə xx.xx.2023-cü ildə NDM 032011 saylı akt tərtib olunmuş, itirilmiş elektrik enerjisinin dəyəri olaraq iddiaçıdan 544,40 AZN pul tələb olunmuşdur. Pulu ödəməyəcəyi tədqirdə yaşadığı evə elektrik enerjisinin verilməyəcəyi bildirilmişdir. İddiaçı bildirir ki, xəstə olduğu üçün məcburiyyət qarşısında qalıb borc müqabilində həmin məbləği ödəyib elektrik enerjisinin yaşadığı evə verilməsini təmin etmişdir. Bundan başqa qeyd edir ki, aktın nə zaman və kim tərəfindən tərtib olunmasından onun heç bir məlumatı olmamışdır. Hansı qanuna əsaslanaraq iddiaçıya cərimələrin yazılması müəyyən deyil. O hesablanmış pul məbləğinin əsassız olaraq ondan alınmasına dair "xxxx" ASC-yə müraciət etsə də, xx.xx.2023-cü il tarixli №13-13/2-2/16- M-3160-5/2023 saylı məktubla "xxxx" ASC müraciətini təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında bildirmişdir ki, cavabdeh tərəfindən onların evinə məxsus elektrik sayğacına 274.12 manat ödəniş edildiyi barədə cavabdehin nümayəndəsinin qeyd etdikləri doğrudur, lakin iddiaçı hesab edir ki, ondan əsassız olaraq tutulmuş 544,40 manat pul geri qaytarılmalıdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, iddiaçıya məxsus elektrik sayğacına 274.12 manat məbləğində vəsaitin geri qaytarılması təmin edilmişdir. Əlavə olaraq iddia tələbini qalan hissədə qəbul etmədiklərini bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə ünvanlanmış müraciətin araşdırılması barədə məktubda qeyd edilir: İddiaçı “X2 Qaydaları”nın tələblərini pozaraq yaşadığı ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacını (abunə kodu **********080001) dövrədən keçən yükü qeyd etməməklə istifadə etdiyinə və elektron baxış tablosu oxunmadığından cəmiyyətin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, NDM 032011 nömrəli akt tərtib edilmiş, itirilmiş elektrik enerjisinin dəyəri olaraq 544,40 AZN əlavə sərfiyyat hesablanmışdır. xx.xx.2023-cü il tarixli Abunə haqqında çıxarışın surətindən görünür ki, İddiaçı 274.44 manat borcu mövcuddur. Eyni zamanda görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində İddiaçı sərfiyyat məbləği qeyd olunmamışdır. xx.xx.2023-cü il tarixli NDM 032011 saylı akta əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı məlum olmuşdur ki, həmin evə məxsus elektrik sayğacı işləmir, dövrədən keçən yükü qeyd etmir, elektron baxış tablosu oxunmur. “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında № 021898 Akt- Protokolun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda quraşdırılmış sayğac daxili qüsur nəticəsində işləmir və sayğac istismara yararsızdır. xx.xx.2023-cü il tarixli № 375382 Protokolun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda quraşdırılmış sayğac dəyişdirilmişdir və tablo oxunur. “Qırmızı Lalə” uşaq bağçası tərəfindən verilmiş 2-2815/23 saylı arayışın surətindən məlum olur ki, İddiaçı 2022-ci ilin yanvar ayından dekabr ayınadək vəzifəsini icra etmişdir. ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə elektrik enerjisinin istehlak haqqı üçün 545.16 manat ödəniş edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X2 Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarın: 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.5-ci bəndinə əsasən, müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.7-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir; 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə əsassız hesablanmış pul məbləği ilə bağlı qeyd edir ki, dəymiş ziyanın bərpasına dair satış sahəsi üzrə tələblərdən görünür ki, ziyanın həcmi hesablanarkən 24 saat nəzərə alınmış, sayğacın daxili qüsur nəticəsində işləmədiyi müəyyən olunmuşdur. Cavabdeh tərəf bu məsələdə başqa mövqedən çıxış etmir. Qeyd olunmalıdır ki, işıq enerjisi ilə işləyən cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, işıq lampasının təyinatı yalnız gün işığı olmadıqda istifadə edilir, gecə saatlarında söndürülür, televizor və s. də buna aiddir.) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Düzdür həmin cihazlardan 24 saat işlək vəziyyətdə olanları da istisna edilmir. Ümumiyyətlə bəzi cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə işıq enerjisindən sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihazdan 24 saat ərzində, fasiləsiz olaraq istifadə edilməsi barədə mövqeyini əsassız hesab edir. Belə olan halda, mövcud vəziyyətdə iddiaçı tərəfindən itirilmiş elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün məhz abonentin saldosunda olan məlumatlar araşdırılmalıdır. Belə olanda məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Abunə haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən işıq sərfiyyatının iddiaçıya məxsus ünvandakı mənzilə borc metodiki hesablama üsulu əsasında müəyyən edilmişdir. Tərəflərin məhkəmə iclasındakı izahatlarından müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli NDM 032011 saylı akta əsasən İddiaçı alınmış 544,40 manat məbləğdən 274.12 manat iddiaçıya geri ödənilmişdir. Eyni zamanda iddiaçının iş yerindən təqdim edilən 2-2815/23 saylı arayışdan da müəyyən olunur ki, İddiaçı sayğac üzrə sərfiyyatın qeydiyyata alınmadığı müddətlərdə əmək fəaliyyəti ilə məşğul olmuş və işə-gedib gəlmişdir. Bu da onu göstərir ki, həmin müddətlərdə iddiaçı tərəfindən işığa görə sərfiyyat günün müəyyən vaxtlarında olmamışdır. Məhkəmə, iddiaçının günün müəyyən saatlarında iş yerində olmasını, həmçinin ötən ilin müvafiq aylarında olan orta aylıq elektrik sərfiyyatının 5 manata yaxın, təxmini hesablamaya görə 9 aylıq müddət üçün 45 manat, elektrik sayğacının yararsız olduğu müddətin isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olduğunu nəzərə alaraq, qalan 270,28 manat məbləğdən 225.28 manatın iddiaçıya geri ödənilməli olduğu qənaətinə gəlir. Məhkəmə yuxarıdakı qənaətə gələrkən onu da nəzərə almışdır ki, iddiaçının hərəkətlərində cavabdehə ziyan vuran hər hansı delikt müəyyən olunmamışdır. Belə ki, işin faktiki halı ilə müəyyən olunur ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacdakı qüsurlar kənar təsirdən deyil, daxili qüsurlardır. Bu baxımdan qanunvericiliyin tələblərinə əsasən, elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma halı aşkar olunmamışdır. Lakin məhkəmə onu da vurğulayır ki, qanunsuz qoşulma aşkar edilməsə də, iddiaçı sərf etdiyi elektrik enerjisinin haqqını ödəməyə borcludur. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X2 Qaydaları”nın: 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 032011 saylı akta əsasən İddiaçı alınmış 225,28 manat pul məbləği İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 032011 saylı akta əsasən İddiaçı alınmış 225,28 manat pul məbləği İddiaçı geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2815/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2815/2023
04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver