Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3488/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı MMC–nin cavabdeh X1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC–nin cavabdeh X1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1.101.002897 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 960 manat əsas borcun icranı gecikdirdiyinə görə illik 5 faiz olaraq 3 il üçün 144 manat, 100 manat dəbbə pulu olmaqla ümumilikdə 1204 manat vəsaitin ve ödənilmiş 32.04 manat dövlət rüsumunun tutulub "xxxx" MMC-yə ödənilməsi baradə qətnamə qabul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, 284- 1-ci maddəsinin tələblərinə uyğun olmadığına görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi qaydaları müəyyən edilmişdir. Həmin maddənin 284-4.1-ci bəndində isə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtanın qaydaları göstərilmişdir. Yuxarıda qeyd olunan maddənin 284-4.1.2-ci bəndinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, imtina edir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd olunanların kontekstində hazırkı iddianın kiçik mübahisələr üzrə iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Həmin maddənin tələbindən göründüyü kimi, iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılması nəzərdə tutulur, belə ki, hazırda iddiaçı borc pulun geri qaytarılması tələbi ilə yanaşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC–nin cavabdeh X1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Eyni Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1,284-4, 284-4.1-ci və 284-4.1.2 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC–nin cavabdeh X1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 32.04 manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçıya hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3488/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3488/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver