Məhkəmə qərarları › İş №e-2(005)-2820/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2820/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2820/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* müddətli (nisyə) alqı satqı müqaviləsi üzrə 2717,9 manat əsas 815,3 manat cərimə cəmi 3533,2 manat borc, xx.xx.2023-ci il tarixli № ********* müddətli(nisyə) alqısatqı müqaviləsi üzrə 2419,9 manat əsas 725,9 manat cərimə cəmi 3145,8 manat borc, xx.xx.2023-ci il tarixli № ********* müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 1163,9 manat əsas, 349,1 manat cərimə, cəmi 1513 manat borc, xx.xx.20223-ci il tarixli № ********* müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 1311,9 manat əsas, 393,5 manat cərimə, cəmi 1705,4 manat borc, xx.xx.2023-ci il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1680,9 manat əsas, 504,2 manat cərimə, cəmi 2185,1 manat borc, ümumilikdə beş müqavilə üzrə 9294,5 manat əsas, 2788 manat cərimə, 12082,5 manat cəmi borcun və 126.25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh tərəfindən ayrı ayrı tarixlərdə məişət elektronikası alətlərinin nisyə alqı-satqısı ilə bağlı müqavilələr imzalanmışdır. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* müqavilə; məbləği: 3299,90 manat; müqavilənin aylıq ödənişi, müddəti: 220,00 manat, 15 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Notebook Apple; son ödəniş məbləği və tarixi: 220,00 manat, xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 2419,90 manat; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 7259,00 manat; nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 725,90 manat; tutulmalı olan cəmi məbləğ: 3145,80 manat. müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* müqavilə; məbləği: 1499,90 manat; müqavilənin aylıq ödənişi, müddəti: 84,00 manat 18 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): LG markalı televizor; Son ödəniş məbləği və tarixi: 84,00 manat xx.xx.2023; Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 1163,90 manat; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 3491,00 manat nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 349,10 manat; tutulmalı olan cəmi məbləğ: 1513,00 manat; müqavilənin nömrəsi və tarixi: xx.xx.20223-ci il tarixli № ********* müqavilə; məbləği: 1749,90 manat; müqavilənin aylıq ödənişi, müddəti: 146,00 manat 12 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Notebook Apple; Son ödəniş məbləği və tarixi: 146,00 manat xx.xx.2023; Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtləri şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 1311,90 manat; Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 3935,00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 393,50 manat; tutulmalı olan cəmi məbləğ: 1705,40 manat; müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* müqavilə məbləği: 1680,90 manat; müqavilənin aylıq ödənişi, müddəti: 141,00 manat 12 ay; müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Acer markalı notebook,fen,mouse; son ödəniş məbləği və tarixi: Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 1680,90; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 5042,00 manat nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%; cavabdeh tərəfindən ödənilməli cərimə: 504,20 manat tutulmalı olan cəmi məbləğ: 2185,10 manat. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı İphone markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 195 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Apple markalı Notebooka görə 15 ay ödəniş cədvəli üzrə hər ay 220 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı mobil televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 84 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Apple markalı Notebooka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 146 manat ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Acer markalı Notebooka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 141 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi borcu 12082,5 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borcun məbləği hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə məbləğləri əsas borc məbləğinə tənasübsüz çox olduğundan azaldılmalı və xx.xx.2023-ci il tarixli № ********* müddətli (nisyə) alqı satqı müqavilə üzrə 200 manata, xx.xx.2023-ci il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 200 manata, xx.xx.2023-ci il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 100 manata, xx.xx.20223-ci il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 100 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2717,9 manat əsas 200 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2419,9 manat əsas, 200 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 1163,9 manat əsas, 100 manat cərimə, xx.xx.20223-ci il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1311,9 manat əsas, 100 manat cərimə, xx.xx.2023-ci il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1680,9 manat əsas, 100 manat cərimə borcu olmaqla, ümumilikdə beş müqavilə üzrə 9294,5 manat əsas, 700 manat cərimə, 9994,5 (doqquz min doqquz yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 104 manatı Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar