Məhkəmə qərarları › İş №e-2(005)-3552/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3552/2022

13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3552/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5mış miras əmlakın qəbul edilməsi müddətinin onun tərəfindən gecikdirilməsinin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun anası X10 xx.xx.2009-cu il tarixində vəfat etmiş, ölüm faktı Azərbaycan Respublikası Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində 69 nömrə ilə qeydiyyata alınmışdır. X7 adına 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. ünvan 1 ünvanında yerləşən ev X6 miras qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Viktoriya Parşin ilə yanaşı o da X7 doğma oğlu olmaqla birinci növbədə qanun üzrə vərəsələrdən biridir. O, Rusiya Federasiyasının vətəndaşıdır və uzun müddətdir ki, Rusiya Federasiyası ərazisində yaşayır və fəaliyyət göstərir. Onun arvadı X3 xeyli müddət xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2009-cu ildə Rusiya Federasiyası ərazisində vəfat etmişdir. Əvvəlcə arvadının xəstəliyinin ağırlaşması, daha sonra anasının ölümü, ardınca isə arvadının ölümü ilə əlaqədar güclü stress keçirmiş, bu müddətdə miras əmlaklarla bağlı müraciət etmək barədə ümumiyyətlə düşünməmişdir. Həmçinin arvadının ölümündən sonra azyaşlı övladı onun himayəsində qaldığı üçün övladının təlim-tərbiyəsi ilə məşğul olmuş və ölkəyə qayıda bilməmişdir. Arvadının vəfat etməsi və azyaşlı övladının onun himayəsində qalması səbəbindən qanunvericiliklə mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına gəlməsi və miras əmlakı qəbul etməklə bağlı zəruri hərəkətləri icra etməsi mümkün olmamışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etsə də, notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 942 nömrəli cavab məktubunda vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş üzrə Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq X7 birinci növbə vərəsəsi olduğunu, İddiaçı tərəfindən miras əmlakın ona düşən ¼ hissəsinin qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 miras əmlakı ¼ hissədə qəbul etdiyini, qalan hissədə miras əmlakın açıq qaldığını, mənzildə onunla birlikdə digər vərəsənin də uşaqlarının yaşadığını, bacısının psixi xəstə olduğunu, uşaqlarına onun baxdığını, qardaşı ilə uzun müddət küsülü olduğunu, qardaşının mənzilin onlar tərəfindən ələ keçirildiyini düşündüyünü, bu səbəbdən vaxtında müraciət etməməsini, anasının sağlığında mənzilin uşaqları arasında bərabər bölünməsini istədiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nihahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Vladimirovic ilə X1 nikahları xx.xx.1994-cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Denejkina” soyadı verilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. X8 Konstantinoviç, anası X9 qeyd edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2009-cu il tarixdə 69 nömrə ilə qeyd edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2009-cu il tarixdə 2046 nömrə ilə qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2 qeyd edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 17, 18 saylı mənzil X7 xüsusi mülkiyyətindədir; 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli, 942 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 vərəsəlik işinin həlli ilə əlaqər təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir; 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2009-cu il tarixdə vəfat etmiç X7 vərəsəlik işi ilə bağlı 2V-426 nömrə notariat işinin təsdiq edilmiş surətlərində olan: Cavabdeh2 notariat ofisinə təqdim etdiyi ərizənin surətindən görünür ki, anası X6 irs qalmış mirası qəbul etmişdir. Ondan başqa qızı Cavabdeh4 Petrovna, nəvəsi Cavabdeh3 və oğlu İddiaçı vərəsələr olmasını qeyd etmişdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2dır və miras əmlak olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 17, 18 saylı mənzildən ¼ hissədə pay almalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X10 xx.xx.2009-cu il tarixdə ölmüşdür. X7 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı mərhumun oğlu olmaqla birinci növbə vərəsəsidir. Mirasın qəbulu üçün notariat ofisinə müraciət etsə də, müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Qanun üzrə vərəsələrdən Cavabdeh2 və Cavabdeh3 iddiaçıya düşən miras əmlakın ¼ hissəsinin qəbulu üçün müddətin uzadılmasına etiraz etmirlər. Hazırda iddiaçı xarici ölkədə olması, miras qoyan, yəni anasının vəfat etdiyi dövrdə həyat yoldaşının xəstə olması, sonra vəfat etməsi, azyaşlı uşağının onun himayəsində olması və güclü stress keçirməsi səbəbindən Azərbaycan Respublikasına gəlməkdə çətinlik çəkməsinə istinad edərək, miras əmlakın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246 və 1248.1-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirsın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Hazırki iş üzrə iddiaçının xarici ölkədə yaşaması, yoldaşının uzun müddət onkoloji xəstə olması, daha sonra vəfat etməsi, azyaşlı qızına tək baxmalı olması, olanlarla əlaqədar güclü stress keçirməsi, daha sonra pandemiya ilə əlaqədar ölkəyə gəlməkdə çətinlik çəkməsi dəlilləri, həmçinin tərəflərin küsülü olduqlarından miras əmlakın digər vərəsələr tərəfindən ələ keçirildiyini düşünməsi barədə izahatları ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçıların istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin miras qalmış mənzilin yalnız ¼ hissədə qəbul edilməsi, qalan hissədə açıq qalması, digər vərəsələrin (iki vərəsənin) iddiaçı tərəfindən ¼ hissədə mirasın qəbulu müddətinin uzadılmasına etiraz etməməsi, mülki dövriyyənin davamlılığı və fasiləsizliyi, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinin qorunmasının zəruriliyi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən miras qoyan X5mış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən miras qoyan X5mış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar