Məhkəmə qərarları › İş №e-2(005)-3304/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3304/2025

08.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3304/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Ofisinə və Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsi cəlb edilməklə) vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payların müəyyən edilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və ünvan 2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsi cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin faktiki halları: Mülki iş üzrə İddiaçı Cavabdeh2 qaynanasıdır. İddiaçının oğlu, cavabdehin əri olan X13 19 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. X2 və İddiaçı ümumi birgə mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən mənzil mövcud olmuşdur. 27 may 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi əsasında Bakı şəhəri 38 saylı Notariat Ofisinin xüsusi notariusu Xəlilov İkram AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2011-ci ildə vəfat etmiş X8 vərəsəsi arvadı Cavabdeh2dır və o miras əmlakdan - Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 42,90 kv/m olan mənzilin ümumi birgə mülkiyyət üzrə ona məxsus olan hissəsindən tam hissədə pay almalıdır. İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış ərizəyə əsasən, İddiaçı xx.xx.2011-ci ildə vəfat etmiş oğlu X6 miras qalmış torpaqdan ibarət mirasın ona düşən vərəsəlik payından imtina etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə onun adının göstərilməməsini xahiş etmişdir. Və gələcəkdə bununla bağlı məhkəməyə və digər orqanlar qarşısında iddiası və tələbi olmayacaqdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Ofisinə və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlak üzrə miras payının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 27 fevral 2003-cü il taruxli ÖM seriyalı 143907 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, İnqilab küçəsi 113 saylı ev, 28 saylı mənzil ümumi birgə mülkiyyət olaraq iddiaçı və onun oğlunun adına qeydiyyata alınmışdır. İddiaçının oğlu X13 7 noyabr 2011-ci il tarixində beyin toxumasına qan sızması nəticəsində vəfat etmişdir. İddiaçının oğlu Cavabdehlə 1999-cu il tarixində nikahda olmuşdur. Övladları yox idi. Beləliklə, miras qoyanın birinci növbə vərəsələri İddiaçı və Cavabdeh olmuşlar. İddiaçı və Cavabdeh hazırkı tarixə kimi həmin mənzildə bərabər yaşamışlar. Miras qoyanın formal olaraq mülkiyyətində faktiki olaraq istifadə və sahiblik etmədiyi daşınar əşya olaraq maşını da olmuşdur. Cavabdeh miras qoyanın vəfatından ilə həmin daşınar əşya ilə bağlı notariusa ərizə vermiş və 2013-cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Cavabdeh daşınar əşyalara münasibətdə ona düşən vərəsəlik payından imtina etməsinə dair iddiaçıya ərizə imzalatdırmışdır. İddiaçının həmin əmlaka münasibətdə hər hansı bir iddiası olmamışdır. Lakin Cavabdeh 2024-cü ildə İddiaçıya heç bir məlumat vermədən və razılığını da almadan daşınmaz əşyaya dair 27 may 2024-cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnamənin tərtib edilməsindən birinci dərəcəli vərəsə olaraq iddiaçının məlumatı olmamışdır. Halbuki İddiaçı oğlundan qalmış mənzili faktiki olaraq idarə edərək miras əmlakdan imtina barədə notariat kontoruna ərizə verməmişdir. Həmin vərəsəlik şəhadətnaməsinə əsasən cavabdeh qeyd edilən mənzilə dair çıxarış da almışdır. Son illərdə İddiaçı ilə cavabdeh arasında yaranan münaqişələr zamanı cavabdeh mənzildən düşən 50 faiz payın ödənilməsini tələb etməyə başlamışdır. Lakin ona mənzildə 25% pay hüququna malik olduğu deyildikdə, cavabdehin öz adına 50% paya sahibliyini təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarış aldığı bəlli olmuşdur. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh2 tərəfindən məhkəməyə yazılı etiraz ərizəsitəqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və Bakı şəhəri 38 saylı Dövlət Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlak üzrə miras payının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsində göstərilənlər əsssız olduğuna görə təmin edilə bilməz. Belə ki, cavabdeh iddiaçının oğlu X15 ilə 1999-cu ildə rəsmi nikaha daxil olub ailə həyatı quraraq onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, ev 113, 28 saylı mənzilə gəlin köçmüş və hal-hazırda da həmin mənzildə yaşayır. Həyat yoldaşı 07.11 2011-ci il tarixdə vəfat etdikdən sonra birgə nikah dövründə əldə etdiyi onun adına olan avtomobil və torpaq sahəsinə dair Bakı şəhəri 38 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. İddiaçı həmin miras əmlakdan ona çatası paydan ərizə yazaraq imtina edərək cavabdehin adına rəsmiləşdirilmişdir. Bundan sonra həmin əmlaklar baldızı Cəfərli (Babayeva) Mehriban Rəhim qızının təkidi ilə satılmışdır. Mübahisəli mənzil isə ümumi birgə mülkiyyət olaraq həyat yoldaşı X9 və iddiaçının adına qeydiyyata alınmışdır. Həyat yoldaşının adına olan payın cavabdehin adına keçməsi üçün müraciəti əsasında Bakı şəhəri 38 saylı notariat kontorunda vərəsəlik işi açılaraq cavabdehə qanunla nəzərdə tutulmuş qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında həyat yoldaşınıdan qalan miras əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı oğlundan qalan birgə nikah dövründə əldə etdiyi onun adına olan avtomobil və torpaq sahəsinə dair 2013-cü ildə Bakı şəhəri 38 saylı notariat kontorunda vərəsəlik işi açılan zaman həmin miras əmlakdan ona çatası paydan ərizə yazaraq imtina etdiyinə görə mübahisəli mənzilə dair 2024-cü ildə açılan vərəsəlik işi üzrə vərəsə kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1257-ci maddəsinin tələblərini nəzərə alaraq notariat ofisinə çağrılmamışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Odur ki, İddiaçı cavabdehə və Bakı şəhəri 38 saylı Dövlət Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlak üzrə miras payının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsində göstərilənlər əsssız olduğuna görə iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi. Bildirdi ki, həyat yoldaşı 53 yaşında yol qəzasından rəhmətə getmişdi, onun üçün verilmiş kompensasiya pulu baldızının bank hesabında saxlayıblar. Həyat yoldaşının adına əmlaklar olub, həmin əmlakların satıla bilməsi üçün iddiaçının adına keçirilməli olduğu bildirilmişdi. Baldızı əmlaklarda həmişə payın olacağını və yaşamaq hüququnun olduğunu bildirib. İllərdir qaynanası ilə birlikdə yaşayır və onunla heç bir mübahisəsi olmayıb. Baldızı yoldaşından qalan əmlakları satıb pulunu özünə götürüb. Digər cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər.Lakin,cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Ofisinin nümayəndəsi İkram Xəlilov “Elektron məhkəmə”informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq,mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işə digər cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materialları - Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ 351134 nömrəli X5 surətindən görünür ki, X13 və X11 xx.xx.1999-cu ildə nikaha daxil olmuşdur. Ərə-Babayev, arvada-Babayeva soyadları verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydlər kitabında 206 nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 19 noyabr 2011-ci il tarixdə verilmiş, AZ-İ 512439 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 07 noyabr 2011-ci il tarixində beyin toxumasına qan sızma səbəbi ilə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında 832 nömrə ilə qeydiyyat aparılmışdır. - 27 may 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi əsasında Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu Xəlilov İkram AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2011-ci ildə vəfat etmiş X8 vərəsəsi arvadı Cavabdeh2dır və o miras əmlakdan - Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 42,90 kv/m olan mənzilin ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus olan hissəsindən tam hissədə pay almalıdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 X13 və İddiaçı Məhəd qızının xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə,********** nömrə ilə qeydiyyata alınmışdır. - 03 aprel 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu Xəlilov İkram AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2011-ci ildə vəfat etmiş X8 vərəsəsi arvadı Cavabdeh2dır və Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 alır. Şəhadətnamə verilən miras əmlak - X10 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən ibarətdir. - İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2011-ci ildə vəfat etmiş oğlu X6 miras qalmış torpaqdan ibarət mirasın ona düşən vərəsəlik payından imtina etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə onun adının göstərilməməsini xahiş etmişdir. Və gələcəkdə bununla bağlı məhkəməyə və digər orqanlar qarşısında iddiası və tələbi olmayacaqdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 38 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X6 qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 38 saylı notariat ofisinə X12 etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən müraciət daxil olmuşdur. - “Elektron notariat” X1 çıxarışdan gorünür ki, Cavabdeh2 tərəfindən X4 etibarnamə verilməsi təsdiq edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 (Yeni qaydalarla:AZ 1110,Bakı şəhəri,Nərimanov rayonu,HHəsən Əliyev küçəsi,giriş 603,M2,m1) İddiaçı Məhəd qızı və Cavabdeh2 xüsusi mülkiyyətindədir. - Ödəniş qəbzin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Maddə 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Maddə 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Maddə 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın”: 7-2.-ci bəndinə əsasən Notarius daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlərin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) elektron nüsxəsini “Elektron notariat” informasiya sistemi vasitəsilə hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinin informasiya sisteminə ötürür. Bu zaman bu Təlimatın 7-1-ci hissəsi ilə müəyyən edilmiş göstərişlər müvafiq qaydada tətbiq edilir.”. İşə baxan məhkəmənin mövqeyi Sadalanan normaların tələblərinə istinadən qeyd edilməlidir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyənləşdirilən hüquqi mövqeyin hazırkı işə tətbiqi mümkün deyildir. Çünki həminqərarda “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləcəyi” xüsusi olaraq göstərilmişdir. Hazırkı iş üzrə vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixdən əvvəl, yəni 2011-ci ildə yaranmışdır. Bu səbəbdən mübahisə həmin dövrdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə X13 və İddiaçı hər birinin ½ hissədə ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür. xx.xx.2011-ci il tarixdə ölmüş X8 vərəsəsi arvadı Cavabdeh2dır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 miras əmlakın mərhuma məxsus hissəsindən tam hissədə pay almalıdır. Cavabdeh həyat yoldaşının adına olan payın adına keçməsi üçün müraciəti əsasında Bakı şəhəri 38 saylı notariat ofisində vərəsəlik işi açılaraq cavabdehə qanunla nəzərdə tutulmuş qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini və həmin şəhadətnamə əsasında həyat yoldaşınıdan qalan miras əmlak üzərində hüququ dövlət qeydiyyatına alındığını və iddiaçı oğlundan qalan birgə nikah dövründə əldə etdiyi onun adına olan avtomobil və torpaq sahəsinə dair 2013-cü ildə Bakı şəhəri 38 saylı notariat kontorunda vərəsəlik işi açılan zaman həmin miras əmlakdan ona çatası paydan ərizə yazaraq imtina etdiyini bildirir. Hazırda İddiaçı Cavabdeh2 verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlak üzrə miras payının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulmasını xahiş edir. Mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisəli əmlakda iddiaçı və cavabdeh birlikdə yaşamaqdadırlar. İddiaçı oğlunun ölümündən sonra da həmin mənzildə faktiki sahiblik və istifadə etmələ, miras əmlakı fatii qəbul etmiş olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 2013-cü ildə oğlundan miras qalan torpaq sahəsindən imtina etməsi, hazırki mübahisəli mənzil üzrə miras payının tanınmasına maneə deyil. Belə ki, iddiaçı mirası faktiki qəbul etmişdir. X3 İddiaçı oğludur.Həmçinin X3 Cavabdeh2 həyat yoldaşıdır. Bu halda Mülki qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1ci Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Belə olduğu halda məhkəmə göstərilən qanunvericilik aktlarını rəhbər tutaraq qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 42,90 kv/m olan mənzilin ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus olan 1/2 hissəsindən İddiaçı və Cavabdeh2 hər birinin 1 /2 hissədə pay hüququ tanınmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X14 Bakı şəhəri 38 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş daşınmaz əmlaın dövlət reyestrində qeydə alınmış çıxarış ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən mənzilin ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus olan ½ hissəsindən İddiaçı ½ hissədə, Cavabdeh2 ½ hissədə pay hüququ tanınmaqla, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı təmin edilsin. Cavabdeh X14 Bakı şəhəri 38 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarış ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 113, mənzil 28 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində İddiaçı ½ hissədə, Cavabdeh2 ½ hissədə miras payı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin Qətnamə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar