Məhkəmə qərarları › İş №e-2(005)-3015/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3015/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3015/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X12 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 tərəfindən iddiaçı X4 mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Surxanı rayon məhkəməsininxx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilərək aşağıdakılara qət edildi: X2 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 (bir yüz qırx min əlli iki manat, əlli yeddi qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 ASC-nın xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilsin”. Bu qətnamənin icrası ilə bağlı Suraxanı rayon icra şöbəsində icra işi başlanmış və iddiaçının mülkiyyətində olub üzərinə cavabdeh Bankın xeyrinə həbs qoyulan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin 205000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması üçün cavabdeh Hərrac İdarəsinə sifariş verilmişdir. İddiaçı aşağıda göstərilənlər əsasında hesab edir ki, həmin hərrac və onun nəticələri ləğv olunmalıdır: 1) Hərrac daşınmazın mülkiyyətçisi X3 heç bir məlumatı olmadan, ona rəsmi qaydada hərracın keçiriləcəyi barədə bildiriş göndərilmədən keçirilib. Bu səbəblə hesab edilir ki, hərracın keçirilmə qaydaları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Təbii ki, bunun da nəticəsində iddiaçının əsas insan hüququ olan mülkiyyət hüququ da pozulmuşdur. Keçirilmiş hərrac məhz bu səbəblə ləğv edilməlidir. 2) Bundan başqa iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi 205000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır ki, bu da qəbul edilməzdir. Belə ki, həmin fərdi yaşayış evi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ümumi sahəsi 300 kv.m olan villa tipli super təmiri və hər şəraiti olan bağ evidir. Həmin ərazidə bənzər bağ evlərinin 2023-cü ilə olan bazar qiymətiən minimum 300000 manatdır. Qeyd edilən bağ evinin hərraca çıxarılacaq olan ilkin satış qiyməti, yəni 205000 manat Yasamal rayon məhkəməsində 2021-ci ildə müəyyən edilmişdir. Hal-hazırda həmin bağ evinin dəyəri isə ən aşağı 300000 manatdır. İddiaçı hesab edir ki, Suraxanı rayon məhkəməsinin göndərdiyi icra sənədi olduğu kimi icra edilərək üzərinə həbs qoyulmuş həmin bağ evinin ilkin satış qiyməti olan 205 000 manat ilə hərraca çıxarılması mülkiyyətçi-iddiaçının əsas insan hüquqlarından biri olan mülkiyyət hüququnu kobud şəkildə pozacaqdır. Ona görə də iddiaçı hesab edir ki, hərracın ləğv edilərək 2023-cü ildə olan qiymətlərə uyğun qiymətləndirmə aparılaraq həmin evin qiymətinin təyin olunması iddiaçının hüquqlarının təmin olunması üçün zəruridir. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə riayət edilmədən, iddiaçının konstitusion hüquqları pozularaq keçirildiyi üçün ləğv olunmalıdır. İddia tələbi cavabdehlərin keçirdiyi hərracın nəticələrinin ləğv olunması ilə bağlıdır. "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı X4 cavabdehlər, Cavabdeh1 ASC, Suraxanı İcra Şöbəsi və “X6” MMC-yə qarşı “hərracın nəticələrini etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 ASC və Bakı şəhəri Suraxanı rayonu İcra şöbəsinə qarşı “hərracın nəticələrini etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraicət edərək, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında “X6” MMC Hərrac Mərkəzi tərəfindən keçirilən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia edir ki, hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilməmişdir, eləcə də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzilin satış qiyməti düzgün müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində tərəfə bildirişlərin göndərilməməsini qeyd etmişdir. Bununla bağlı cavabdeh aşağıdakı əsasları qeyd edir: 1. Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı borc Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzilə tutulmalı borc yönəldilmişdir. Müvafiq mənzilin açıq hərracda satılmasının təmin edilməsi üçün “X6” MMC-yə Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu göndərmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin sifariş məktubu əsasında "X6" MMC Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə ilkin hərracda 205.000 manata təklif olunmuşdur. İlkin hərracın keçirilmə tarixi 22 may 2023-cü il göstərilməklə, 01 may 2023-cü il tarixində açıq hərracın keçirilməsinə dair 119 saylı bildiriş “X6” MMC tərəfindən poçt vasitəsilə və kuryer vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvana göndərilmişdir. Həmçinin “525-ci qəzet” adlı nəşrin 02 may 2023-cü il tarixli, 74 (6121) nömrəli buraxılışında elan verilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. 2. İkinci hərracın vaxtı 14 iyun 2023-cü il göstərilməklə, 26 may 2023-ü il tarixində açıq hərracın keçirilməsinə dair 119-1 saylı bildiriş “X6” MMC tərəfindən poçt və kuryer vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvana göndərilmişdir, həmçinin “525-ci qəzat” adlı nəşrin 26 may 2023-cü il tarixli, 91 (6138) nömrəli buraxılışında elan verilmişdir. Əmlak 15% endirimlə 174.250 (yüz yetmiş dörd min iki yüz əlli) manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır.Hərracın baş tutmaması ilə bağlı “525-ci qəzet”-in 15 iyun 2023-cü il tarixində elan dərc edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh1 ASCyə bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 130.687,50 (yüz otuz min altı yüz səksən yeddi manat əlli qəpik) manata almağı təklif etmiş və əmlakı bankın mülkiyyətinə keçmişdir. Həmçinin iddiaçı qeyd edir ki, hərracın keçirilmə vaxtı və yeri barədə bildiriş ona təqdim edilməmişdir. İlkin hərracın keçirilmə tarixi 22 may 2023-cü il göstərilməklə, 01 may 2023-cü il tarixində açıq hərracın keçirilməsinə dair 119 saylı bildiriş “X6” MMC tərəfindən poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvana göndərilmişdir.Həmçinin “525-ci qəzet” adlı nəşrin 02 may 2023-cü il tarixli, 74 (6121) nömrəli buraxılışında elan verilmişdir. İkinci hərracın vaxtı 14 iyun 2023-cü il göstərilməklə, 26 may 2023-ü il tarixində açıq hərracın keçirilməsinə dair 119-1 saylı bildiriş “X6” MMC tərəfindən poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir, həmçinin “525-ci qəzat” adlı nəşrin 26 may 2023-cü il tarixli, 91 (6138) nömrəli buraxılışında elan verilmişdir. Əmlak 15% endirimlə 174.250 (yüz yetmiş dörd min iki yüz əlli) manata təklif olunmuşdur. Həmçinin iddiaçı X7 əmlakın düzgün qiymətləndirilmədiyini də iddia edir. Bu predmetli mübahisə üzrə tərəf bütün hüquqi müdafiə vasitələrini tükətmişdir və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/2, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 205.000 (iki yüz beş min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, bütün bildirişlər vaxtında borcluya çatdırılmış, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Suraxanı rayon İcra Şöbəsi və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı X7 tərəfindən cavabdehlər Cavabdeh2 MMC-yə, Suraxanı rayon İcra Şöbəsinə və Cavabdeh1 ASC-yə qarşı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh Suraxanı rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC tərəfindən iddiaçı X4 mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh hazırki iddia ərizəsinə etiraz edir və bununla bağlı aşağıdakıları qeyd edir: İddia tələbinin əsaslandığı “hərracın daşınmazın mülkiyyətçisi X3 heç bir məlumatı olmadan, ona rəsmi qaydada hərracın keçiriləcəyi barədə bildiriş göndərilmədən keçirilməsi” hissəsi ilə bağlı qeyd edilir ki, hərrac sifarişi Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən verildikdən sonra hərracı həyata keçirən qurum kimi cavabdeh “Capitals Auction" MMC tərəfindən xx.xx.2023-cü il tarixinə tərtib edilmiş bildiriş həm hərracın sifarişçisi kimi Suraxanı rayon İcra Şöbəsinə, həm tələbkar kimi Cavabdeh1 ASC-yə həm də borclu kimi X1 poçt vasitəsilə bildiriş göndərilmiş, eyni zamanda 525-ci qəzetdə elan verilərək ilkin hərracın keçirilmə yeri və vaxtı göstərilməklə, hərracda iştirak hüququna dair qeydlər göstərilmiş və ilkin hərracın vaxtı xx.xx.2022-ci il tarixi, xx.xx.2022-ci il tarixinə tərtib edilmiş bildiriş üzrə ikinci hərracın vaxtı xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Hazırkı işə münasibətdə qeyd edilir ki, həm birinci bildiriş zamanı, həm də ikinci bildiriş Cavabdeh2 MMC tərəfindən tərtib edilən zaman borclunun həm ünvan 4, həm də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cüı döngə, 21 B ünvanına bildirişlər göndərilmiş, həmin bildirişlər ilkin bildiriş üzrə xx.xx.2023-cü il tarixində 788443 və 788444 №-li qaimələr əsasında “Qaibov.F” tərəfindən qəbul edilmiş, ikinci bildiriş üzrə isə xx.xx.2023-cü il tarixində “Qaibov” soyadlı şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4- cüı döngə, 21 B ünvanına göndərilmiş 793589 №-li qaimə əsasında bildiriş qəbul edilsə də, ünvan 4 ünvanına göndərilmiş bildiriş qəbul edilməmiş və buna uyğun olaraq 793587 № qaimə tərtib edilməklə akt tərtib edilmişdir. İddia tələbinin əsaslandığı “bundan başqa iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21 B saylı fərdi yaşayış evinin 205 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır” hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş, sonradan hazırki iş üzrə iddiaçı X7 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxmayaraq dəyişdirilmədən qüvvədə saxlanılmış xx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi mövcuddur ki, həmin qətnamədə əmlakın ilkin satış qiyməti müəyyən edilmişdir. Həmin qətnamənin müəyyən etdi hissəsindən də bəlli olur ki, “Lex Fore” qiymətləndirmə şirkəti tərəfindən aparılmış tədqiqata əsasən əmlakın ilkin satış qiyməti xx.xx.2022-ci il tarixinə 205 000 manat, bazar qiyməti isə 215 000 manat müəyyən edilir. Əlavə olaraq qeyd edilir ki, hazırki əmlak üzrə xx.xx.2023-cü il tarixinə və xx.xx.2023-cü il tarixinə təyin edilmiş hərraclar baş tutmadığından qeyd edilən ipoteka predmeti “İpoteka haqqında” AR qanununun 43.7-1-ci maddəsinə əsasən "xxxx" ASC tərəfindən əldə edilmiş və buna dair hərrac təşkilatı ilə Bank arasında xx.xx.2023-cii il tarixində “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 101 №-li yekun protokol imzalanmış, eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə imzalanmışdır. Bunda başqa hazırki mərhələdə qeyd edilən daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixində, qeydiyyat nömrəsi ********** olmaqla Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. İddaçının iddia ərizəsində istinad etdiyi “hüquqi əsaslarla” bağlı qeyd edilir ki, bank, icra qurumu və ya hərrac təşkilatçısı tərəfindən iddiaçının hansısa mülkiyyət hüquqları pozulmamaqla bərabər, hərracda iştirakına hansısa formada məhdudiyyət qoyulmamış, keçirilmiş hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat lazımı qaydada verilmiş və hərhansı formada məhdudiyyət tətbiq edilmədiyindən qanuni əsası olmayam əsaslarla hərracın nəticələrinin etibarsızlığı və onların ləğvi tələb edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və hərracın qanunsuz olaraq keçirildiyini bildirdi, ona görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh X5 qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X2 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 (bir yüz qırx min əlli iki manat, əlli yeddi qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 ASC-nın xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin likvid dəyərinin 205 000 (iki yüz beş min) manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra X4 1 (bir) ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-573/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayon İcra şöbəsi tərəfindən “Capitals Auction“ MMC-yə ünvanlanan 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, borclu X4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Şərq y/s, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil barədə hərrac keçirilməsi xahiş olunmuşdur. “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 205000.00 manat olmaqla 22 may 2023-cü il tarixində, saat 11:00-da ünvan 8 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. 788444 №-li və 788443 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir. “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 15 % endirimlə 174250.00 manat olmaqla 14 iyun 2023-cü il tarixində, saat 11:00-da ünvan 8 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. 793587 №-li və 793589 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir. Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli protokolun surətinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Suraxanı rayon İcra şöbəsinin 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 205000 (iki yüz beş min) manat, 15 % endirimlə 174250 manat, ilkin satış qiymətindən 25 % aşağı qiyməti 130687 manat 50 qəpik olan İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzili 130687 manat 50 qəpik qiymətə ipoteka saxlayan Cavabdeh1 ASC-nin nümayəndəsi X8 əldə etmişdir. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Müqavilənin surətindən görünür ki, “Təşkilatçı” - “Capitals Auction“ MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evini “Əldə edən” - Cavabdeh1 ASC-nin tam mülkiyyətinə verməyi, “Əldə edən” isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ASC həmin əmlakı 130687 manat 50 qəpik qiymətə əldə etmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 171.20 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 ASC-nin tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. “525-ci qəzet”in surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 9 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, ünvan 9 saylı mənzili Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Suraxanı rayon İcra şöbəsinin 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 205000 manat, 15 % endirimlə 174250 manat, ilkin satış qiymətindən 25 % aşağı qiyməti 130687 manat 50 qəpik manat olmaqla Cavabdeh1 ASC-nin balansına keçirilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə imzalanmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “525-ci qəzet” qəzetlərində elanlar verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “525-ci qəzet” qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 9 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı mübahisələndirilən hissəsini də əsassız hesab edir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin likvid dəyəri 205 000 (iki yüz beş min) manat müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilmişdir. Eyni zamanda mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-573/2023 saylı qərarından da görünür ki, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, məhkəmə, həmin qətnamənin preyudisial əhəmiyyətə malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbində fərdi yaşayış evinin ilkin satış qiymətinin mübahisələndirilməsi əsassızdır. Bununla belə məhkəmə hesab edir ki, fərdi yaşayış evinin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icra məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtı və yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir.Göründüyü kimi, iddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəlki sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır. Belə olan təqdirdə İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Suraxanı rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar