Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3403/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Matras üçün 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HP kompüter üçün 3354.5 manat ödənilməmiş hissə, 1004.5 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********73487 iPhone 12 Pro Max markalı telefon üçün 2413.6 manat ödənilməmiş hissə, 722.4 manat dəbbə miqdarında borc yaranmışdır. Ümumilikdə 7904 manat borc, 99.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Matras, HP kompüter, İmei Kodu **********73487 iPhone 12 Pro Max markalı telefon almış və nəticədə 7904 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 manat (12 ay x 52.5 manat + 0 manat ilkin ödəniş) Matras üçün ümumilikdə, 409 manat olmaqla ondan, 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4026 manat (12 ay x 335.5 manat + 0 manat ilkin ödəniş) HP kompüter üçün ümumilikdə, 4359 manat olmaqla ondan, 3354.5 manat ödənilməmiş hissə, 1004.5 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4138.8 manat (12 ay x 344.9 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********73487 iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 3136 manat olmaqla ondan, 2413.6 manat ödənilməmiş hissə, 722.4 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2711.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. xx.xx.2022-ci il tarixli iclasda iştirak edən cavabdeh Şirəliyeva əbnəm Rəhim qızı iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 23011492 saylı müqavilənin məzmunundan görünür ki, HP Omen 15-ek0034ur (2H0Z4EA) markalı kompyuterin alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 335.50 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2021-ci il tarixli, 22218411 saylı müqavilənin məzmunundan görünür ki, İphone 12 Pro Max markalı telefonunun alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 344.90 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2020-ci il tarixli, 22004391 saylı müqavilənin məzmunundan görünür ki, 160x200x28 OUA1802 modelli Matrasın alıcıya satılması barədə müqavilə bağlamış və bunu cavabdeh öz imzası ilə təsdiqləmişdir. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 52.50 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh cəmi 6083.1 manat əsas borc, 1820.9 manat dəbbə pulu olmaqla, cəmi 7904 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək, cərimə məbləğinin tənasübsüz surətdə çox olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəbbə pulu məbləği azaldılmalı, 608 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 99.04 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 99.04 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6083.1 manat əsas borc, 608 manat dəbbə pulu olmaqla, cəmi 6691.1 (altı min altı yüz doxsan bir manat on qəpik) manat pul və ödənilmiş 99.04 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6083.1 manat əsas borc, 608 manat dəbbə pulu olmaqla, cəmi 6691.1 (altı min altı yüz doxsan bir manat on qəpik) manat pul və ödənilmiş 99.04 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3403/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3403/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver