Məhkəmə qərarları › İş №e-2(005)-3351/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3351/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3351/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74665 Samsung Galaxy S24 Ultra, Paket XXx Limdəti, Qızıl Zəmanət Ultra2 İL xidməti, Samsung Charger+Cable üçün 2879.82 (iki min səkkiz yüz yetmiş doqquz manat, 82 qəpik) manat ödənilməmiş hissə, 287.98 (iki yüz səksən yeddi manat, 98 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********61433 İPHONE 15 PRO üçün,2310 (iki min üç yüz on) manat ödənilməmiş hissə, 231 (iki yüz otuz bir) manat dəbbə ümumilikdə 5708.80 manat borc, 77.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********74665 Samsung Galaxy S24 Ultra,Paket XXx Limdəti, Qızıl Zəmanət Ultra2 İL xidməti, Samsung Charger+Cable üçün 2879.82 (iki min səkkiz yüz yetmiş doqquz manat, 82 qəpik) manat ödənilməmiş hissə, 287.98 (iki yüz səksən yeddi manat, 98 qəpik) manat dəbbə;xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən,İmei kod **********61433 İPHONE 15 PRO almış və nəticədə 5708.80 (beş min yeddi yüz səkkiz manat, 80 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3392.82 (üç min üç yüz doxsan iki manat, 82 qəpik) manat (18 ay x 159.99 manat + 513 manat ilkin ödəniş) olan İmei kod **********74665 Samsung Galaxy S24 Ultra,Paket XXx Limdəti, Qızıl Zəmanət Ultra2 İL xidməti, Samsung Charger+Cable üçün üçün ümumilikdə, 3167.80 (üç min yüz altmış yeddi manat, 80 qəpik) manat olmaqla ondan, 2879.82 (iki min səkkiz yü zyetmişsdoqquz manat, 82 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 287.98 (iki yüz səksən yeddi manat, 98 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3150 (üç min yüz əlli) manat (18 ay x 140 manat + 630 manat ilkin ödəniş) olan İmei kod **********61433 İPHONE 15 PRO üçün ümumilikdə, 2541 (iki min beş yüz qırx bir) manat olmaqla ondan, 2310 (iki min üç yüz on) manat ödənilməmiş hissə, güzəşt olunaraq 231 (iki yü zotuz bir) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1353 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, təqaüdçüdür və dostu ondan telefon almasını xahiş etmiş, iddiaçı ilə müqaviləni imzalamışdır. Əsas borc məbləğini qəbul edir, həmin borcun onun təqaüdünə yönləndirilməsini və hissə-hissə tutulmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli,048837195 saylı müqaviləyə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 3392,78 manat dəyərində Samsung Galaxy S24 Ultra,Paket XXx Limdəti, Qızıl Zəmanət Ultra2 İL xidməti, Samsung Charger+Cable əşyaları“Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir. ”Müştəri”- isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. - xx.xx.2024-cü il tarixli, 02078197 saylı müqavilə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 3150 manat dəyərində İmei kod **********61433 İPHONE 15 PRO-əşya “Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir. ”Müştəri”- isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. - 27 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli,048837195 saylı müqavilə üzrə 2879,82 manat əsas, 287,98 cərimə borcu,ümumillikdə 3167,80 manat,xx.xx.2024-cü il tarixli,02078197 saylı müqavilə üzrə 2310 manat əsas, 231 manat cərimə borcu ümumillikdə isə 2541 manat, müqavilələr üzzrə ümumiilikdə 5708,80 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilənin 3.11-ci bəndinə əsasən, öhdəlikləri pozduğu üçün malları “ABC Telecom MMC”-ə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri tərəfinizdən tam şəkildə ödənilməlidir. Hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Ödəniş qəbzinə əsasən, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 77,09 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əşyaları təhvil almış və əşyaları təhvil aldığı zaman imzaladığı müqaviləyə əsasən həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclunun İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, cavabdeh alqı-satıq müqaviləsi əsasında iddiaçıdan malların təhvil alınmasına dair hüququndan istifadə etmiş, əşyaların dəyəri və həmin müqavilələr üzrə yaranan cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Əsas borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 2879,82 manat, xx.xx.2024-cü il tarixli, 02078197 saylı müqavilə üzrə 2310 manat manat əsas borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin (dəbbə pulunun) ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 287,98 manat, xx.xx.2024-cü il tarixli, 02078197 saylı müqavilə üzrə 231 manat dəbbənin (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq azaldılmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 2879,82 manat əsas, 200 manat cərimə borcu olmaqla ümumilikdə 3079,82 manat, xx.xx.2024-cü il tarixli, 02078197 saylı müqavilə üzrə 2310 manat əsas,150 manat cərimə borcu olmaqla ümumillikdə 2460 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 2879,82 manat əsas, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 3079,82 (üç min yetmiş doqquz manat səksən iki qəpik) manat xx.xx.2024-cü il tarixli, 02078197 saylı müqavilə üzrə 2310 manat əsas, 150 manat cərimə borcu olmaqla ümumillikdə 2460 (iki min dörd yüz altmış) manat, cəmi 5339,82 (beş min üç yüz otuz doqquz manat səksən iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 77,09 manat dövlət rüsumunun 72 manatı Cavabdeh iddiaçının xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid eidlsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar