Məhkəmə qərarları › İş №e-2(005)-3581/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3581/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3581/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Paket Apple Xidməti”, “X2 2 il” xidməti, İmei kodu **********61357 “İphone 14” markalı telefon üçün 2354,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 235,49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********34035 olan “Samsung Galaxy A55 5g” markalı telefon üçün 687,60 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 68,76 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X2 3 il” xidməti, “Paket L Xidməti”, İmei kodu **********57209 olan “Poco C65” markalı telefon üçün 404 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 40,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Samsung 25w Compact Charger”, “X2 2 il” xidməti, “Paket M Xidməti”, İmei Kodu **********58133 olan “Samsung Galaxy A05s” markalı telefon üçün 266,20 manat ödənilməmiş hissə, 26,62 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Paket XXL xidməti” üçün 120,08 manat ödənilməmiş hissə, 12,01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Huawei Freebuds 5i” qulaqlıq üçün 98,98 manat ödənilməmiş hissə, 9.90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X3 6 Lite” qulaqlıq üçün 61,63 manat ödənilməmiş hissə, 6,16 manat cərimə, ümumilikdə 4463,53 manat borc, 64,64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, “Paket Apple Xidməti”, “X2 2 il” xidməti, İmei kodu **********61357 “İphone 14” markalı telefon, İmei kodu **********34035 olan “Samsung Galaxy A55 5g” markalı telefon, “X2 3 il” xidməti, “Paket L Xidməti”, İmei kodu **********57209 olan “Poco C65” markalı telefon, “Samsung 25w Compact Charger”, “X2 2 il” xidməti, “Paket M Xidməti”, İmei Kodu **********58133 olan “Samsung Galaxy A05s” markalı telefon, X23 İl Xidməti, Paket Xxl Xidməti, İmei Kodu **********52007 Samsung Galaxy S23 markalı telefon, “Huawei Freebuds 5i” qulaqlıq, “X3 6 Lite” qulaqlıq almış və nəticədə 4463,53 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 2374,92 manat olan “İphone 14” markalı telefon və digər xidmətlər üçün ümumilikdə 2613,99 manat olmaqla ondan 2354.90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 235,49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1076.40 manat olan İmei kodu **********34035 olan “Samsung Galaxy A55 5g” markalı telefon üçün ümumilikdə 779,96 manat olmaqla, ondan 687,60 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 68,76 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 454,50 manat olan “Poco C65” markalı telefon və digər xidmətlər üçün ümumilikdə 468 manat olmaqla ondan 404 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 40,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 532,44 manat olan “Samsung 25w Compact Charger” və digər xidmətlər, İmei Kodu **********58133 olan “Samsung Galaxy a05s” markalı telefon üçün ümumilikdə 292,82 manat olmaqla, ondan 266,20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26,62 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2135,52 manat olan “Samsung Galaxy S23” markalı telefon və digər xidmətlər üçün ümumilikdə 132,09 manat olmaqla ondan 120.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 159,96 manat olan “Huaweı Freebuds 5i” qulaqlıq üçün ümumilikdə 108,88 manat olmaqla ondan, 98,98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 69,96 manat olan “X3 6 Lite” qulaqlıq üçün ümumilikdə 67,79 manat olmaqla ondan, 61,63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,16 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********52007 “Samsung Galaxy S23” markalı telefondan, “X2 3 İl” xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 2015.44 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2015,44 manat, ümumilikdə 2015,44 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 794,87 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19135700 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 2374,9 manat olan “Paket Apple Xidməti”, “X2 2 il” xidməti, İmei kodu **********61357 “İphone 14” markalı telefonu 18 ay müddətinə, aylıq 131,94 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10651322 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1076,4 manat olan İmei kodu **********34035 olan “Samsung Galaxy A55 5g 8/128” markalı telefonu 18 ay müddətinə, aylıq 59,8 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03769250 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 454,42 manat olan “X2 3 il” xidməti, “Paket L Xidməti”, İmei kodu **********57209 olan “Poco C65” markalı telefonu 18 ay müddətinə, aylıq 25,25 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10736169 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 532,37 manat olan “Samsung 25w Compact Charger”, “X2 2 il” xidməti, “Paket M Xidməti”, İmei Kodu **********58133 olan “Samsung Galaxy A05s” markalı telefonu 18 ay müddətinə, aylıq 29,58 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19135653 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 2135,43 manat olan “Paket XXl xidməti”, “X2 3 il”, “Samsung Galaxy S23” markalı telefonu, 18 ay müddətinə, aylıq 118,64 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06651765 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 159,96 manat olan “Huawei Freebuds 5i” qulaqlığı 12 ay müddətinə, aylıq 13,33 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03218489 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 69,96 manat olan “Huawei Freebuds 5i” qulaqlığı 12 ay müddətinə, aylıq 5,83 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan “Əşyaların təhvil-təslim” aktlarının surətlərindən görünür ki, Cavabdeh 19135700, 10651322, 03769250, 10736169, 19135653, 06651765 və 03218489 nömrəli müqavilələr ilə ona satılan malları qüsursuz təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 20,02 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 2354,9 manat əsas, 235,49 manat cərimə borcu, X1 ödənilmiş 23,6 manat olmaqla, cəmi borcu 2613,99 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 388,8 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 687,6 manat əsas, 68,76 manat cərimə borcu, X1 ödənilmiş 23,6 manat olmaqla, cəmi borcu 779,96 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 50,5 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 404 manat əsas, 40,04 manat cərimə borcu, X1 ödənilmiş 23,6 manat olmaqla, cəmi borcu 468 manat təşkil edir.xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 266,24 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 266,2 manat əsas, 26,62 manat cərimə borcu olmaqla, cəmi borcu 292,82 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 60,98 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 98,98 manat əsas, 9,90 manat cərimə borcu olmaqla, cəmi borcu 108,88 manat təşkil edir. xx.xx.2024cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 8,33 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 61,63 manat əsas, 6,16 manat cərimə borcu olmaqla, cəmi borcu 67,79 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 66,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2354,9 manat əsas, 235,49 manat cərimə borcu, X1 ödənilmiş 23,6 manat olmaqla, cəmi borcu 2613,99 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə əsas borca görə 687,6 manat əsas, 68,76 manat cərimə borcu, X1 ödənilmiş 23,6 manat olmaqla, cəmi borcu 779,96 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 404 manat əsas, 40,04 manat cərimə borcu, X1 ödənilmiş 23,6 manat olmaqla, cəmi borcu 468 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 266,2 manat əsas, 26,62 manat cərimə borcu olmaqla, cəmi borcu 292,82 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 98,98 manat əsas, 9,90 manat cərimə borcu olmaqla, cəmi borcu 108,88 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 61,63 manat əsas, 6,16 manat cərimə borcu olmaqla, cəmi 67,79 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzi”nə ödənilmiş rüsumun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu və pul öhdəliyinin icra etmədiyi hallarda "xxxx" MMC cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respulikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən, məhdudiyyətin icrası ilə bağlı müştəridən əlavə xərclər tələb edilə bilər. Həmçinin təqdim edilmiş arayışdan da göründüyü kimi, İnnovativ Layihələr Mərkəzinə iddiaçı tərəfindən 23,60 manat pul ödənilmişdir. Eyni zamanda məhkəmə “my.gov.az” internet portalında qeyd olunan İMEİ kodlarının yoxlanılması zamanı "xxxx" MMC tərəfindən telefonun istifadəsinə məhdudiyyət qoyulduğu öz təsdiqini tapmışdır. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2354,9 manat, cərimə borcuna görə 100 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 687,6 manat, cərimə borcuna görə 30 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 404 manat, cərimə borcuna görə 25 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 266,2 manat, cərimə borcuna görə 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 120,08 manat, cərimə borcuna görə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 98,98 manat, cərimə borcuna görə 6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 61,63 manat, cərimə borcuna görə 3 manat, cəmi 4253,19 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 64,64 manat pulun 61 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2354,9 manat, cərimə borcuna görə 100 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 687,6 manat, cərimə borcuna görə 30 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 404 manat, cərimə borcuna görə 25 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 266,2 manat, cərimə borcuna görə 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 120,08 manat, cərimə borcuna görə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 98,98 manat, cərimə borcuna görə 6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 61,63 manat, cərimə borcuna görə 3 manat, cəmi 4253,19 (dörd min iki yüz əlli üç manat, on doqquz qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 64,64 manat pulun 61 (altmış bir) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar