Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3250/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi ev 18də yerləşən 1 otaqlı, 23,0 kv.m yaşayış, 7,0 kv.m köməkçi sahədən ibarət olan 8 nömrəli mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və bunun nəticəsində "xxxx" MMC BOKT-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********92-05101-093003, qeydiyyat tarixi xx.xx.2018) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında "xxxx" MMC əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(020)-203/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" MMC-nə, X4, İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların bir ay müddətində mənzildən çıxarılması və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” barədə iddiasının təmin edilərək, 08 avqust 2012ci il və 16 may 2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən ipotekaya qoyulmuş əmlakların üzərinə həbs qoyulması, "xxxx" MMC-dən 08 avqust 2012-ci il tarixli kredit müqaviləsinin 05 oktyabr 2012-ci il tarixli, 1 saylı əlavəsinə əsasən verilmiş 41.000 manat kredit üzrə 2,260,27 manat əsas borcun, 30,89 manat cərimənin, cəmi 2.291,16 manat, 16 may 2013-cü il tarixli kredit müqaviləsinin 03 iyun 2013-cü il tarixli, 1 saylı əlavəsinə əsasən verilmiş 40.600 manat kredit üzrə 40.600 manat əsas borcun, 2.375,12 manat faiz borcunun, 1.001,46 manat cərimənin, cəmi 43.976,58 manat, 16 may 2013-cü il tarixli kredit müqaviləsinin 28 avqust 2013-cü il tarixli, 2 saylı əlavəsinə əsasən verilmiş 45.000 manat kredit üzrə 26.129,53 manat əsas borcun, 87,10 manat faiz borcunun, cəmi 26.216,63 manat, ümumilikdə 72.484,37 manat kredit borcunun, dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, tutmanın cavabdehlərə məxsus əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına iddiaçı təşkilata olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, tutmanın sözügedən ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş R.Ç.Nağıyevin mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 60,86 kv.metr, köməkçi sahəsi 32,9 kv.metr olan fərdi yaşayış evinə, Ç.B.Bədəlovanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 23,0 kv.metr, köməkçi sahəsi 7,0 kv.metr olan 8 saylı mənzilə, R.C. Məmmədovun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi və tutma həmin əmlaklara yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 ay müddətində mənzildən çıxarılmaları və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması qət edilmişdir. Cavabdeh "xxxx" MMC-nin sədri M.İ.İsmayılov qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(106)-1412/2015 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsinin “qətnamənin 08 avqust 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən R.Ç.Nağıyevin mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış sahəsi 60,86 kv.metr, köməkçi sahəsi 32,9 kv.metr olan fərdi yaşayış evinə, 16 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Ç.B.Bədəlovanın mülkivyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 23,0 kv.metr, köməkçi sahəsi 7,0 kv.metr olan 8 saylı mənzilə, 16 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən R.C.Məmmədovun mülkiyyətində oian Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 ay müddətində mənzildən çıxarılması və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh "xxxx" MMC-nin sədri M.İ.İsmayılov və vəkili R.S.Əhmədov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1563/2016 saylı, 29 aprel 2016-cı il tarixli qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(106)-1412/2015 saylı qətnaməsinin "xxxx" MMC-nin kassasiya şikayətinə əsasən və ona münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş Beyləqan Rayon Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 18-də yerləşən 1 otaqlı, 23,0 kv.metr yaşayış, 7,0 kv.metr köməkçi sahədən ibarət olan 8 №-li mənzil hərraca çıxarılsa da, alıcı olmamış və "xxxx"nin təklifi ilə "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçmişdir. Həmin mənzil hazırda mülkiyyət hüququ əsasında "xxxx" MMC BOKT-na məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********92-05101-093003, qeydiyyat tarixi xx.xx.2018) çıxarış verilmişdir. "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı həm Şirvan Apellyasiya Məhkəməsində, həm də Ali Məhkəmədə hazırkı işə baxılan zaman məhkəmə iclaslarında iştirak etmiş, Beyləqan Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv olunması haqqında məlumatı olmuş, lakin Beyləqan Rayon Məhkəməsinin qətnaməsini icra edən zaman susmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, dəfələrlə iddiaçı ilə danışıqlar yolu ilə mübahisəli məsələnin həll edilməsinə çalışsalar da bir nəticə əldə olunmamışdır. Bununla yanaşı qeyd edir ki, hərracın etibarsızlığı üçün heç bir əsas mövcud deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər "xxxx" MMC-nin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 30,0 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 "xxxx" MMC BOKT-nın xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1563/2016 saylı, 29 aprel 2016-cı il tarixli qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(106)-1412/2015 saylı qətnaməsinin "xxxx" MMC-nin kassasiya şikayətinə əsasən və ona münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(020)-203/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" MMC-nə, X4, İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların bir ay müddətində mənzildən çıxarılması və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” barədə iddiasının təmin edilərək, 08 avqust 2012-ci il və 16 may 2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən ipotekaya qoyulmuş əmlakların üzərinə həbs qoyulması, "xxxx" MMC-dən 08 avqust 2012-ci il tarixli kredit müqaviləsinin 05 oktyabr 2012-ci il tarixli, 1 saylı əlavəsinə əsasən verilmiş 41.000 manat kredit üzrə 2,260,27 manat əsas borcun, 30,89 manat cərimənin, cəmi 2.291,16 manat, 16 may 2013cü il tarixli kredit müqaviləsinin 03 iyun 2013-cü il tarixli, 1 saylı əlavəsinə əsasən verilmiş 40.600 manat kredit üzrə 40.600 manat əsas borcun, 2.375,12 manat faiz borcunun, 1.001,46 manat cərimənin, cəmi 43.976,58 manat, 16 may 2013-cü il tarixli kredit müqaviləsinin 28 avqust 2013-cü il tarixli, 2 saylı əlavəsinə əsasən verilmiş 45.000 manat kredit üzrə 26.129,53 manat əsas borcun, 87,10 manat faiz borcunun, cəmi 26.216,63 manat, ümumilikdə 72.484,37 manat kredit borcunun, dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, tutmanın cavabdehlərə məxsus əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına iddiaçı təşkilata olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, tutmanın sözügedən ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş R.Ç.Nağıyevin mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 60,86 kv.metr, köməkçi sahəsi 32,9 kv.metr olan fərdi yaşayış evinə, Ç.B.Bədəlovanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 23,0 kv.metr, köməkçi sahəsi 7,0 kv.metr olan 8 saylı mənzilə, R.C. Məmmədovun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi və tutma həmin əmlaklara yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 ay müddətində mənzildən çıxarılmaları və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(106)- 1412/2015 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsinin “qətnamənin 08 avqust 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən R.Ç.Nağıyevin mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış sahəsi 60,86 kv.metr, köməkçi sahəsi 32,9 kv.metr olan fərdi yaşayış evinə, 16 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Ç.B.Bədəlovanın mülkivyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 23,0 kv.metr, köməkçi sahəsi 7,0 kv.metr olan 8 saylı mənzilə, 16 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən R.C.Məmmədovun mülkiyyətində oian Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 ay müddətində mənzildən çıxarılması və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********65 saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixli Y-719 saylı hərracın nəticələri haqqında yekun protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 "xxxx" MMC BOKT-na satılmışdır. İş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2017-ci il tarixli, Y-719 nömrəli Hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-203/2015 saylı, xx.xx.2015-ci tarixli icra vərəqəsi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 17/70№4935/5 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 - 28.688 manat satış qiyməti ilə "xxxx" MMC BOKT-na satılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(020)-203/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" MMC-nə, X4, İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların bir ay müddətində mənzildən çıxarılması və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” barədə iddiasının təmin edilərək, 08 avqust 2012ci il və 16 may 2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən ipotekaya qoyulmuş əmlakların üzərinə həbs qoyulması, "xxxx" MMC-dən 08 avqust 2012-ci il tarixli kredit müqaviləsinin 05 oktyabr 2012-ci il tarixli, 1 saylı əlavəsinə əsasən verilmiş 41.000 manat kredit üzrə 2,260,27 manat əsas borcun, 30,89 manat cərimənin, cəmi 2.291,16 manat, 16 may 2013-cü il tarixli kredit müqaviləsinin 03 iyun 2013-cü il tarixli, 1 saylı əlavəsinə əsasən verilmiş 40.600 manat kredit üzrə 40.600 manat əsas borcun, 2.375,12 manat faiz borcunun, 1.001,46 manat cərimənin, cəmi 43.976,58 manat, 16 may 2013-cü il tarixli kredit müqaviləsinin 28 avqust 2013-cü il tarixli, 2 saylı əlavəsinə əsasən verilmiş 45.000 manat kredit üzrə 26.129,53 manat əsas borcun, 87,10 manat faiz borcunun, cəmi 26.216,63 manat, ümumilikdə 72.484,37 manat kredit borcunun, dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, tutmanın cavabdehlərə məxsus əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına iddiaçı təşkilata olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, tutmanın sözügedən ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş R.Ç.Nağıyevin mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 60,86 kv.metr, köməkçi sahəsi 32,9 kv.metr olan fərdi yaşayış evinə, Ç.B.Bədəlovanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 23,0 kv.metr, köməkçi sahəsi 7,0 kv.metr olan 8 saylı mənzilə, R.C. Məmmədovun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi və tutma həmin əmlaklara yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 ay müddətində mənzildən çıxarılmaları və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(106)-1412/2015 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsinin “qətnamənin 08 avqust 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən R.Ç.Nağıyevin mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış sahəsi 60,86 kv.metr, köməkçi sahəsi 32,9 kv.metr olan fərdi yaşayış evinə, 16 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Ç.B.Bədəlovanın mülkivyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 saylı evin, 1 otaqlı, yaşayış sahəsi 23,0 kv.metr, köməkçi sahəsi 7,0 kv.metr olan 8 saylı mənzilə, 16 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən R.C.Məmmədovun mülkiyyətində oian Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 ay müddətində mənzildən çıxarılması və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1563/2016 saylı, 29 aprel 2016-cı il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2015-ci il tarixli, 2(106)-1412/2015 saylı qətnaməsinin "xxxx" MMC-nin kassasiya şikayətinə əsasən və ona münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hərrac Təşkilatının xx.xx.2017-ci il tarixli, Y-719 nömrəli Hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-203/2015 saylı, xx.xx.2015-ci tarixli icra vərəqəsi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 17/70№4935/5 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 - 28.688 manat satış qiyməti ilə "xxxx" MMC BOKT-na satılmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, 8 nömrəli mənzilə dair keçirilmiş hərracın nəticələrini mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına nail olmaqdır. Ona görə də hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. İddiaçı əqdin etibarsız olması ilə bağlı tələbini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********65 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli Y-719 saylı hərracın nəticələri haqqında yekun protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 "xxxx" MMC BOKT-na satılmışdır. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin hərracda satılmasından 2018-ci ildən məlumatlı olmuşdur. Məhkəmə bu səbəbdən iddiaçının iddia ərizəsində istinad etdiyi dəlilləri qeyri-mötəbər, formal mülahizələr kimi qiymətləndirir. Çünki mübahisəli mənzilin hərrac vasitəsilə satılması barədə məlumat birbaşa olaraq iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********65 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə ona təqdim edilmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə iş materialları ilə sübut olunur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 203/2015 saylı, xx.xx.2015-ci tarixli icra vərəqəsi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 17/70№4935/5 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli Y-719 saylı hərracın nəticələri haqqında yekun protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 "xxxx" MMC BOKT-na satılması barədə məlumat əldə etmişdir. Lakin, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracı mübahisələndirmiş, bununla da, iddiaçı ötən 4 il ərzində əqdin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3250/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3250/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver