Məhkəmə qərarları › İş №e-2(005)-3365/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3365/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3365/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin “subroqasiya qaydasında geri qaytarılması tələbinə dair” kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 (dörd yüz) manat məbləğində vəsaitin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində, saat 21:30 radələrində Bakı şəhəri, Baksol yolu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə sonuncuya maddi zərər dəymişdir. “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli, qiymətləndirmə aktından görünür ki, “Daewoo BS090” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 400.00 manat iddiaçı tərəfindən X2 bank hesabına ödənilmişdir. Binəqədi rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Seyidov X5 Xətalar Məcəlləsinin327.4-cü və 333.3-cü maddələr ilə təqsirli bilinmişdir. xx.xx.2020-ci il tarixli, 2/21810 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından göründüyü kimi, Cavabdeh yol nəqliyyat hadisəsizamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarından aydın görünür ki, yolnəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, şəxsən xx.xx.2024-cü il tarixdə “Cavabdeh” tərəfindən imzalanmaqla qəbul edilmiş, bununla belə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Belə ki, iş materiallarında olan: - PXA ********** saylı İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. - Binəqədi rayon DYPŞ-nin xx.xx.2020-cİ il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixində “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iki qoşa xəttin tələblərini pozaraq əks istiqamətə çıxmış, “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra idarə etməni itirmiş, Baksol küçəsi ev 8D ünvanında yerləşən evin hasarına və giriş-çıxış qapısına zərər vurmuşdur. Hadisə zamanı sərxoş olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü və 333.3-cü maddələri ilə təqsirli bilinmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, qiymətləndirmə aktından görünür ki, X4 məxsus əmlaka cəmi – material və işçilik nəzərə alınmaqla 400 manat zərər dəymişdir. - "xxxx" ASC-nin PXA 76779 №-li “Sığorta aktı”ndan görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi üzrə 400 manat məbləğində sığorta ödənişi hesablanmış, zərərçəkən şəxs - X4 bu barədə xx.xx.2021-ci il tarixdə köçürmə yolu ilə - plastik ödəmə kartı (****3423) təhvil verilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 25 yanvar 2021-ci il tarixli 05/01-111 saylı məktubdan görünür ki, avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəzərə alınmaqla 400 manat sığorta ödənişinin 7 iş günü ərzində könüllü olaraq "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, mənzil 108 ünvanında qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli, **********34 №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi xx.xx.2020-ci il tarixində, saat 21:30 radələrində Bakı şəhəri, “Baksol yolu” ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə sonuncu avtomobilə, habelə X4 məxsus evin hasarına, giriş qapısına maddi zərər dəymişdir. Cavabdeh hadisə zamanı – avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli, qiymətləndirmə aktından görünür ki, X4 məxsus əmlaka cəmi 400 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 400,00 manat iddiaçı şirkət tərəfindən zərərçəkmiş X2 bank hesabına köçürmə yolu ilə ödənilmişdir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri, avtomobili sərxoş vəziyyətdə idarə etməsi iş materialları ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh barəsində Binəqədi rayon DYPŞ-nin xx.xx.2020-cİ il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixində “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iki qoşa xəttin tələblərini pozaraq əks istiqamətə çıxmış, “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra idarə etməni itirmiş, Baksol küçəsi ev 8D ünvanında yerləşən evin hasarına və giriş-çıxış qapısına zərər vurmuşdur. Hadisə zamanı sərxoş olmuşdur. Nəticə olaraq cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü və 333.3-cü maddələri ilə təqsirli bilinmişdir. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 23.1.6-cı maddəsinə əsasən, sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmə hüququ vardır. - 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə, habelə Baksol küçəsi ev 8D ünvanında yerləşən evin hasarına və giriş-çıxış qapısına zərər dəymişdir. X1 400 manat maddi zərər dəymiş, həmin məbləği iddiaçı ödəmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının sığortalıya qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq 25 yanvar 2021-ci il tarixli pretenziya məktubu göndərməklə subroqasiya tələbi olan 400 manat məbləğin 7 iş günü ərzində könüllü qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmiş, lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu ödəmiş və həmin məbləği də ödədiyi sığorta ödənişi ilə birlikdə cavabdehdən tələb edir. Məhkəmə tərəfindən iddiaçının tələbi və bununla bağlı bildiriş ünvanlanmış, bildiriş cavabdeh tərəfindən qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi kimi 400 (dörd yüz) manat və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı, 216-220, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi kimi 400 (dörd yüz) manat və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar