Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-321/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Mikser Kenwood, Ətçəkən Kenwood, Apple 12W USB Adapter, Apple Lightning USB Cable, Doğrayıcı Kenwood üçün cəmi 1045 (min qırx beş) manat borcun və 30.45 (otuz manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbini qəbul etmədiyini və işə iddia icraatı qaydasında baxılaraq müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 3978/2022 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mikser Kenwood, Ətçəkən Kenwood, Apple 12W USB Adapter, Apple Lightning USB Cable, Doğrayıcı Kenwood almış və nəticədə 1045 (min qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 842,4 (səkkiz yüz qırx iki manat, 40 qəpik) manat (18 ay x 46,8 manat + 0 manat ilkin ödəniş) Mikser Kenwood, Ətçəkən Kenwood üçün ümumilikdə, 875 (səkkiz yüz yetmiş beş) manat olmaqla ondan, 795,4 (yeddi yüz doxsan beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 79,6 (yetmiş doqquz manat, 60 qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 158,9 (yüz əlli səkkiz manat, 90 qəpik) manat (3 ay x 51,4 manat +4,7 manat ilkin ödəniş) Apple 12W USB Adapter, Apple Lightning USB Cable, Doğrayıcı Kenwood üçün ümumilikdə, 170 (yüz yetmiş) manat olmaqla ondan, 154,2 (yüz əlli dörd manat, 20 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 15,8 (on beş manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 51,7 manat təşkil edir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli müqavilədə olan Kenwood markalı mikser və ətçəkən məhsulları xx.xx.2022-ci il tarixdə geri qaytarmış və məhsullar 824,4 manat qiymətləndirilərək borcundan silinmişdir. Bu səbəbdən iddianın dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə Kenwood markalı doğrayıcı, Apple 12W USB Adapter, Apple Lightning USB Cable üçün 107,2 (yüz yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 117,2 (yüz on yeddi manat iyirmi qəpik) manat borc və 30,45 (otuz manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə təqdim edərək məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini və iddia tələbini müdafiə etdiyini bildirərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mikser Kenwood, Ətçəkən Kenwood, Apple 12W USB Adapter, Apple Lightning USB Cable, Doğrayıcı Kenwood almış və nəticədə 1045 (min qırx beş) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə "ABC TELECOM“ MMC-yə olan ümumi borcu 117,2 (yüz on yeddi manat iyirmi qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh qalıq borcunun tam dəyərinin və gecikmiş günlərə görə hesablanmış peniya məbləğinin qısa müddət ərzində ödənilməsi tələb olunur Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Lakin, xx.xx.2021-ci il tarixli müqavilədə olan Kenwood markalı mikser və ətçəkən məhsulları xx.xx.2022-ci il tarixdə geri qaytarmış və məhsullar 824,4 manat qiymətləndirilərək borcundan silinmişdir. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda qeyd olunan işin halları və onlara tətbiq olunuş maddi hüquq normalarının tələblərindən görünür kimi hazırda tərələr arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd olunan öhdəliklər tam yerinə yetirilməmişdir. Bu səbəbdən də məhkəmə hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,45 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Kenwood markalı doğrayıcı, Apple USB Adapter, Apple Lightning USB Cable üçün 107,2 (yüz yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 117,2 (yüz on yeddi manat iyirmi qəpik) manat borc və 30,45 (otuz manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Kenwood markalı doğrayıcı, Apple USB Adapter, Apple Lightning USB Cable üçün 107,2 (yüz yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 117,2 (yüz on yeddi manat iyirmi qəpik) manat borc və 30,45 (otuz manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-321/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-321/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver