Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3214/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış, avtomobilinin lizinqinə dair 10 yanvar 2023-cü il tarixli müqavilənin şərtlərindən irəli gələn öhdəklikllərə əsasən, 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilinin yenidən İddiaçı sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ilə 10 yanvar 2023-cü il tarixdə, Bakı şəhərində Cavabdeh MMC –də avtonəqliyyat lizinqinə dair 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili öhdəlik ötürülməsi ilə lizinq etmişlər. Müqaviləyə əsasən öhdəlik ötürən X5q borcu 34192.23 manat idi və İddiaçı müqavilə əsasında həmin qalıq borcun ödənilməsini də öhdəlik götürdü. Cavabdeh MMC nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsini (BB312805) İddiaçı təhvil vermişdir. Eyni zamanda müqaviləyə uyğun olaraq onun üçün 10 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay 1821 manat ödənişləri üçün müqaviləyə əlavə olaraq 01 saylı cədvəl aldı. Bundan sonra hər ay İddiaçı 1825 manat pul ödəməyə başladı. Bu günəcən 9125 manat MMC–yə ödəniş etmişdir. Sonuncu ödənişi 10 aprel 2023-cü il tarixdə ödəmişdir. Bütün ödənişlərini Muğanbankın Bərdə filialından həyata keçirmişdir. 22 aprel 2023-cü il tarixdə maşında ciddi nasazlıq ortaya çıxdığından maşını İddiaçı lizinq etibnaməsi ilə (etibarnamə Anar Xramovun adına idi) satan Şahid2 AKif oğluna (**********) zəng edərək maşının mühərrikində problem olduğunu dedi, Rəşad ona dedi ki, maşını gətir təhvil ver maşını satsın pulunu verəcəyək. Şahid2 22 aprel 2023-cü ildə maşını İddiaçı aldı apardı ancaq sonra yəni 10 may 2023-cü il tarixdə İddiaçı telefonuna radar cəriməsi gələndə bəlli oldu ki, Muğan Lizinq MMC İddiaçı ilə razılaşmadan, tanımadığı X1 adına sürmək üçün etibarnamə veribdir. Maşında yaranmış nasazlıqlarla bağlı təbii ki, onu təmir etdirmək kimi məsələləri özünün həyata keçirməyi lizinq münasibətlərinin şərtlərindən irəli gəldiyi üçün (AR MM-nin748-1.7.-ci maddəsi Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir.) Rzayev X6 maşını təmiri məqsədi ilə vermiş, alqı-satqı niyyəti ilə deyil. Bundan sonra İddiaçı Muğan Lizinq MMC ilə əlaqə saxladı. MMC əməkdaşı X7 ona bildirdi ki, onlar istənilən adama sürmək üçün etibarnamə verə bilər. İddiaçı müqavilə öhdəliyini pozan heç bir hərəkət və ya hərəkətisizlik etməmişdir. 2023-cü ilə qədər 9125 manat pul ödəmişdir. MMC-nin əməkdaşı Çingiz adlı şəxs ona məlumat verdi ki, maşın onlardadır, ya gəl qalan 38400 manatı ödə maşını götür, ya da maşını başqasına verəcək. İddiaçı müqavilədə MMC tərəfindən müəyyən edilmiş şərtlərlə əməl edilməsini tələb etmişdir. İddiaçı maşına görə Şahid2 Akif oğluna 24000 min manat ödəmişdir. 10000 min manat pulu da Şahid2 nağd vermişdir. 14000 min manata dair də Rəşadla maşın üçün borc müqaviləsi bağlamışlar. Bu gün İddiaçı Şahid2 8000 min manat pul ödəməlidir. Rəşadla cavabdeh MMC gedib maşını lizinq etdirərkən cavabdeh bu prosesləri bilirdi. İndi avtomobilin İddiaçı qaytarılmaması onun üçün ciddi maliyyə problemləri yaradır və eyni zamanda onun üçün mənəvi sarsıntıya səbəb olur. Müqaviləyə əsasən MMC müqavilə şərtlərini yerinə yetirmir və bu İddiaçı ciddi maddi vəziyyət problemləri yaradır. Çünki o bu günə qədər 9125 manat pul ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, avtonəqliyyat vasitəsini öz razılığı ilə Şahid2 təmir üçün verilmişdir. Lakin sonradan bu nəqliyyat vasitəsi cavabdeh tərəfindən başqa şəxsə lizinqə verilmişdir və nəqliyyat vasitəsinin ona geri qaytarılması üçün həmin şəxs avtomobilə çəkdiyi 14000 manat xərci ondan tələb etmişdir. İddiaçı isə bu məbləğlə razılaşmamış və hər hansı təmir xərci çəkildiyi halda bu məbləğinin az olacağını və təmiri etmiş şəxslə razılığa gələ biləcəyini bildirmişdir. Lakin müsbət cavab almamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 yazılı məhkəmə çıxışına uyğun izahat verərək bildirdi ki, avtomaşın müqavilə üzrə Anar Xramova verilsə də, faktiki olaraq avtomaşına sahibliyi və lizinq ödənişlərini Şahid2 etmiş, məhz bu məqsədlə cavabdeh MMC tərəfindən əvvəlki dövrlərdə avtmomaşını idarəetmə ilə bağlı həmin şəxsə müvafiq dövrlərdə etibarnamə verilmişdir. Qarşılıqlı razılaşma əsasında İddiaçı avtomobilin ilikin lizinqi üzrə aparılmış bütün ödənişləri qazancı ilə birlikdə 24000 manat hesablanmaqla Şahid2 ödəmiş, bununla əlaqədar ödənilməmiş 13600 manat məbləğlə bağlı İddiaçı ilə Şahid2 arasında xx.xx.2022-ci ildə Bakı şəhəri 32 saylı Notariat Ofisində borc müqaviləsi bağlanılmışdır. Sonrakı dövrdə İddiaçı mübahisə predmeti olan avtomobilin lizinq ödənişlərini vaxtı-vaxtında icra etmiş, sübut qismində məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən də müəyyən olunur ki, mütəmadi ödənişlər İddiaçı tərəfindən icra edilmiş, sonuncu ödəniş xx.xx.2023-cü ildə həyata keçirilmişdir. İddiaçı avtomobilin motor sistemində yaranmış nasazlıqla əlaqədar Şahid2 iradını bildirmiş, avtomaşın təmirdə olarkan Nurlanın məlumatı olmadan qaçırılmış və sonradan lizinq verən Cavabdeh MMC-də peyda olmuşdur. Hətta Nurlan avtomobilin təmirdə olması və əvvəlki sürücü Şahid2 etibarnamə verilməməsi barədə lizinq şirkətinə məlumat vermiş, lizinq şirkətinin əməkdaşı bu barədə problem olmayacağını bildirmişdir. Məhz avtomobilin təmir yerindən oğurlanması barədə İddiaçı hüquq-mühafizə orqanlarına şikayət etmiş, onun müxtəlif orqanlara şikayət etdiyini görən lizinq şirkəti avtomobilin şirkətdə olduğunu, guya ki, maşında quraşdırlmış GPS sistemin söndürüldüyünü, söndürülmənin müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsas olduğunu bildirmiş və növbəti ödənişlərin icra edilməsinə maneçilik yaratmışdır. Hesab edir ki, cavabdeh lizinq şirkətinin əməkdaşları planlı şəkildə maşının əvəllki sürücüsü Şahid2 ilə əlbir olub, iddiaçının istifadəsində olan avtomobili əlindən almışlar. İnandırıcı deyil ki, iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etdiyi dövrdə, polis əməkdaşları maşını tapa bilmədiyi halda, lizinq şirkətini işçiləri GPS sistemi söndürülmüş maşını yerini polis əməkdaşlarından əvvəl müəyyən edə bilirlər. Məhkəmənin iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında izahat verərək bildirdi ki, avtomobil Cavabdeh MMC tərəfindən iddiaçıdan deyil, üçüncü şəxsdən götürülmüşdür. İddiaçı özü bu avtomobili üçüncü şəxslərə vermişdir ki, bu hərəkəti etmək müqavilə ilə iddiaçıya qadağan edilmişdir. Avtomobil Cavabdeh MMC-nin mülkiyyəti olduğundan həmin mülkiyyət üzərində sərbəst sərəncam verə bilər. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Avtomobili satmaaq üçün Şahid2 vermişlər, o da avtomobili Elçin adlı şəxsə satmışdır. Lakin satış qiymətindən narazı qaldıqlarından Elçinlə əlaqə saxlayaraq avtomobili ondan götürmək istədiklərini bildirmişlər. O isə avtomobili qaytarmamışdır. Belə olduqda Cavabdeh MMC ilə əlaqə saxlayaraq onlara bu barədə məlumat vermişlər. Cavabdeh MMC avtomobilin kimdə olduğunu barədə məlumatlı olduqlarını bildirmiş və avtomobilin təmirə verildiyini qeyd etmişlər. Hazırda avtomobil Cavabdeh MMC tərəfindən başqa şəxsə verilmişdir. Cavabdeh MMC tərəfindən 09 dekabr 2022-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilin idarə edilməsi üçün Şahid2, Şahid1 və İddiaçı xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. 10 yanvar 2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmadan görünür ki, lizinq alan və öhdəlik ötürən X13 125 saylı daxili lizinq müqviləsi üzrə bütün hüquq və öhdəliklərini öhdəlik götürən İddiaçı verir və o da bütünlüklə qəbul edir. 125 saylı daxili lizinq müqviləsi üzrə öhdəlik ötürənin qalıq borcu 34102,23 manat təşkil edir və öhdəlik götürən aşağıdakı şərtlərlə həmin məbləği ödəməyi öhdəsinə göütürü : avans ödənişi 0 manat, lizinq müddəti 0- xx.xx.2025-ci il, lizinq verənin mükafatı 9574 manat, xidmət haqqı 500 manat. 10 yanvar 2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya 1 saylı əlavədən göürünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 1821 manat ödəməyi öhdəsinə götürmüşdür. Xəzinə mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 1825 manat ödəniş etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin təmsilçisi Şıxı Şıxıyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən aydın olur ki, İddiaçı Şahid2 avtomobili 22 aprel 2023-cü il tarixdə ondan aldığını, sonradan bu avtomobili idarə etmək üçün Cavabdeh MMC-nin onunla razılaşmadan X4 etibarnamə verdiyini bildirərək aralarında bağlanmış müqavilənin şərtlərini əməl edilməsini Cavabdeh MMC-dən tələb etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətləri barədə məlumatların kömpyuter çıxarışından görünür ki, 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobil xx.xx.2022-ci il tarixdə yeni nömrəli şəhadətnamə ilə Cavabdeh MMC-nin mülkiyyəti kimi qeydə alınmışdır. Daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə yeni dublikatın alınması əsası ilə 10YY801 dövlət qeydiyyat nömrəsi verilməklə Cavabdeh MMC-yə BB458809 nömrəli yeni şəhadətnamə verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında yaranmış münasibətlər aralarında bağlanmış müqavilədən irəli gələn mülki hüquq münasibətləridir. İddiaçı 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən istifadəsinə qəbul etmiş, əvəzində isə Cavabdeh MMC ilə razılaşdırılmış məbləğdə və qayada ödənişlər etmək öhdəliyini götürmüşdür. Bütün ödənişləri tam həcmdə və vaxtında etmişdir. Sonradan avtomobildə nasazlıq yaranması səbəbindən avtomobili idarə etməsi üçün etibarnaməsi olan Şahid2 vermişdir, Sonradan avtomobil barədə məlumat əldə edə bilmədikdə hüquq mühafizə orqanlarına və Cavabdeh MMC-yə məlumat vermişdir. Hazırda isə avtomolin Cavabdeh MMC-də olduğunu iddia edərək onun sahibliyə və istifadəsinə verilməsini Cavabdeh MMC-dən tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə qeyd edir ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər arasında mülki hüquq münasubətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Bu mülki hüquq münasibətlərinin məzmunu tərəflərin müqavilə üzrə öz üzərlərinə götürdükləri hüquq və vəzifələrdən ibarətdir. Belə ki, müqaviləyə əsasən Cavabdeh MMC 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili İddiaçı istifadəsinə verir, İddiaçı siə razılaşdırılmış məbləğdə və tarixlərdə ödənişlər edir. İddiaçı müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etmişdir. Buna baxmayaraq avtomobil onun istifadəsindən alınmış və bir daha onun istifadəsinə geri qaytarılmamışdır. Belə ki, iddiaçı özü də avtomobilin Şahid2 öz razılığı əsasında verildiyini bildirsə də, bunu nasaz vəziyyətdə olan avtomobili təmir etmək üçün etdiyini bildirir. Cavabdehin nümayəndəsi isə avtomobilin onlarda olmadığını, avtomobilin iddiaçı tərəfindən könüllü olaraq üçüncü şəxsə təqdim edilməsini əsas gətirir. Məhkəmə qeyd edir ki, mülki işin araşdırılması üçün avtomobilin iddiaçı tərəfindən könüllü olaraq bu avtomobilin idarə edilməsinə dair etibarnaməsi olan üçüncü şəxsə verilməsindən daha çox cavabdehin iddia tələbləri üzrə məsuliyyətinin olub-olmaması müəyyən edilməlidir. Bu halın araşdırılması üçün məhkəmə tərəfindən sorğular verilmiş, əldə edilmiş sübutlardan avtomobilin iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonraki tarixlərdə cavabdehin faktiki sahibliyində olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətləri barədə məlumatların kömpyuter çıxarışından görünür ki, 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilə dair xx.xx.2023-cü il tarixdə yeni dublikatın alınması əsası ilə yeni 10YY801 dövlət qeydiyyat nömrəsi verilməklə Cavabdeh MMC-yə BB458809 nömrəli yeni şəhadətnamə verilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəmə baxış iclasında avtomobilin Cavabdeh MMC tərəfindən üçüncü şəxslərdən geri götürərək başqa şəxsin istifadəsinə verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi avtomobilin Cavabdeh MMC tərəfindən geri götürülməsinə əsas olaraq iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməməsini göstərmişdir. Halbuki iş materiallarında olan ödəniş qəbzlərindən iddiaçı tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında və lazımi qaydada edildiyi aydın görünür. Məhəkəmə hesab edir ki, iş materialları ilə 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilin iddia ərizəsi məhkəməyə verildikdən sonra Cavabdeh MMC-də olması sübuta yetirildiyindən məhkəmə hesab edir ki cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2022-ci il tarixli 125 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən nəqliyyat vasitəsini lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Aydındır ki, müqavilə üzrə Cavabdeh MMC avomobili lizinq alanın məhz istifadəsinə vermişdir, müqavilənin müddəti bitmədiyindən əşya lizinq alaın mülkiyyətinə keçməmişdir. Belə olan halda, Cavabdeh MMC məhz əşyanı lizinq alanın istifadəsinə vermək öhdəliyini pozmuşdur. Bu səbəbdən də, avtomobil İddiaçı sahibliyə verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobil Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 yanvar 2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən 10JO860 dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobil (hazırda 10YY801 dövlət qeydiyyat nömrəsi) Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sorna qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3214/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3214/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver