Məhkəmə qərarları › İş №e-2(005)-3311/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3311/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3311/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon üçün 1440 (min dörd yüz qırx) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 144 (yüz qırx dörd) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefon üçün, 78,20 (yetmiş səkkiz manat, 20 qəpik) manat ödənilməmiş hissə, 7,82 (yeddi manat, 82 qəpik) manat cərimə olmaqla ümumilikdə 1693,62 (min altı yüz doxsan üç manat 62 qəpik) manat borc 36,94 (otuz altı manat 94 qəpik) manat dövlət rsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefon almış və nəticədə 1693,62 (min altı yüz doxsan üç manat, 62 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2020 (iki min iyirmi) manat (12 ay x 160 manat + 100 manat ilkin ödəniş) olan vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon üçün ümumilikdə, 1607,60 (min altı yüz yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 1440 (min dörd yüz qırx) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 144 (yüz qırx dörd) manat cərimə; 19,05.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 156,84 (yüz əlli altı manat, 84 qəpik) manat (12 ay x 13,07 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefon üçün ümumilikdə. 86,02 (səksən altı manat, 02 qəpik) manat olmaqla ondan, 78,20 (yetmiş səkkiz manat, 20 qəpik manat ödənilməmiş hissə, güzəşt olunaraq 7,82 (yeddi manat,82 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 658,64 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş cavabdeh tərəfindən qeyd olunan ünvanda yaşamaması səbəbindən qəbul edilməmiş, bununla da cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2020 (iki min iyirmi) manat (12 ay x 160 manat + 100 manat ilkin ödəniş) olan vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon almışdır. -"xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış 19,05.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 156,84 (yüz əlli altı manat, 84 qəpik) manat (12 ay x 13,07 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefon almışdır. - xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktlarından görünür ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin bütün şərtləri yerinə yetirilənə qədər əşya "xxxx" MMC-nin əmlakı hesab olunur və “Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a tam sahiblik hüquq “Müştəri”-yə keçir. Cavabdeh vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefon qüsursuz olaraq təhvil almışdır. -"xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 2 müqaviləyə əsasən cavabdeh aldığı əşyalara görə müqavilə üzrə öhdəlikləri gecikdirmişdir və buna görə ondan müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu 3 iş günü ərzində ödəməsi tələb olunur. -xx.xx.2025-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon üçün 1440 (min dörd yüz qırx) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 144 (yüz qırx dörd) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefon üçün, 78,20 (yetmiş səkkiz manat, 20 qəpik) manat ödənilməmiş hissə, 7,82 (yeddi manat, 82 qəpik) manat cərimə olmaqla 1693,62 (min altı yüz doxsan üç manat 62 qəpik) manat borcu var. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “ABC TELECOM" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat, 60 qəpik) AZN pul ödənilmişdir. -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları - vinil şəffaf, Samsung 35w Charger, paket XXXL xidməti, İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı telefon qızıl zəmanət ultra 2 il xidməti, İMEİ KODU **********25555 Nokia 5310 markalı telefonu müəyyən edilmiş müddətdə və məbləğdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqı-satqı (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış müvafiq olaraq 1440 manat və 78,20 manat əsas borcu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin cavabdehdən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə müvafiq olaraq 144 manat və 7,82 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - və 2%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun cavabdeh tərəfindən ödənilməməsini, müqavilə şərtlərini, əsas borcların məbləğini, habelə tərəflərin hər ikisinin mənafeyini nəzərə alaraq, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə tələb olunan 144 manat və 7,82 manat cərimə məbləğlərinin əsas borc məbləğlərinə mütənasib olmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdehdən “innovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “ABC TELECOM" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********30613 Samsung Galaxy S23 markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 (iyirmi üç manat, 60 qəpik) AZN pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə də təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36,94 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1440 (min dörd yüz qırx) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 144 (yüz qırx dörd) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 78,20 (yetmiş səkkiz manat, 20 qəpik) manat ödənilməmiş hissə, 7,82 (yeddi manat, 82 qəpik) manat cərimə olmaqla ümumilikdə 1693,62 (min altı yüz doxsan üç manat 62 qəpik) manat borc və 36,94 (otuz altı manat 94 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6-cı, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1440 (min dörd yüz qırx) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 144 (yüz qırx dörd) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 78,20 (yetmiş səkkiz manat, 20 qəpik) manat ödənilməmiş hissə, 7,82 (yeddi manat, 82 qəpik) manat cərimə olmaqla ümumilikdə 1693,62 (min altı yüz doxsan üç manat 62 qəpik) manat borc və 36,94 (otuz altı manat 94 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar