Məhkəmə qərarları › İş №e-2(005)-2877/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2877/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2877/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 1 il xidməti, paket XL xidməti, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefon üçün 680.20 (altı yüz səksən manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 68.02 (altmış səkkiz manat, 02 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, Samsung 25w Compact Charger, qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd, İMEİ KODU **********24382 Samsung Galaxy A54 5G markalı telefon, İMEİ KODU**********60526 X1 13 markalı telefon üçün 453.47 (dörd yüz əlli üç manat, 47 qəpik) manat ödənilməmiş hissə, 45.35 (qırx beş manat, 35 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, paket L xidməti, İMEİ KODU **********34695 Samsung Galaxy A24 markalı telefon üçün 105.40 (yüz beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 10.54 (on manat, 54 qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Hoffmann üçün 55 (əlli beş) manat ödənilməmiş hissə, 5.50 (beş manat, 50 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X2, zəmanət + 3 il xidməti üçün 50.40 (əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, 5.04 (beş manat, 04 qəpik) manat cərimə ümumilikdə 1502.52 manat borc, 35.03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, qızıl zəmanət ultra 1 il xidməti, paket XL xidməti, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefon, Samsung 25w Compact Charger, qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd, İMEİ KODU **********24382 Samsung Galaxy A54 5G markalı telefon, İMEİ KODU**********60526 X1 13 markalı telefon, paket L xidməti, İMEİ KODU **********34695 Samsung Galaxy A24 markalı telefon, Paltaryuyan Hoffmann, X2, zəmanət + 3 il xidməti almış və nəticədə 1502.52 (min beş yüz iki manat, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1114.92 (min yüz on dörd amant, 92 qəpik) manat (18 ay x 61.94 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 1 il xidməti, paket XL xidməti, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefon markalı telefon üçün ümumilikdə, 771.82 (yeddi yüz yetmiş bir manat, 82 qəpik) manat olmaqla ondan, 680.20 (altı yüz səksən manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 68.02 (altmış səkkiz manat, 02 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1683.88 (min altı yüz səksən üç manat, 88 qəpik) manat (18 ay x 93.41 manat + 2.50 manat ilkin ödəniş) olan Samsung 25w Compact Charger, qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd, İMEİ KODU **********24382 Samsung Galaxy A54 5G markalı telefon, İMEİ KODU**********60526 X1 13 markalı telefon üçün ümumilikdə, 498.82 (dörd yüz doxsan səkkiz manat, 82 qəpik) manat olmaqla ondan 453.47 (dörd yüz əlli üç manat, 47 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.35 (qırx beş manat, 35 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) paket L xidməti, İMEİ KODU **********34695 Samsung Galaxy A24 markalı telefon üçün ümumilikdə, 115.94 (yüz on beş manat, 94 qəpik) manat olmaqla ondan, 105.40 (yüz beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.54 (on manat, 54 qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 660 (altı yüz altmış) manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Hoffmann üçün ümumilikdə, 60.50 (altmış manat, 50 qəpik) manat olmaqla ondan, 55 (əlli beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.50 (beş manat, 50 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 212.80 (iki yüz on iki manat, 80 qəpik) manat (12 ay x 16.90 manat + 10 manat ilkin ödəniş) olan X2, zəmanət + 3 il xidməti üçün ümumilikdə, 55.44 (əlli beş manat, 44 qəpik) manat olmaqla ondan, 50.40 (əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.04 (beş manat, 04 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********24382 Samsung Galaxy A54 5g Markalı Telefondan, Paket Xl Xidmətindən, Qızıl Zəmanət Ultra1 İl (Kontakt) xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 999.91 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 230.50 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 999.91 manat, ümumilikdə, 1230.41 manat təşkil edir. Cavabdehin digər müqvilələr üzrə cəmi ödədiyi məbləğ 1744.72 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə ünvanda qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu qızıl zəmanət ultra 1 il xidməti, paket XL xidməti, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefon almışdır. -xx.xx.2024-cü il tarixli bildirişdən və əşyanın təhvil-təslim aktından görünür ki, qızıl zəmanət ultra 1 il xidməti, paket XL xidməti, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefon cavabdeh tərəfindən tam qüsursuz şəkildə təhvil alınmışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu Samsung 25w Compact Charger, qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd, İMEİ KODU **********24382 Samsung Galaxy A54 5G markalı telefon, İMEİ KODU**********60526 X1 13 markalı telefon almışdır. -xx.xx.2024-cü il tarixli bildirişdən və əşyanın təhvil-təslim aktından görünür ki, Samsung 25w Compact Charger, qızıl zəmanət ultra 1 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd, İMEİ KODU **********24382 Samsung Galaxy A54 5G markalı telefon, İMEİ KODU**********60526 X1 13 markalı telefon cavabdeh tərəfindən tam qüsursuz şəkildə təhvil alınmışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu paket L xidməti, İMEİ KODU **********34695 Samsung Galaxy A24 markalı telefon almışdır. -xx.xx.2023-cü il tarixli bildirişdən və əşyanın təhvil-təslim aktından görünür ki, paket L xidməti, İMEİ KODU **********34695 Samsung Galaxy A24 markalı telefon cavabdeh tərəfindən tam qüsursuz şəkildə təhvil alınmışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu Paltaryuyan Hoffmann almışdır. -xx.xx.2023-cü il tarixli bildirişdən və əşyanın təhvil-təslim aktından görünür ki, Paltaryuyan Hoffmann cavabdeh tərəfindən tam qüsursuz şəkildə təhvil alınmışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və müqaviləyə əlavəyə əsasən, sonuncu X2, zəmanət + 3 il xidməti almışdır. -xx.xx.2024-cü il tarixli bildirişdən və əşyanın təhvil-təslim aktından görünür ki, X2, zəmanət + 3 il xidməti cavabdeh tərəfindən tam qüsursuz şəkildə təhvil alınmışdır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, cavabdehdən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu ödəməsi tələb olunur. Çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -xx.xx.2025-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 771,82 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzeə 498,82 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 115,94 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 60,50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 55,44 manat olmaqla, ümumilikdə 1502,52 manat borcu var. -xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, “ABC TELECOM" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat, 60 qəpik) AZN pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqı-satqı (hissəhissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 680,2 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 453,47 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 105,40 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 55 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə 50,40 manat əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin cavabdehdən müqavilələr üzrə cərimə tutulmasını xahiş etmişdir. Müqavilələrə əlavə edilmiş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, tərəflərin hər ikisinin mənafeyini, xəbərdarlıq məktubu göndərilməsinə baxmayarq borcun ödənilməməsini, habelə müqavilə üzrə cavabdehdən tələb olunan əsas borcların məbləğini nəzərə alaraq, tələb olunan cərimə borclarının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsas borclara mütənasib hesab edir. İş materiallarında olan tərəflər arasında bağlanmış müqaviləyə əlavə bildirişlə müəyyən olunur ki, müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, “ABC TELECOM" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ KODU **********48974 Samsung Galaxy A54 5G markalı telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat, 60 qəpik) AZN pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə də təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,03 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 680.20 (altı yüz səksən manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 68.02 (altmış səkkiz manat, 02 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 453.47 (dörd yüz əlli üç manat, 47 qəpik) manat ödənilməmiş hissə, 45.35 (qırx beş manat, 35 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 105.40 (yüz beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 10.54 (on manat, 54 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 55 (əlli beş) manat ödənilməmiş hissə, 5.50 (beş manat, 50 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 50.40 (əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, 5.04 (beş manat, 04 qəpik) manat cərimə olmaqla ümumilikdə 1502.52 (min beş yüz iki manat əlli iki qəpik) manat və 35,03 (otuz beş manat üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 680.20 (altı yüz səksən manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 68.02 (altmış səkkiz manat, 02 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 453.47 (dörd yüz əlli üç manat, 47 qəpik) manat ödənilməmiş hissə, 45.35 (qırx beş manat, 35 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 105.40 (yüz beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 10.54 (on manat, 54 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 55 (əlli beş) manat ödənilməmiş hissə, 5.50 (beş manat, 50 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 50.40 (əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, 5.04 (beş manat, 04 qəpik) manat cərimə olmaqla ümumilikdə 1502.52 (min beş yüz iki manat əlli iki qəpik) manat və 35,03 (otuz beş manat üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar