Məhkəmə qərarları › İş №e-2(005)-3464/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3464/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3464/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BOSFOR markalı mebel üçün 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08897 Samsung galaxy A10s markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81317 Samsung galaxy A10s markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Tonometr üçün 61.4 (altmış bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat, altmış qəpik) manat cərimə, ümumilikdə, 1144 manat borc və 31.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilxx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BOSFOR markalı mebel, İMEİ kodu **********08897 Samsung galaxy A10s, İMEİ kodu **********81317 Samsung galaxy A10s markalı telefonlar, Beurer Tonometr almış və nəticədə 1144 (min yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (24 ay x 26.5 manat + 0 manat ilkin ödəniş) BOSFOR markalı mebel üçün ümumilikdə, 553 (beş yüz əlli üç) manat olmaqla ondan, 503 (beş yüz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 338.4 (üç yüz otuz səkkiz manat, qırx qəpik) manat (12 ay x 28.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********08897 Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə, 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla ondan, 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 297.6 (iki yüz doxsan yeddi manat, altmış qəpik) manat (12 ay x 24.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********81317 Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə, 245 (iki yüz qırx beş) manat olmaqla ondan, 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 105.6 (yüz beş manat, altmış qəpik) manat (12 ay x 8.8 manat + 0 manat ilkin ödəniş) Beurer Tonometr üçün ümumilikdə, 68 (altmış səkkiz) manat olmaqla ondan, 61.4 (altmış bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.6 (altı manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 337.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BOSFOR markalı mebel, İMEİ kodu **********08897 Samsung galaxy A10s markalı telefon , İMEİ Kodu **********81317 Samsung Galaxy A10s markalı telefon və Beurer Tonometr almış və nəticədə 1144 (min yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (24 ay x 26.5 manat + 0 manat ilkin ödəniş) BOSFOR markalı mebel üçün ümumilikdə 553 ( beş yüz əlli üç) manat olmaqla ondan, 503 (beş yüz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50(əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 338.4 (üç yüz otuz səkkiz manat, qırx qəpik) manat (12 ay x 28.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********08897 Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə, 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla ondan, 253 (iki yüz əlli üç manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 297.6 (iki yüz doxsan yeddi manat altmış qəp) manat (12 ay x 24.8 manat + 0 manat ilkin ödəniş İMEİ Kodu **********81317 Samsung Galaxy A10s markalı telefon markalı telefon üçün ümumilikdə, 245 (iki yüz qırx beş) manat olmaqla ondan, 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cəriməxx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 105.6 ( yüz beş manat, altmış qəpik) manat (12 ay x 8.8 manat + 0 manat ilkin ödəniş) Beurer Tonometr üçün ümumilikdə, 68 (altmış səkkiz ) manat olmaqla ondan, 61.4 (altmış bir manat qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.6 (altı manat altmış qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin, müqavilələr üzrə ümumilikdə 1144 (min yüz qırx dörd) manat borcunu iddiaçı "xxxx" MMC cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 31.44 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BOSFOR markalı mebel üçün 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08897 Samsung galaxy A10s markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********81317 Samsung Galaxy A10s markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 22 iyirmi iki manat) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Tonometr üçün 61.4 (altmış bir manat, qırx qəp) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəp) manat cərimə, ümumilikdə 1144 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BOSFOR markalı mebel üçün 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08897 Samsung galaxy A10s markalı telefon üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********81317 Samsung Galaxy A10s markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 22 iyirmi iki manat) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Tonometr üçün 61.4 (altmış bir manat, qırx qəp) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəp) manat cərimə, ümumilikdə 1144 manat borc və 31.44 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 61.4 (altmış bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat cərimə, ümumilikdə 1144 (bir min yüz qırx dörd) manat borc və 31.44 (otuz bir manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar