Məhkəmə qərarları › İş №e-2(005)-3156/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3156/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3156/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada 6369 (altı min üç yüz altmış doqquz) manat məbləğində sığorta ödənişinin, 83.69 (səksən üç manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı, cəmi 6453.09 (altı min dörd yüz əlli üç manat, 09 qəpik) məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X4 məxsus olan və Cavabdeh2 idarə etdiyi "Opel Astra” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "Bakı Sığorta” ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Binəqədi RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən "Opel Astra" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "Kia Sportage” markalı, ** PK *** markalı dövlət qeydiyyat nişanlı avtonoqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 250 (iki yüz əlli manat) manat azad olma məbləği çıxılmaqla iddiaçı tərəfindən 11260 (on bir min iki yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "Kia Sportage” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən "avtomobillərin tam sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Binəqədi RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X4 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Opel Astra” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış"dan və “Opel Astra” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt "Opel Astra" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X4 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 11510 (on bir min beş yüz on) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən edilir ki, 250 (iki yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilməli olan sığorta ödənişinin məbləği 11260 (on bir min iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 11260 (on bir min iki yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Opel Astra” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş hesablama sənədindən müəyyən olunur ki, "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən ödənilmiş 11260 (on bir min iki yüz altmış) manat məbləğində sığorta ödənişinin 4891 (dörd min səkkiz yüz doxsan bir) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında "Opel Astra" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C-23/0926 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 11260 (on bir min iki yüz altmış manat) manat məbləğində sığorta ödənişinin 6369 (altı min üç yüz altmış doqquz) manat məbləğində olan hissəsinin ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə razılaşmadığını bildirərək iddia ərizəsinin təmin olunmamasıı xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən "avtomobillərin tam sığortası” qaydasında, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Opel Astra" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında X3 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “X11” MMC tərəfindən verilən 23 dekabr 2022-ci il tarixli etibarnamədən görünür ki, X1 “X11” MMC-yə məxsus "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini tərəflər arasında bağlanmış 22 iyun 2022ci il tarixli, 652 saylı lizinq müaviləsinə əsasən idarə edə bilər. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Opel Astra markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərin görülməsi üçün toplanmış material Binəqədi RPİ-nin DYPŞ-si vasitəsi ilə Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Müstəqil ekspert rəyinin surətindən görünür ki, sığorta hadisəsi nəticəsində "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11.510 manat olaraq müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 46/2-5018 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış"ın surətindən müəyyən olunur ki, yolnəqliyyat hadisəsi törədilən vaxt "Opel Astra" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6, hadisə zamanı sürücü isə Cavabdeh2 olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən “X11” MMC-yə 11260 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən zaman “Opel Astra” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən X4 4500 manata satılmışdır. İş materiallarında olan X3 12 fevral 2021-ci il tarixli ərizəsinə əsasən “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil AR DİN BDYPİ Qİİ tərəfindən “** EY ***” qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş məlumatlarından məlum olur ki, "xxxx" ASC tərəfindən 4891 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BS-C-23/0926 saylı məktubdan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 11260 manat məbləğində sığorta ödənişinin 6369 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə “X11” MMCyə məxsus X1 etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 mülkiyyətində olan, hadisə zamanı digər Cavabdeh2 istifadəsində olan “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, müstəqil ekspert tərəfindən tərtib edilmiş akta əsasən zərərin məbləği 11.510 manat müəyyən edilmişdir. "xxxx" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən “X11” MMC-yə 250 manat azadolma məbləği çıxılmaqla, 11260 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin məbləğin 4891 manat hissəsi "Opel Astra" markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi nəticəsində həmin məbləğdən qalıq 6369 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.3-cü maddələrinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır, habelə bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "Kia Sportage” markalı, **-PK-*** dövlət qeydiyyat nışanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” müqaviləsi əsasında "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi faydalanan şəxslərin bank hesablarına ödənildiyindən iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, mülki işin mübahisəsiz hallarından yol nəqliyyat hadisəsini törətmiş olan “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olması müəyyən olunmuş, eyni zamanda Cavabdeh2 nun avtomobili etibarnamə olmadan idarə etdiyi də müəyyən edilmişdir. Bu baxımdan yüksək təhlükə mənbəyinin – “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan mülki hüquq pozuntusuna görə məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni “Opel Astra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 üzərinə qoyulmalı və 6369 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq dəymiş ziyana görə ümumilikdə 6369 (altı min üç yüz altmış doqquz) manat məbləğində sığorta ödənişi, 83.69 (səksən üç manat, altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı, cəmi 6453,09 (altı min dörd yüz əlli üç manat, 09 qəpik) məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar