Məhkəmə qərarları › İş №e-2(005)-3053/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3053/2025

01.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3053/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 1 Sayli Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdə doğulmuş Cavabdeh2 və xx.xx.1998-ci il tarixdə doğulmuş Seymenoğlu (Əliyeva) Arzu Tariyel qızının ataları İddiaçı məcburi pay almaq hüququndan məhrum edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X7 arasında nikah xx.xx.1996-ci il tarixdə 1664 nömrə ilə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydə alınmış, onların birgə nikahından 3 uşaq - xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1998-ci il təvəllüdlü X19 və xx.xx.2002-ci il təvəllüdlü X20 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə xx.xx.1996-cı il tarixdə 1664 nömrə ilə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydə alınmış nikah pozulmuş, tərəflər arasında birgə nikahdan xx.xx.1997-ci il tarixdə doğulmuş Cavabdeh2, xx.xx.1998-ci il tarixdə doğulmuş X19 və xx.xx.2002-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatana qədər ataları - İddiaçı himayəsində saxlanması, İddiaçı X4 adına olan mənzildən imtinasının qəbul edilməsi qət edilmişdir. Lakin bundan sonra, yəni təqribən 2013-cü ilin noyabr ayında İddiaçı X4 ona xəyanət etdiyini, yəni başqa şəxs ilə intim münasibətlərdə olduğunu müəyyən etmiş və bundan sonra ailədə sözlü münaqişə olmuşdur. Bundan sonra, yəni 2013-cü ilin noyabr ayında X2 Tariyel Aftandil oğlunu ağır cinayətlərdə (zorlama və s.) ittiham etməklə şərləmiş, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Belə ki, DİN-in 102 xidmətinə X7 və onun anası tərəfindən edilmiş müraciətlər Səbail RPİ 8-ci Polis Bölməsində araşdırılmış və xx.xx.2013-cü il tarixli müvafiq qərar ilə toplanmış materialda heç bir cinayət xarakteri olmadığı üçün toplanmış material dəftərxanada işə alınmışdır. Eyni zamanda bundan sonra X4 xx.xx.2013-cü il tarixli ərizəsi əsasında 224-C-13 saylı material üzrə Bakı şəhəri Səbail rayon X10 xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli qərarları ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Səbail Rayon Məhkəməsinin 6(009)-34/2014 saylı,xx.xx.2014-cü il tarixli qərarı ilə cinayət prosesini həyata keçirən orqan - Bakı şəhəri Səbail rayon X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərar qanuni hesab edilmiş, X4 qərardan məhkəmə nəzarəti qaydasında şikayəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Lakin bütün qeyd edilənlərə, Səbail Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarının qəbul edilməsinə və həmin qərardan apellyasiya şikayəti verilməməsinə və qərarın qanuni qüvvəyə minməsinə baxmayaraq, bundan cəmi 17 gün sonra Bakı şəhəri Prokurorunun müavini tərəfindən heç bir qanuni əsas olmadan İddiaçı barəsində CM-in 145.1 və 150.1-ci maddələri ilə cinayət işinin başlanılmış və istintaqın aparılması Bakı şəhəri Prokurorluğunun o vaxtkı müstəntiqi X17 həvalə edilmiş, bundan 19 gün sonra isə, yəni xx.xx.2014-cü il tarixdə İddiaçı şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2014-cü il tarixdə ona tamamilə əsassız olaraq ittiham verilməklə barəsində Səbail Rayon Məhkəməsinin 4(009)-788/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə nail olunmuşdur. 2013-cü ilin noyabr ayında X7 evdən gedərkən, İddiaçı evdə olmamasından istifadə edərək birgə nikahından doğulmuş hər üç uşağı özü ilə aparmış, həmçinin evdən külli miqdarda pul və İddiaçı məxsus qızıl-zinət əşyalarını və bəzi digər əşyaları da özü ilə aparmış, daha sonra həmin ağır ittihamlar sonralar da öz təsdiqini tapmasa belə, X7 hüquq-mühafizə orqanlarında uşaqların atasına, yəni İddiaçı qarşı yalan ifadələrinin alınmasına nail olmuş, məhz bu hal İddiaçı əsassız olaraq ittiham verilməsinə və barəsində həbs qətimkan tədbirinin seçilməsinə səbəb olmuşdur. Həmin cinayət işinin istintaqını aparmış Bakı şəhəri Prokurorluğunun o vaxtkı müstəntiqi X13 vətəndaşlara qarşı qanunsuz əməlləri bundan sonra ifşa olunmuş, nəticədə onun özü sonradan dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, onun özü barəsində həbs qətimkan tədbiri seçilməklə məhkum olunmuşdur. 2014-cü ilin əvvəllərində hüquq-mühafizə orqanlarında cinayət işi üzrə araşdırma aparılan zaman X7, İddiaçı qarşı iddia qaldırmış, nəticədə İddiaçı həbsdə olarkən, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 374/2014 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında birgə nikahdan uşaqların İddiaçı himayəsindən alınaraq öz himayəsində və yanında saxlanmasına nail olmuş, həmin qətnamədən İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Bundan sonra isə, X7 digər qətnamə ilə alimentin tutulmasına nail olmuş, belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5761/15 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 2013-cü ilin noyabr ayından başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər birinə sabit pul məbləğində 108 manat, cəmi 216 manat alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Qeyd edək ki, İddiaçı verilmiş ağır cinayətlərlə bağlı ittihamlar öz təsdiqini tapmamış, baxmayaraq ki, o, ümumiyyətlə, özünü təqsirli bilməmiş, bununla belə Məhkəmə tərəfindən onun əməli böyük ictimai təhlükə törətməyən əməllərə, yəni CM-in 145.1 və 133.1-ci maddələrinə tövsif edilməklə, barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli 1(103)-920/2015 saylı qərarı qəbul olunmuşdur. Baxmayaraq ki,İddiaçı verilmiş ağır cinayətlərlə bağlı ittihamlar öz təsdiqini tapmamış, sonda Məhkəmə tərəfindən onun əməli böyük ictimai təhlükə törətməyən maddələrə tövsif edilmiş və həmin maddələrin sanksiyalarında azadlıqdan məhrumetməyə alternativ cəzalar nəzərdə tutulmuşdur, bununla belə həm X4 şər-böhtan xarakterli şikayətləri, həm onun şikayətləri və iddiaları əsasında cinayət və mülki mühakimə icraatl qaydasında çoxsaylı istintaq və məhkəmə proseslərində iştirak etmiş və həmin vaxt qanuni nümayəndələri olan analarının (şikayətçiiddiaçı) iştirakı ilə dindirilmiş uşaqlar, yəni konkret olaraq qızlar - Cavabdeh2 və X14 analarının və Bakı şəhəri Prokurorluğunun o vaxtkı müstəntiqi X13 təzyiq və təsirləri altında verdikləri ifadələr və həmin ifadələr əsasında qəbul olunmuş qərarlar İddiaçı nəinki qanunsuz həbs olunmasına, həmçinin onun həyatda maddi və mənəvi baxımdan, demək olar ki, hər şeydən məhrum olmasına səbəb olmuşdur. Həmin dövrlərdə azyaşlı olmuş və tərəflərin birgə nikahından doğulmuş X20 yetkinlik yaşına çatan kimi, anasının etdiyi hərəkətlərini anlayaraq və buna etiraz əlaməti olaraq atası - İddiaçı yanına gəlmiş, onunla birgə yaşamağa başlamış, bundan sonra atasının valideynləri, yəni ata babası, əmiləri və bibisi tərəfindən onun toy mərasimi təşkil olunmuş, onun ata babası tərəfindən mənzil və məişət problemləri tam həll olunmuş və hazırda yeni ailə qurduğu şəxslə birgə yaşamaqdadır. Lakin analarının himayəsində qalmış qızlar - Cavabdeh2 və X19 orta məktəbi bitirən kimi Türkiyəyə getmiş, orada yaşamağa başlamışlar. Həmin ərəfədə İddiaçı həbsdən azad olunmuş, eyni zamanda həmin ərəfədə uşaqların dayıları, yəni X4 hər iki qardaşı ağır cinayətlərdə ittiham olunaraq məhkum olunmuş, bundan sonra qızlar - Cavabdeh2 və X3 ataları ilə əlaqə saxlayaraq, artıq böyüdüklərini, ona qarşı səhv etdiklərini anladıqlarını etiraf etmiş, onları bağışlamasını və onlara maddi köməklik göstərməsini atalarından xahiş etmişlər. Bundan sonra İddiaçı bir ata kimi qızları - Cavabdeh2 və X1 inanmış, onun özünün maddi imkanı olmasa da belə, Tariyelin atası, qardaşları və bacısı tərəfindən onlara lazımı maddi köməklik göstərmişdir. Lakin buna baxmayaraq, onlar ataları İddiaçı qarşı səmimi davranmamış, yəni uzun müddət maddi baxımdan istədiklərinə nail olduqdan sonra, yenə də ona qarşı ləyaqətsiz davranmağa başlamışlar. Belə ki, gözəllik salonlarında çalışan X4 özünün də Türkiyəyə getməsindən, həmçinin onlar orada Türkiyə vətəndaşları ilə ailə qurduqdan sonra qızlar ilə ataları arasında əlaqələr tamamilə kəsilmişdir. Hətta qızlar orada ailə qurarkən belə, valideyn kimi atalarının xeyir-dualarını da istəməmiş, toy mərasimləri barədə də atalarına heç bir məlumat verməmişlər. Bir sözlə, qızların ataları ilə bütün əlaqələri kəsmiş, onunla ləyaqətsiz davranmağa davam etmiş, bu halın 10 ildən artıq müddətdə davam etməsi, bir valideyn kimi İddiaçı tamamilə sarsıtmışdır. Odur ki, Cavabdeh2 və X19 ataları İddiaçı Avtandil oğlundan məcburi pay almaq hüququndan məhrum edilməlidirlər Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həbsdən çıxdıqdan sonra qızlarını danışıq üçün çağırmışdı. Onlara nə üçün yalan ifadə verdiklərini soruşanda qızları bildirdi ki, müstəntiq onlara o formada ifadə vermələrini tapşırmışdır. Sonra onlarla barışaraq, onların universitet ödənişlərini etmiş, ev ilə təmin etmişdir. Lakin analarına heçnə verməmələri şərtini qoymuşdur. Qızları müəyyən müddət onunla qalmışlar. Sonra onlara bildirmişdir ki, prokurorluqda yenidən iş qaldırsınlar, onun heç bir günahının olmadığı müəyyən edilsin. Əvvəl razılaşsalar da, daha sonra anaları ilə danışaraq bundan imtina etmişlər. Sonrasında bir neçə dəfə qızlarının yalanlarını tutmuş, analarına kömək etdiklərini öyrənmişdir. Bununla da onlarla olan münasibətlərini kəsmişdi. Qızı nişanı olacağı üçün ona Türkiyəyə gəlməsini demişdi. Lakin o qaydaya görə onların bura gəlməli olduğunu bildirmişdir. Buna görə də nişana getməmişdir. Qızları ona ad günündə, bayramlarda yazsalar da, artıq o, onlara cavab vermək istəmir.Onları bütün əmlaklarından mərhum etmək istəyir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X7 arasında Bakı şəhəri “Sədadət sarayı”nda xx.xx.1996-cı il tarixdə 1664 nömrəli akt qeydinə əsasən dövlət qeydiyyatına alınmış nikah ləğv edilmiş, birgə nikahdan xx.xx.1997-ci il tarixdə doğulmuş Cavabdeh2, xx.xx.1998-ci il tarixdə doğulmuş X19 və xx.xx.2002-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatana qədər ataları - İddiaçı himayəsində saxlanması, İddiaçı X4 adına olan mənzildən imtinasının qəbul edilməsi qət edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı uşağın ananın himayəsinə verilməsi tələbinə dair iddiası təmin olunaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.1998-ci il təvəllüdlü X14, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2002-ci il tarixdə anadan olmuş X12 ataları İddiaçı himayəsindən alınması və anaları X4 yanında və himayəsində saxlanılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)- 7065/2014 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Nərimaov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2218/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-78/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 145.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 133.2.6-cı maddəlləri ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X15 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2010-cu il tarixli qətnaməsi ilə nikahı ləğv edilmiş, lakin faktiki birgə yaşadığı və ər-arvad münasibətlərini davam etdirdiyi kecmiş həyat yoldaşı X4 X21 ilə olan intim münasibətlərindən xəbər tutaraq aralarında yaranmış mübahisə zəminində Şəhla Əliyevanı cəzalandırmaq məqsədilə 2013-cü ilin noyabr ayının 7-də gecə saatlarında yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə kücəsində yerləşən nömrəsiz evində Şəhla Əliyevanın bədəninin müxtəlif nahiyələrinə yumruq və tapiklə vuraraq, sonuncunu bir necə dəfə döymüş, daha sonra uşaqlarının gözü qarşısında onun əl və ayaqlarını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq həmin vəziyyətdə onu otaqda təxminən 40 dəqiqə məcburi qaydada saxlamaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmis, həmçinin həmin vəziyyətdə əlinə aldığı oxlovla Ş.Əliyevanın başına və qollarına dəfələrlə vuraraq ona hər iki sarğının və sol saidin qançırları ilə müşayət olunan dərəcəsinə görə sağlamlığa zərər yetirməyən xəsarətlər yetirərək, onu döyməklə və fiziki ağrı və psixi iztirab verməklə əzab vermişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-920/15 saylı, 24 iyul 2015-ci il tarixli qərarı ilə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, X6 Azərbaycan Respublikası CM-nın 145.1 və 133.2.6-cı maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü dəyişdirilmiş, X6 əməlində cinayətlərin residivi olması nəzərə alınmış, X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 133.2.6-cı maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddəyə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nın 66.3-cü maddəsinə əsasən hökmlə X8 Azərbaycan Respublikası CM-nın 145.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla ona Azərbaycan Respublikası CM-nın 133.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə X7 xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından 3 övladları, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1998-ci il təvəllüdlü X19 və xx.xx.2002-ci il təvəllüdlü X20 doğulmuşdur. Nikahları Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar atanın himayəsinə verilmişdir. Lakin buna baxmayaraq tərəflər faktiki nikah münasibətlərində yaşamağa davam etmişlər. 2013-cü ilin noyabr ayında tərəflər arasında mübahisə yaranmış, zərərçəkmiş şəxsin (keçmiş həyat yoldaşının) şikayəti əsasında cinayət işi açılmış, son nəticədə iddiaçı CM-in 133.1-ci (əzab vermə) və 145.1-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə məhkum olunmuşdur. Sonradan uşaqlar məhkəmə qətnaməsi ilə atanın himayəsindən alınaraq ananın himayəsinə verilmişdir. Hazırda iddiaçı cinayət mühakimə icraatı zamanı qanuni nümayəndələri ilə şahid qismində dindirilmiş qızlarının onun əleyhinə yalan ifadə vermələri nəticəsində əsassız məhkum olunduğuna, toy mərasimlərini edərkən ona məlumat vermədiklərinə, onunla münasibətlərinin soyuq olduğuna əsaslanaraq qızları olan cavabdehlərin məcburi pay almaq hüququndan məhrum edilmələrini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1139 və 1143-cü maddələrinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyindən göründüyü kimi, miras qoyana qarşı sağlığında qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs, eləcə də miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər vərəsəlik hüququndan məhrum edilə bilər. Beləliklə, mülki qanunvericilikdə məcburi pay almaq hüququndan məhrumetmə ilə bağlı konkret şərtlər müəyyənləşdirilmişdir. Hazırki iş üzrə isə belə halların mövcudluğu müəyyən edilmir. Cavabdehlərin yetkinlik yaşına çatmadıqları dövrdə cinayət mühakimə icraatı zamanı şahid qismində ifadə vermələri onların məcburi pay hüquqlarından məhrum edilmələri üçün əsas ola bilməz. Yalan ifadə vermələri isə məhkəmə qərarlarında öz təsdiqini tapmamışdır. İddiaçı ilə soyuq davranmaları, onu toylarına çağırmamaları işin hallarından göründüyü kimi, tərəflər arasında mövcud olmuş gərgin münasibətlərdən irəli gəlmişdir və bu hallar iddiaçıya qarşı törədilmiş əxlaqsız hərəkət kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçının bildirdiyinə görə iddiaçı özü onlarla əlaqə qurmaq istəmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Seymenoğlu (Əliyeva) Arzu Tariyel qızına qarşı məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Seymenoğlu (Əliyeva) Arzu Tariyel qızına qarşı məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar