Məhkəmə qərarları › İş №e-2(005)-2989/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2989/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2989/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh (Eyvazova) Səbinə Həzrət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh (Eyvazova) Səbinə Həzrət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65530 iPhone 12 Pro markalı telefon, Apple saat üçün 5551.8 (beş min beş yüz əlli bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 1126.8 (min yüz iyirmi altı manat, səksən qəpik) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********16983 X7 9T markalı telefon üçün 755.6 (yeddi yüz əlli beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 165.6 (yüz altmış beş manat, altmış qəpik) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Marvin dolab üçün 479.2 (dörd yüz yetmiş doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94979 Samsung Galaxy A12 markalı telefon üçün 456.4 (dörd yüz əlli altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********60663 X7 9S markalı telefon üçün 260.3 (iki yüz altmış manat, otuz qəpik) manat ödənilməmiş hissə, 76.5 (yetmiş altı manat, əlli qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Kenwood Kombayn, GORENJE Qəhvəüyüdən üçün 112 (yüz on iki) manat ödənilməmiş hissə, 33.6 (otuz üç manat, altmış qəpik) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG mikrokart, X6 filtri üçün 36.4 (otuz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 10.8 (on manat, səksən qəpik) manat dəbbə pulu, ümumilikdə 9374 manat borc, 113.74 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65530 iPhone 12 Pro markalı telefon, Apple saat, İMEİ kodu **********16983 X7 9T markalı telefon, Marvin dolab, İMEİ kodu **********94979 Samsung Galaxy A12, İMEİ kodu **********60663 X7 9S markalı telefonlar, Kenwood Kombayn, GORENJE Qəhvəüyüdən, SAMSUNG mikrokart, X6 filtri almış və nəticədə 9374 (doqquz min üç yüz yetmiş dörd dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5635.8 (beş min altı yüz otuz beş manat, səksən qəpik) manat (18 ay x 313.1 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********65530 iPhone 12 Pro markalı telefon, Apple saat üçün ümumilikdə, 6678.6 (altı min altı yüz yetmiş səkkiz manat, altmış qəpik) manat olmaqla ondan, 5551.8 (beş min beş yüz əlli bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 1126.8 (min yüz iyirmi altı manat, səksən qəpik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 842.4 (səkkiz yüz qırx iki manat, qırx qəpik) manat (18 ay x 46.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********16983 X7 9T markalı telefon üçün ümumilikdə 921.2 (doqquz yüz iyirmi bir manat, iyirmi qəpik) manat olmaqla ondan, 755.6 (yeddi yüz əlli beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 165.6 (yüz altmış beş manat, altmış qəpik) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1358.4 (min üç yüz əlli səkkiz manat, qırx qəpik) manat (24 ay x 56.6 manat + 0 manat ilkin ödəniş) Marvin dolab üçün ümumilikdə 563.2 (beş yüz altmış üç manat, iyirmi qəpik) manat olmaqla ondan, 479.2 (dörd yüz yetmiş doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 524.4 (beş yüz iyirmi dörd manat, qırx qəpik) manat (23 ay x 22.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********94979 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 681.4 (altı yüz səksən bir manat, qırx qəpik) manat olmaqla ondan, 456.4 (dörd yüz əlli altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 620.4 (altı yüz iyirmi manat, qırx qəpik) manat (12 ay x 51.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********60663 X7 9S markalı telefon üçün ümumilikdə 336.8 (üç yüz otuz altı manat, səksən qəpik) manat olmaqla ondan, 260.3 (iki yüz altmış manat, otuz qəpik) manat ödənilməmiş hissə, 76.5 (yetmiş altı manat, əlli qəpik) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (24 ay x 28 manat + 12 manat ilkin ödəniş) Kenwood Kombayn, GORENJE Qəhvəüyüdən üçün ümumilikdə 145.6 (yüz qırx beş manat, altmış qəpik) manat olmaqla ondan, 112 (yüz on iki) manat ödənilməmiş hissə, 33.6 (otuz üç manat, altmış qəpik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 58.2 (əlli səkkiz manat, iyirmi qəpik) manat (3 ay x 18.4 manat + 3 manat ilkin ödəniş) SAMSUNG mikrokart, X6 filtri üçün ümumilikdə 47.2 (qırx yeddi manat, iyirmi qəpik) manat olmaqla ondan, 36.4 (otuz altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 10.8 (on manat, səksən qəpik) manat dəbbə pulu; Cavabdehin cəmi ödədiyi məbləğ 2071.9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh (Eyvazova) Səbinə Həzrət qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00836807 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən qiyməti 684 manat olan Kenwood Kombayn, GORENJE Qəhvəüyüdən almış və 24 ay müddətinə 12 manat ilkin ödəniş olmaqla ayda 28 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21211574 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən qiyməti 1358.4 manat olan Marvin dolab almış, 24 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla ayda 56.6 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Səbinə Həzrət qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22034923 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən qiyməti 620.40 manat olan İMEİ kodu **********60663 X7 9S markalı telefon almış və 12 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 51.70 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22448074 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən qiyməti 58.20 manat olan SAMSUNG mikrokart, X6 filtri almış və 3 ay müddətinə 3 manat ilkin ödəniş olmaqla, ayda 18.40 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22447987 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən qiyməti 842.40 manat olan İMEİ kodu **********16983 X7 9T markalı telefon almış və 18 ay müddətinə 3 manat ilkin ödəniş olmaqla, ayda 46.80 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22448050 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən qiyməti 524.40 manat olan İMEİ kodu **********94979 Samsung Galaxy A12 markalı telefon almış və 23 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 22.80 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23114877 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 5635.80 manat olan İMEİ kodu **********65530 iPhone 12 Pro markalı telefon, Apple saat almış və 18 ay müddətinə 0 manat ilkin ödəniş olmaqla, ayda 313.10 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021ci və xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən Kenwood Kombayn, GORENJE Qəhvəüyüdən, Marvin dolab, İMEİ kodu **********60663 X7 9S markalı telefon, SAMSUNG mikrokart, X6 filtri, İMEİ kodu **********16983 X7 9T markalı telefon, İMEİ kodu **********94979 Samsung Galaxy A12 markalı telefon, İMEİ kodu **********65530 iPhone 12 Pro markalı telefon, Apple saat Cavabdeh təhvil verilmişdir; "xxxx" MMC-nin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən cavabdeh bu günə kimi iki müqavilələr üzrə 2071.9 manat ödəmiş, xx.xx.2022-ci il tarixə cavabdehin cəmiyyətə 7651.7 manat məbləğində ödənilməmiş əsas borcu, 1722.3 manat dəbbə pulu borcu, cəmi 9374 manat borcu vardır; "xxxx" MMC tərəfindən (Eyvazova) Səbinə Həzrət qızına ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi 3 iş günü tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 113.74 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Səbinə Həzrət qızı "xxxx" MMC-dən Kenwood Kombayn, GORENJE Qəhvəüyüdən, Marvin dolab, İMEİ kodu **********60663 X7 9S markalı telefon, SAMSUNG mikrokart, X6 filtri, İMEİ kodu **********16983 X7 9T markalı telefon, İMEİ kodu **********94979 Samsung Galaxy A12 markalı telefon, İMEİ kodu **********65530 iPhone 12 Pro markalı telefon, Apple saat almış, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə onun 7651.7 manat məbləğində ödənilməmiş əsas borcu, 1722.3 manat dəbbə pulu borcu, cəmi 9374 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 113.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Səbinə Həzrət qızıonun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə yaranmış cəmi 7651.7 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə cavabdeh Səbinə Həzrət qızıarasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 1158 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə hesablanmış 1126.8 manat, 165.6 manat, 84 manat, 225 manat, 76.5 manat, 33.6 məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 500 manat, 70 manat, 40 manat, 40 manat, 20 manat və 10 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində cavabdeh (Eyvazova) Səbinə Həzrət qızından iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, (Eyvazova) Səbinə Həzrət qızından xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 7651.7 manat məbləğində əsas, 680 manat məbləğində cərimə məbləğində pul, habelə 113.74 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (Eyvazova) Səbinə Həzrət qızından xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5551.8 (beş min beş yüz əlli bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 500 (beş yüz) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 755.6 (yeddi yüz əlli beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 479.2 (dörd yüz yetmiş doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 456.4 (dörd yüz əlli altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 260.3 (iki yüz altmış manat otuz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 112 (bir yüz on iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36.4 (otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 10.8 (on manat səksən qəpik) manat, cəmi 8432.5 (səkkiz min dörd yüz otuz iki manat əlli qəpik) manat məbləğində borc, habelə 113.74 (bir yüz on üç manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar