Məhkəmə qərarları › İş №e-2(005)-358/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-358/2022

21.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-358/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və miras əmlaka hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və miras əmlaka hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X9 ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəmi 6a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat qismən etibarsız hesab edilməsi, iddiaçının həmin ünvanın 1/2 hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X19 onun anası olmuşdur. Anasının üç övladı vardır: İddiaçı, Cavabdeh, Quliyeva Gülnar. X33 22 dekkabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzil anasının mülkiyyətində olmuşdur. O, uzun illərdir ki, X5 yaşayır. Anasının vəfatından sonra pandemiya ilə əlaqədar və yol məsafəsinin uzun olması ilə bağlı Azərbaycana gələ bilməmişdir. Lakin yas mərasimi üçün bibisi oğlu Elxan Əsədova 23 dekabr 2020-ci ildə 1500 ABŞ dolları Western Union vasitəsi ilə göndərmişdir. Eyi zamanda miras əmlakın rəsmiləşdirilməsi üçün X4 da olsa zəruri addımlar atmağa çalışmışdır. X1 verdiyi etibarnamə vasitəsi ilə vərəsəlik işlərinin həyata keçirilməsi üçün X18 etibarnamə vermişdir. Sonuncu ASAN xidmətə müraciət etmiş və ona zəruri sənədlərin surətlərinin siyahısı təqdim edilmişdir. Həmin sənədlərin əsas qismi Amerikada onda olduğundan və bir qismi onda olmadığından məsələ uzanmışdır. Nümayəndə təkrarən anasının ölüm haqqında şəhadətnaməsini ASAN xidmətdən 09 aprel 2021-ci ildə almışdır. Digər sənədləri ondan poçt vasitəsi ilə o, X4 göndərmək məcburiyyətində qalmışdır. Həmin sənədlər qaynatasının ünvanına göndərilmiş və yalnız 01 iyul 2021- ci ildə Bakı şəhərinə gəlib çatmışdır. Bununla yanaşı o, iddiaçı olaraq miras əmlakın bir qismini də faktiki olaraq qəbul etmək niyyəti olduğundan anasına məxsus qızıl əşyanı nümayəndə vasitəsi ilə götürmüş və o hal-hazırda ona çatdırılmışdır. Nümayəndəsi zəruri sənədləri yığdıqdan sonra isə məlum olmuşdur ki, cavabdeh artıq 27 saylı Notariat Kontorunda vərəsəliyi açdıraraq tam olaraq əmlakı öz adına rəsmiləşdirmişdir. Həmin notariat işini əldə etdikdən sonra isə məlum olmuşdur ki, cavabdeh onun vərəsə olmağını tamamilə gizlətmiş, notariat işinə kifayyət qədər əsassız sənədlər alıb tikmişdir. Tərəfindən Ədliyyə Nazirliyinə şikayət də edilmişdir. Hesab edir ki, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv etibarsız hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddianın rədd eidlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki. Mübahisəli əmlakı o öz vəsaiti hesabına lakin anasının adına almışdır. İddiaçı olan qardaşı 10 ildən çoxdur ki, ölkəni tərk etmiş bə bir daha qayıtmamışdır. Anasının ölümündən sonra mirası özü qəbul etmiş, yas mərasiminin xərclərini də o şəxsən özü çəkmişdir. İddiaçı isə qanunla müəyyən olunmuş qaydada mirasın qəbulu müddətini ötürmüşdür. Məhkəmə cavabdehin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 29.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X20 Azərbaycan Respublikcisı Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 22.12.2020-01 il tarixdə vəfat etmiş- X9 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan qızı: Cavabdeh (AZEQ*******, 05.07 2011 - Binəqədı, FİNxxxxxxx, d/t:xx.xx.1976) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -AR ƏMDKY DƏDRX BAKİ ŞƏHƏR ƏRAZİ İDARƏSİ tərəfindən 18.01.2012 tarixdə X14 verilmiş **********42-05101-093028 reyestr nömrəli, ********** -qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41 kv/m. yaşayış sahəsi 41 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. Mülki işin materiallarında olan 5 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən 01.02.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 166375 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X19 22.12.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.02.2021-ci il tarixdə 117 nömrəsi ilə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən 03.12.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 988521 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X28 18.11.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ev 6a, mənzil 69 X9 mülkiyyətindədir; Bakı şəhəri Leninskiy rayon ZAQS şöbəsi tərəfindən 15.12.1977-ci il tarixdə verilmiş V-JQ seriyalı 297622 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum akt qeydləri kitabında 1339 nömrə ilə qeydiyyat aparılmışdır. X12, anası isə X15r; Bakı şəhəri Ağcabədi rayon kənd soveti tərəfindən 08.12.1974-cü il tarixdə verilmiş İ-JQ seriyalı 258746 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, X28 ilə X16 arasında 08.12.1974-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeydiyyat aparılmışdır; Bakı şəhəri Leninskiy rayon ZAQS şöbəsi tərəfindən İV-JQ seriyalı 365712 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum akt qeydləri kitabında 9 nömrə ilə qeydiyyat aparılmışdır. X12, anası isə X15r; Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində reyetrdə 8İ-1548 № ilə qeyd edilmiş ərizədən görünür ki, o, Cavabdeh 22.12.2020-ci il tarixdə vəfat etmiş anası X9 adında qalmış miras əmlakları qəbul edir. Miras qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Göstərilən əmlaklardan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etmişdir. Ondan başqa vərəsələr: qızı X21. Bakı şəhəri Səadət Sarayı tərəfindən 09.11.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 367592 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, X17 ilə X24 arasında 09.11.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3758 nömrə ilə qeydiyyat aparılmışdır; X10 Bakı şəhəri 27 saylı notariat ofisində reyetrdə 8İ-1324 № ilə qeyd edilmiş ərizədən görünür ki, o, X21 22.12.2020-ci il tarixdə vəfat etmiş anası X9 adında qalmış miras əmlakdan bacısı Cavabdeh xeyrinə imtina edir. Notarius tərəfindən ona izah edilmişdir ki, AR MM-nin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. Mirasın bir hissəsindən imtina etməklə o, nədən ifadə edilməsində və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. Məhkəmə iclasında X11 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Cavabdeh dayısı qızıdır. X2 adına rəsmiləşdirilmiş əmlak -Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzili qızı Cavabdeh tərəfindən onun öz vəsaii ilə 48.000 dollara alınmışdır. İddiaçı 10 ildən çoxdur ki, X5 yaşayır. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Arzu onun dayısı qızıdır. Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzilini Cavabdeh öz vəsaiti hesabına 48000 dollara almışdır, lakin anası X9 adına qeydiyyatdan keçirmişdir. İddiaçı 10 ildən çoxdur ki ölkədən getmiş və geri qayıtmamışdır. Anasının yas mərasimində də iştirak etməmişdir. Məhkəmə iclasında X22 şahid qismində ifadə verərək bildirmişdir ki, hazırkı iş üzrə tərəflərin bibisi qızıdır. X2 adına rəsmiləşdirilmiş əmlak qızı Cavabdeh tərəfindən alınmışdır. On ildən çoxdur ki, İddiaçı xaricdə yaşayır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzil X9 mülkiyyətində olmuşdur. Ağayeva Mənzər 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. X9 vəfatından sonra Cavabdeh adına 29.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda iş materiallarında olan notarial qaydada tərtib edilmiş digər vərəsə X10 ərizəsindən müəyyən edilmişdir ki, o, anası X8 ona qalmış miras əmlakdan bacısı Cavabdeh xeyrinə imtina etmişdir. Hazırda İddiaçı anası X9 vərəsəsi kimi ona da miras əmlakdan pay düşdüyünü iddia edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X9 ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəmi 6a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat qismn etibarsız hesab edilməsi, iddiaçının həmin ünvanın 1/2 hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə tərəfindən mülki işin halları araşdırılmış və şahid ifadələri ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı on ildən çoxdur ki, Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etmiş və hazırda öz iddia ərizəsində də göstərdiyi kimi X5 yaşayır. Anası –mərhum X19 22 dekkabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində Cavabdeh adına vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçı isə 26.10.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş mirasın qəbulu müddətini ötürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və miras əmlaka hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və miras əmlaka hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar