Məhkəmə qərarları › İş №e-2(005)-2995/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2995/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2995/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE067448 saylı xx.xx.2024-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 167,49 (bir yüz altmış yeddi manat qırx doqquz qəpik) əsas borc, BL921478 saylı müqaviləyə əsasən 134,98 ( bir yüz otuz dörd manat doxsan səkkiz qəpik ) əsas borc, ümumilikdə 302,47 (üç yüz iki manat qırx yeddi qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE067448 saylı xx.xx.2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 16-dən gec olmamaqla 52 (əlli iki manat) ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı ilə Cavabdeh arasında BL921478 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 67 (altmış yeddi manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək,aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur.Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE067448 saylı müqaviləyə əsasən 167,49 (bir yüz altmış yeddi manat qırx doqquz qəpik) əsas borc, BL921478 saylı müqaviləyə əsasən 134,98 (bir yüz otuz dörd manat doxsan səkkiz qəpik) əsas borc, ümumilikdə 302,47 (üç yüz iki manat qırx yeddi qəpik) borcu qalmışdır. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə sənədlərdən görünür ki, 16 mart 2024-cü il tarixli, BE067448 nömrəli Nisyə satış müqaviləsindən görünür ki,”satıcı”-İddiaçı MMC tərəfindən müqaviləyə əsasən,qiyməti 621.49 AZN olan avadanlığı “alıcı”ya-Cavabdeh verməyi, ”Alıcı” isə onu qəbul edib.avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür.”Alıcı” avadanlığın qiymətini bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəyir.”Alıcı” ödənişi gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. İş materiallarında olan ,İddiaçı MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli borca dair arayışa əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, BE067448 saylı müqavilə üzrə ödənilən borcun məbləği 454.00 manat,qalıq borcun məbləği 167,49 manat məbləğindədir. 05 iyul 2023-cü il tarixli,BL921478 saylı Nisyə satış müqaviləsindən görünür ki, “satıcı”-İddiaçı MMC tərəfindən müqaviləyə əsasən,qiyməti 1181,98 AZN olan avadanlığı “alıcı”ya-Cavabdeh verməyi, ”Alıcı” isə onu qəbul edib.avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür.”Alıcı” avadanlığın qiymətini bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəyir. ”Alıcı” ödənişi gecikdirdiyi halda,hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli borca dair arayışa əsasən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli BL921478 saylı müqavilə üzrə ödənilən borcun məbləği 1047 manat,qalıq borcun məbləği 134,98 manat məbləğindədir. 03 mart 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,16 mart 2024-cü il tarixli, BE067448 saylı Nisyə satış müqaviləsinə əsasən 03 mart 2025-ci il tarixinə 167,49 manat, 5 iyul 2023-cü il tarixli,BL921478 saylı Nisyə satış müqaviləsinə əsasən 134,98 manat ümumi gecikdirilmiş borc var və Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün Baku Electronics MMC mal(lar)ın geri alınması və bununla da 16 mart 2024-cü il tarixli və 5 iyul 2023-cü il tarixli Nisyə satış müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi tədbirlərinə başlanılmış, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh BE067448 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 167,49 manat, xx.xx.2023-cü il tarixli, BL921478 saylı müqavilə üzrə 134,98 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BE067448 saylı xx.xx.2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 167,49 ( bir yüz altmış yeddi manat qırx doqquz qəpik) əsas borc, 05 iyul 2023cü il tarixli, BL921478 saylı müqaviləyə əsasən 134,98 (bir yüz otuz dörd manat doxsan səkkiz qəpik) əsas borc, ümumilikdə 302,47 (üç yüz iki manat qırx yeddi qəpik) borc və 30 (otuz manat) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar