Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3008/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhər 9 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Kəpəz Bank olmayan Kredit Təşkilatı" MMC cəlb edilməklə) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhər 9 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Kəpəz Bank olmayan Kredit Təşkilatı" MMC cəlb edilməklə) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında üçüncü şəxs “Kəpəz Bank olmayan Kredit Təşkilatı" MMC-nin nümayyəndəsi izahat verərək, M.Köçərli hazırda tərəflər arasında mübahisənin məhkəmədənkənar həll edildiyini bildirib, iddia ərizəsinin baxılmamış saxlanılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhər 9 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Kəpəz Bank olmayan Kredit Təşkilatı" MMC cəlb edilməklə) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər və 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X1” MMC-nin hesabına keçirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3008/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3008/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver