Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3579/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Məsum oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məsum oğlunun cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Məsum oğlunun cavabdehlər «Cavabdeh1” Mənzil Tikinti Kooperativinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetrilməsi tələbi”nə dairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, cavabdehlərCavabdeh1 MTK və “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5-04 saylı (C bloku, sıra 4,5-ci mərtəbədə yerləşən), ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqlı mənzili iddiaçının adına rəsimləşdirmələri və mənzilin iddiaçıya (sahbiliyinə) təhvil verilməsi üçün müqavilə üzrə digər öhdəliklərini icra etmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra, Cavabdeh1 MTK) tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 3 girişli, 21 mərtəbəli binanın girişi C blokunun 5-ci mərtəbəsində yerləşən C5-04 saylı, ümumi sahəsi 98,43 kv.metr yaşayış sahəsi 87,90 kv. metr olan izolə olunmuş 2 otaqlı mənzili almaq üçün cavabdehlə xx xxxxxx 2019-cu il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə edilən xx xxxxxx 2019-cu il tarixli qəbzdən (kassa mədaxil orderinin qəbzi) görünür ki, iddiaçı 98430 (doxsan səkkiz min dörd yüz otuz) manat məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya köçürmüşdür. İddia ərizəsinə əlavə edilən xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 MTK-ya cavabdehin ünvan 1 ünvanında inşa etdiyi 3 girişli, 21 mərtəbəli binanın giriş C blokunun 5-ci mərtəbəsində yerləşən C5-04 saylı, ümumi sahəsi 98,43 kv.metr yaşayış sahəsi 87,90 kv.metr olan izolə olunmuş 2 otaqlı mənzili almaq üçün dəyəri tam ödənilmişdir. Bundan sonra, Cavabdeh1 MTK sözügedən binanı “xxxx” MMC-yə təhvil vermişdir. Belə ki, cavabdehlər arasında xx.xx.2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair xx.xx.2020-ci il tarixdə imzalanmış “Təhvil təslim aktının” habelə tərəflər arasında xx.xx.2020-ci il tarixdə imzalanmış 62 ədəd 6700 kv.m ümumi mənzil sahəsinin “Mənzillərin bölgüsü aktının” müddəlarına uyğun olaraq C bloku, sıra 4, 5-ci mərtəbədə yerləşən, 2 otaqlı ümumi sahəsi 98,43 kv. metr olan mənzilin iddiaçının adına rəsimləşdirilməsi Cavabdeh1 MTK tərəfindən “xxxx” MMC-yə həvalə edilmişdir. Lakin “xxxx” MMC tərəfindən yuxarıda qeyd edilən ikitərəfli saziş və aktların tələbləri icra edilməmişdir. Bununla da, iddiaçının gələcəkdə sözügedən mənzili təhvil alması sual altındadır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam və vaxtında icra etmişdir. Amma, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq cavabdehlər öz öhdəliklərini icra etmirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin müddəalarına uyğun çıxış edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər «Cavabdeh1” Mənzil Tikinti Kooperativinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxış iclasında öz nümayəndələrinin iştiraklarını buna üzürlü səbəblər olmadan təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin materiallarının tədqiq edib hesab edir ki, mülki iş aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 259.0.1ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli müqavilənin 5.1-ci bəndinə görə tərəflər müqavilədən irəli gələn bütün mübahisələri və fikir ayrılıqlarını qarşılıqlı razılaşma ilə danışıqlar yolu ilə həll edirlər. Həmin müqavilənin 5.2-ci bəndinə görə Bu mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericliyi əsasında məhkəmə qaydasında həll edilir. Göründüyü kimi iddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqədar məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya hazırki iddia ərizəsində göstərilən tələblərlə bağlı cavabdehə müraciət etməsi, razılıq əldə olunmadığı təqdirdə müvafiq iddia ərizəsi ilə ona qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 saylı qərarının 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Beləliklə, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edildikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məsum oğlunun cavabdehlər «Cavabdeh1” Mənzil Tikinti Kooperativinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetrilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edildikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3579/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3579/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver