Məhkəmə qərarları › İş №e-2(005)-3528/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3528/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3528/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nin Cavabdeh qarşı “mənzil alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “mənzil alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-cü il tarixli, PBR 998 saylı 1904C nömrəli mənzil üzrə alqı-satqı müqaviləsinə əsasən cavabdehin 4.249,65 AZN (dörd min iki yüz qırx doqquz manat altmış beş qəpik) borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 62.5 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 4.312,15 AZN (dörd min üç yüz on iki manat on beş qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK Cavabdeh arasında Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 130/132 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın C bloku, 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 167.3 kv.m. olan (155.8 kv.m. əmlakın daxili hissəsi, 11.5 kv.m. balkon) 1904C saylı mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixli, PBR585 saylı müqavilə imzalamışdır. xx.xx.2015-cü il tarixli, PBR998 alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsində İnvestora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində Şirkətə əmlkaın hər kv.m. üçün hər ay 2 AZN Xidmət haqqı ödəyəcək. Həmin müqavilənin 9-cu bəndinə görə, bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin 1904C saylı mənzil və kommunal borc üzrə qoşmada əlavə oluan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin iyul ayı da daxil olmaqla mənzil üçün xidmət haqqı 4015.2 AZN və kommunal borc üçün isə 234.45AZN olmaqla, ümumi borc məbləği 4249.65 AZN təşkil edir. Belə ki, mənzilin üçün xx.xx.2015-cü il tarixli, PBR998 saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh 167.3 kv.m. mənzilin hər kvadrat metri üçün aylıq 2 AZN xidmət haqqı (167.3 kv.m. x 2=334.6 AZN) olmaqla mənzil üzrə aylıq 334.6 AZN xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, xx.xx.2022-ci il tarix üçün bir aylıq və xx.xx.2023-xx.xx.2024-cü illər aralığında mənzil üzrə xidmət haqqı borclarına görə ödənişlər edilməmiş və ümumilikdə 12 ay (son 11 ay ardıcıl olmaqla) mənzil üzrə 4015.2 AZN (12x334.6=4015.2) xidmət haqqı borcu yaranmışdır. xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində iki aylıq kommunal xidmıt haqları üçün ödəniş edilməmişdir və ümumilikdə 2 aylıq xidmət haqqı 234.45 AZN (110.45=124= 234.45 AZN) borc ödənişi yığılmışdır. Beləliklə, ümumilikdə mənzil üçün xidmət haqı və kommunal xidmət haqları üzrə 4249.65 AZN məbləğdə borc yaranmışdır (4015.2 AZN+234.45 AZN=4249.65 AZN) Əlavə olaraq, cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, göründüyü kimi iddiaçı MTK müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixdə İddiaçı MTK-nın nümayəndəsi tərəfindən EMİS vasitəsilə məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, 2(005)-3528/2024 saylı mülki iş üzrə iddia tələbinin 1574,44 AZN əsas borc və 62,5 AZN dövlət rüsumu olmaqla, 1636,94 AZN pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, iddiaçı bildirir ki, 2(005)-3528/2024 saylı mülki iş üzrə iddia ərizəsində qeyd edilən 4249.65 AZN məbləğində əsas borc Cavabdeh tərəfindən iddiaçı "Abşeron” MTK-ya müəyyən hissə əsas borcdan ödənilmiş və hazırda 1904C saylı mənzil üzrə qalıq borc 1574.44 AZN olaraq müəyyən edilmişdir. Odur ki, cavabdehə qarşı bugünki tarixədək olan müddət üçün hər hansı iddia və tələbləri mövcud deyildir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qismən müdafiə etdiyini, bu səbəbdən də iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh məhkəmə gedişatında ödəniş etdiyindən, hazırda onun müvafiq olaraq 110.40 manat və 124 manat borcu qalmışdır. Cavabdeh ilə mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixli müqavilə imzalamışdır. xx.xx.2015-cü il tarixli müqaviləsinin 4 saylı Əlavəsində cavabdehə göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, cavabdeh Şirkətə göstərilən xidmətlərin müqabilində Şirkətə əmlakın hər kv.m. üçün hər ay 2 manat xidmət haqqı ödənilməsi nəzərdə tutlmuşdur. Cavabdehin 1904C saylı mənzil və kommunal borc üzrə qoşmada əlavə olunan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin iyul ayı da daxil olmaqla mənzil üçün xidmət haqqı və kommunal haqqı üzrə borcları yaranmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin surətindən və məzmunundan görünür ki, “Satıcı” İddiaçı MTK, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 130/132 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın C bloku, 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 167.3 kv.m. olan (155.8 kv.m. əmlakın daxili hissəsi, 11.5 kv.m. balkon) 1904C saylı mənzili “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri 476 805 manat olaraq müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 3580,56 manat ümumi xidmət haqqı və kommunal borcu var və bocun 10 gün müddətində ödənilməsi tələb olunmuş, borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı MTK-nın nümayəndəsi EMİS vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Abşeron” MTK-nin Cavabdeh qarşı “mənzil alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair 2(005)-3528/2024 saylı mülki iş üzrə cavabdeh tərəfindən ödənişlərin qalan hissəsinin ödənilməsinə vaxt verilməsi məqsədilə iclasın təxirə salınmasını xahiş etmişdir. İddiaçı MTK tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki Cavabdeh tərəfindən İddiaçı MTK-ya borcu müvafiq olaraq 110,40 və 124 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MTK Cavabdeh arasında Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 130/132 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın C bloku, 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 167.3 kv.m. olan (155.8 kv.m. əmlakın daxili hissəsi, 11.5 kv.m. balkon) 1904C saylı mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixli, PBR585 saylı müqavilə imzalamışdır. xx.xx.2015-cü il tarixli, PBR998 alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsində İnvestora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində Şirkətə əmlkaın hər kv.m. üçün hər ay 2 AZN Xidmət haqqı ödəyəcək. Həmin müqavilənin 9-cu bəndinə görə, bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin 1904C saylı mənzil və kommunal borc üzrə qoşmada əlavə oluan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin iyul ayı da daxil olmaqla mənzil üçün xidmət haqqı 4015.2 AZN və kommunal borc üçün isə 234.45 AZN olmaqla, ümumi borc məbləği 4249.65 AZN təşkil edir. Belə ki, mənzilin üçün xx.xx.2015-cü il tarixli, PBR998 saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh 167.3 kv.m. mənzilin hər kvadrat metri üçün aylıq 2 AZN xidmət haqqı (167.3 kv.m. x 2=334.6 AZN) olmaqla mənzil üzrə aylıq 334.6 AZN xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, xx.xx.2022-ci il tarix üçün bir aylıq və xx.xx.2023-xx.xx.2024-cü illər aralığında mənzil üzrə xidmət haqqı borclarına görə ödənişlər edilməmiş və ümumilikdə 12 ay (son 11 ay ardıcıl olmaqla) mənzil üzrə 4015.2 AZN (12x334.6=4015.2) xidmət haqqı borcu yaranmışdır. xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində iki aylıq kommunal xidmıt haqları üçün ödəniş edilməmişdir və ümumilikdə 2 aylıq xidmət haqqı 234.45 AZN (110.45+124= 234.45 AZN) borc ödənişi yığılmışdır. Beləliklə, ümumilikdə mənzil üçün xidmət haqı və kommunal xidmət haqları üzrə 4249.65 AZN məbləğdə borc yaranmışdır (4015.2AZN+234.45AZN=4249.65AZN). Əlavə olaraq, cavabdehin ünvanına xx.xx.2024cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, göründüyü kimi iddiaçı MTK müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, 4249.65 AZN məbləğində əsas borcun Cavabdeh tərəfindən iddiaçı "Abşeron” MTK-ya müəyyən hissə əsas borcdan ödənilmiş və hazırda 1904C saylı mənzil üzrə qalıq borc 1574.44 AZN olaraq müəyyən edilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən 234,45 manat əsas borc və 62,5 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2013-cü il tarixli, PBR585 saylı müqaviləyə xx.xx.2015-cü il tarixdə edilmiş 4 saylı Əlavə üzrə sonuncunun özünə məxsus daşınmaz əmlakın ümumi sahəsinə görə ödəməli olduğu xidmət haqlarıdır. Müqavilə tərəfi Cavabdeh ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin görülməsinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda müqavilə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 234,45 manat kommunal xidmət haqqı tutularaq İddiaçı MTK -ya ödənilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 62,50 manat dövlət cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 234,45 manat pul vəsaiti və 62,50 manat dövlət rüsumu İddiaçı MTK-nın xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar