Məhkəmə qərarları › İş №e-2(005)-2821/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2821/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2821/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 3094,9 AZN əsas 928,4 AZN cərimə cəmi 4023,3 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə 543,9 AZN əsas 163,1 AZN cərimə cəmi 707 AZN borc, xx.xx.2022ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 438,7 AZN əsas, 131,6 AZN cərimə, cəmi 570,3 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 541,4 AZN əsas, 162,4 AZN cərimə, cəmi 703,8 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 4618,9 AZN əsas, 1385,5 AZN cərimə, 6004,4 AZN cəmi borcun və 80.04 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı MMC EMİS vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra borc məbləği üzrə müəyyən ödənişlər olunmuşdur. Cavabdeh tərəfindən müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 3300 manat ödəniş etmişdir. Həmin 3300 manat ödənişin 2606,77 manatı xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcdan silinmişdir. Ödənilmiş pul vəsaitinin qalan hissəsi 1385,5 manat məbləğində cərimə borcundan silinmişdir. 692,27 manat məbləğində cərimə borcu isə sıfırlanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır.

3. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı “alqı-satqı müqavilələri üzrə borc tələbinə“ dair mülki iş üzrə xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,13 manat əsas borc, xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 543,9 manat əsas borc, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438,7 manat əsas borc, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 541,4 manat əsas borcun, ümumilikdə 2012,13 manat əsas borcun və 80,04 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: 1. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı. Müqavilənin məbləği: 3094,90 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 258,00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul(lar): "İphone" markalı telefon. Son ödəniş məbləği və tarixi: 0.00 AZN. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 3094,90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 9284.00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 928,40 AZN. Tutulmalı olan cəmi məbləğ: 4023,30 AZN. 2. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı. Müqavilənin məbləği: 699,90 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 39,00 AZN 18 ay. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul(lar): " Taube " markalı kondisioner. Son ödəniş məbləği və tarixi: 39,00 AZN, xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 543,90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1631,00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 163,10 AZN. Tutulmalı olan cəmi məbləğ: 707,00 AZN. 3. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı. Müqavilənin məbləği: 1979,90 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 110,00 AZN 18 ay. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul(lar): "Honor" markalı notebook,ütü. Son ödəniş məbləği və tarixi: 110,00 AZN, xx.xx.2024. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 438,70 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1316,00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 131,60 AZN. Tutulmalı olan cəmi məbləğ: 570,30 AZN. 4. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı. Müqavilənin məbləği: 1261,60 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 71,00 AZN 18 ay. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul(lar): "Sony" markalı oyun konsolu,oyunlar. Son ödəniş məbləği və tarixi: 142,40 AZN, xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 541,40 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1624,00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 162,40 AZN. Tutulmalı olan cəmi məbləğ: 703,80 AZN. İddia ərizəsinə qarşı etirazın dəlilləri:

5. Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatlar:

6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı "xxxx" MMC məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "İphone" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 258.00 manat olmaqla cəmi 3094.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3094.9 manat əsas, 9284.00 manat cərimə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.

9. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə aylıq 258 AZN, sonuncu ay isə 256.99 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 3094.9 AZN əsas, 9284.00 AZN cərimə, ümumilikdə 12378.90 AZN məbləğində borcu yaranmışdır.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Taube" markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39.00 manat olmaqla cəmi 699.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 543.9 manat əsas, 1631.00 manat cərimə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.

12. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə aylıq 39 AZN, sonuncu ay isə 36.99 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür.

13. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 543.9 AZN əsas, 1631.00 AZN cərimə, ümumilikdə 2174.90 AZN məbləğində borcu yaranmışdır.

14. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Honor" markalı notebook və ütü üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 110.00 manat olmaqla cəmi 1979.98 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438.7 manat əsas, 1316.00 manat cərimə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.

15. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə aylıq 110 AZN, sonuncu ay isə 109.98 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür.

16. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 438.7 AZN əsas, 1316.00 AZN cərimə, ümumilikdə 1754.70 AZN məbləğində borcu yaranmışdır.

17. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Sony" markalı oyun konsolu,oyunlar üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla cəmi 1261.68 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 541.4 manat əsas, 1624.00 manat cərimə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır.

18. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə aylıq 71 AZN, sonuncu ay isə 54.68 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür.

19. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 541.4 AZN əsas, 1624.00 AZN cərimə, ümumilikdə 2165.40 AZN məbləğində borcu yaranmışdır.

20. ”İrşad-Electronics” MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İşin faktiki halları:

21. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli № ********* saylı, xx.xx.2023-cü il tarixli № ********* saylı, xx.xx.2022ci il tarixli № ********* saylı, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, cavabdeh iddiaçıdan müvafiq olaraq "İphone" markalı mobil telefon, "Taube" markalı kondisioner, "Honor" markalı notebook və ütü, "Sony" markalı oyun konsolu,oyunlar almış, "İphone" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 103,00 manat olmaqla cəmi 1840,79 manat, "Taube" markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 103,00 manat olmaqla cəmi 1840,79 manat, "Honor" markalı notebook və ütü üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 110.00 manat olmaqla cəmi 1979.98 manat, "Sony" markalı oyun konsolu,oyunlar üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla cəmi 1261.68 manat ödəməyi öhdəsinə götürmüşdür.

22. Hazırda iddiaçı bildirir ki, məhkəməyə müraciət edildikdən sonra borc məbləği üzrə Cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuşdur. Cavabdeh tərəfindən müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 3300 manat ödəniş etmişdir. Həmin 3300 manat ödənişin 2606,77 manatı xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcdan silinmişdir. Ödənilmiş pul vəsaitinin qalan hissəsi 1385,5 manat məbləğində cərimə borcundan silinmişdir. 692,27 manat məbləğində cərimə borcu isə sıfırlanmışdır. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin qiymətləndirməsi:

25. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır.

26. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir.

27. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.

28. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışlarını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir.

29. Beləliklə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh ümumilikdə 2012,13 (iki min on iki manat, on üç qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri:

30. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 80.04 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 488,13 manat əsas borc, xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 543,9 manat əsas borc, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438,7 manat əsas borc, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 541,4 manat əsas borc olmaqla ümumilikdə 2012,13 (iki min on iki manat, on üç qəpik) manat əsas borc və 80,04 manat dövlət rüsumu İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar