Məhkəmə qərarları › İş №e-2(005)-351/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-351/2022

21.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-351/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızına qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızına qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat kompensasiya verilməklə cavabdeh X3 və onun yetkinlik yaşına çatmayan övladları X8 (23.01.2008-ci il təvəllüdlü) və X9 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 10 nömrəli evin 5 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 1997-ci il tarixdə Seriya MH, 068871 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızını övladlığa götürmüşdür. Cavabdeh bir neçə il onun himayəsində yaşamışdır. Lakin sonradan maddi cəhətdən təmin edildikdən sonra əsl valideynlərinin yanına qayıtmışdır. O, cavabdeh Zülfiyyə Hüseynovaya valideynlik qayğısı göstərmişdim, lakin övlad qayğısına ehtiyyac gördüyü vaxtda onu atıb daimi yaşamaq üçün valideynlərinin yanına köçmüşdür. 2008-ci ildən Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızını ailə quraraq uşaqları və əri ilə birlikdə başqa mənzildə yaşayır. O da öz növbəsində cavabdeh Zülfiyyə Hüseynovanın bu etinasızlığına və hörmətsizliyinə dözməyərək 2008-ci il tarixdə “vərəsəlik hüququndan məhrum edilmə” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2008-ci il tarixli, 2(005)-1970/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək, X1 Qızxanım Əhməd qızının qanun üzrə vərəsəsi olmaq hüququndan və məcburi pay hüququndan məhrum edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh Zülfiyyə Hüseynova artıq ailə həyatı qurmuşdur və uzun müddətdir ki, ona məxsus olan evdə yaşamır. Hazırda cavabdeh onun xüsusi mülkiyyətində olan evdə pasport qeydiyyatında qaldığından, onun mülkiyyətinə dair istifadə, sahiblik və sərəncam vermək hüquqları pozulmuşdur. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 20 oktyabr 2021-ci il tarixli JNs MB 14/1190 saylı vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu. C. Hacıbəyli küçəsində yerləşən 10 nömrəli evin 5 saylı mənzilinin və ətraf ərazidə yerləşən eyni vəziyyətdə olan zəif təmirli 32 kv.m sahəyə malik 2 otaqlı mənzillərin 1 aylıq orta bazar kirayə qiyməti 110 manat təşkil edir. Mülkiyyətində olan mənzil bərbat vəziyyətdədir heç bir təmiri yoxdur, bununla bağlı mənzilin fotoşəkillərini iddia ərizəmə əlavə etmişdir. Özü təqaüdçüdür 81 yaşı var, təklif etdiyi 5000 manat kompensasiya məbləği cavabdehə aylıq kirayə haqqı 110 manat olmaqla, davamlı surətdə, yəni 3 il 9 ay müddətində oxşar mənzildə yaşamaq imkanı verir. Təklif etdiyi 5000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Hazırda cavabdehə və onun uşaqları ilə birlikdə yaşamaq üçün kompensasiya təklif edir, baxmayaraq ki cavabdehin evlə təmin olunaraq ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 068871 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 10 nömrəli evin, 5 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 746 nömrəli reyestr kitabında 112013-cü səhifədə 30/112013 nömrə ilə 02 yanvar 1997-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2008 saylı, 29.10.2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X1 Qızxanım Əhməd qızının qanun üzrə vərəsəsi olması hüququndan və məcburi pay hüququndan məhrum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon VVAQD şöbəsinin 28.04.1993-cü il tarixdə verilmiş, İ-JQ seriyalı, 265257 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X2 Hamlet Əliyeviç və İddiaçı tərəfindən 28.04.1993-cü il tarixdə övladlığa götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 07.10.2021-cı il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, İddiaçı, X12, Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızı, X13 Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı, 16.74 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 18 saylı mənzildə qeydiyyatdadırlar. "xxxx" MMC-nin 15.12.2021-ci il tarixli, RC-12-21/MR-10 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C. Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzilin (2 otaqlı, ümumi sahəsi 32 kv.m –zəif təmirli) və onun ətrafında yerləşən oxşar eyni vəziyyətdə olan zəif təmirli evlərin 1 aylıq orta bazar qiymətinin müəyyən edilməsi 15.12.2021ci il tarixinə 105 (bir yüz beş) -120 (bir yüz iyirmi) manat təşkil etmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 20.10.2021-ci il tarixli, MB 14/1190 №-li atarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C. Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzilin (2 otaqlı, ümumi sahəsi 32 kv.m –zəif təmirli) və onun ətrafında yerləşən oxşar eyni vəziyyətdə olan zəif təmirli evlərin 1 aylıq orta bazar qiymətinin müəyyən edilməsi 15.12.2021-ci il tarixinə 110 (bir yüz on) manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızı İddiaçı və onun əri X14 tərəfindən övladlığa götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1970/2008 saylı, 29.10.2008-ci il tarixli qətnaməsi ilə X1 Qızxanım Əhməd qızının qanun üzrə vərəsəsi olması hüququndan və məcburi pay hüququndan məhrum edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, 5000 manat kompensasiya verilməklə cavabdeh X3 və onun yetkinlik yaşına çatmayan övladları X8 və X9 mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 29-cu maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, iddiaçıların xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən onların mülkiyyətində istifadə hüququ olan cavabdeh şəxsə 5.000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızı və yetkinlik yaşına çatmamış uşaqları X8 və X9 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evinin, 5 nömrəli mənzilindəki istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən cavabdeh şəxsə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-400, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfidən 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə Məmmədova (Hüseynova) Zülfiyyə Hamlet qızının və yetkinlik yaşına çatmamış uşaqları X8 və X9 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən ümumi 32 kv.m olan 10 saylı evin, 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar