Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-360/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 2 qarşı (açar sözlər: vərəsəlik hüququnun tanınması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, bu sənəd əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların ləğv edilməsi, həmin miras əmlaklarına 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 və X20 arasında Salyan rayon qeydiyyat şöbəsində nikah haqqında 16 mart 1973-cü il tarixdə 40 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Rəhimova soyadı Dadaşova soyadı olmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindəm verilmiş X9 məlum olur ki, X3 və X21 xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ata və anasıdır. X2 Leyla Yusif qızı arasında Yasamal rayon qeydiyyat şöbəsində nikah haqqında 13 dekabr 1988-cü il tarixdə 598 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Rəhimova soyadı Seyidova soyadı olmuşdur. X8 16 noyabr 1997-ci ildə vəfat etmişdir. X22 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən aldığı məlumata əsasən Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil xx.xx.2021-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı DNK-nın 2v288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil xx.xx.2008-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi ev 118a, 19 saylı mənzil xx.xx.1997-ci il il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 4Ə/2-148 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə vəfat edən X10 miras qalan əmlaklara dair Bakı şəhəri 15 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixində Bakı şəhəri 15 saylı DNK-na ərizə ilə müraciət edərək mərhum X10 miras qalan əmlaklara ondan başqa vərəsənin olmamasını bildirmişdir. Maraqlı hal ondan ibarətdir ki, 15 saylı DNK vərəsəlik işi açanda yalnız Cavabdeh2 təqdim etdiyi – Ölüm haqqında Şəhadətnaməni, çıxarışları, Nikah haqqında Şəhadətnaməni, Doğum haqqında .əhadətnaməni, şəxsiyyət vəsiqəsinin surətini almışdır.15 saylı DNK X4 ailə tərkibi barədə arayışı almamışdır, ümumiyyətlə vərəsələrin aşkar olunması ilə bağlı aidiyyəti ünvanlara lazımi sorğular verməmişdir. Cavabdeh2 X13 ölümünü mərhumun bacısından, qızından və digər yaxın qohumlarından gizlətmişdir və məqsədi mərhumun miras əmlaklarını ələ keçirmək olmuşdur. X4 ölməsi faktını qəbiristanlıqda bilmişlər. Cavabdeh2 15 saylı DNK-na verdiyi ərizədə qeyd etmişdir ki, ondan başqa vərəsə çıxarsa həmin vərəsəyə miras əmlakdan ona çatası hissəsini qaytaracağı öhdəsinə götürmüşdür. Miras qalan daşınmaz əmlakların təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən alınmış arayışlardan məlum olmuşdur ki, vərəsəlik açılan anda miras əmlakları üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Cavabdeh2 İddiaçı vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ½ hissədə etibarsız sayılması, bu sənəd əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydlərinin ləğv edilməsi, həmin miras əmlaklarına ½ hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı X4 qızıdır. Cavabdeh2 mərhum öləndən sonra tək özünü vərəsə kimi qələmə verərək, notariat ofisində vərəsəlik haqqında şəhadətnamə əldə etmişdir. Mərhumun ölümü ilə bağlı iddiaçının xəbəri olmamışdır. İddiaçı və onun xalası mərhumun ölümünü qəbristanlıqda gördükdən sonra bilmişdir. Cavabdeh iddiaçını anası ilə əlaqə saxlamağa maneələr yaratmışdır. İddiaçı anasının ölümünü aşkara çıxarandan sonra o, artıq bununla bağlı hüquqlarının qorunması üçün DƏDRX-dən və qeydiyyat Şöbəsindən anasının ölüm şəhadətnaməsini və anasından qalan miras məlumatlarını əldə etmişdir. Mərhumun yaşayış və qeydiyyat yeri Nərimanov rayonudur, lakin vərəsəlik işi Nizami rayonunda açılıb. Cavabdeh notariusa ərizə verir ki, tək vərəsə özüdür və bilə-bilə ki, bacısı var orada tək vərəsə olduğunu qeyd edir. Bundan başqa notariusun özü qanunsuz olaraq vərəsəlik işi aparsa da, mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmişdir. İddiaçı haqlı olaraq vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini tələb edir.Əmlakın ½ hissəsi iddiaçıya çatmalı idi. Cavabdeh anasını digər qohumları ilə əlaqəsini kəsib ki, qalan miras əmlakı mənimsəsin. DƏDRX və qeydiyyat Şöbəsi tərəfindən şəhadətnamənin aldığı tarixdən müddəti ötürməmişdirlər. İddiaçı tərəfindən ölüm haqqında şəhadatnaməsi alınandan sonra DƏDRX-a müraciət olunub. Daha sonra onunla müqavilə bağlanılmış və özü notariusa sorğu verərək notariat işini tələb etmişdir. Hər bir vərəsənin məcburi pay hüququ var. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının 17 il müddət ərzində anası ilə əlaqəsi olmayıb və anasının ölümünü qəbristanlıqda müəyyən etməsi qeyri-mümkündür. Cavabdeh bildirir ki, iddiaçını doğulan vaxtdan bu günədək cəmi bir dəfə görüb. İddiaçının 17 ildir ki, anası ilə münasibəti yoxdur. Cavabdeh bacısını danmır və buna dair hər hansı bir qeydi yoxdur. Cavabdeh2 notariusa müraciət edərkən artıq mirasın açılmasından xeyli müddət keçmişdir və mirası faktiki qəbul etmişdir. Həmin müddət ərzində ondan başqa müraciət edən olmadığına görə ancaq onun adı qeyd olunmuşdur. İddiaçının anasının vəfat etməsi barədə məlumatı olub. İddiaçı anasının yas mərasimlərində belə iştirak etməyib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, anası ilə hər zaman münasibəti olub. Son dəfə 2018-ci ildə qızının ad günündə anası iştirak edib. 2008-ci ildə bacısının toy məclisində də iştirak etmişlər. Hər zaman mehriban olmuşlar, lakin bir müddət sonra bacısı ilə uzaqlaşmışlar və ondan sonra anasını da ondan uzaqlaşdırmışdır. Bacısı eqoist olduğuna görə anasını heç kimlə əlaqə saxlamağa qoymamışdır. Anası xx.xx.2021-ci ildə vəfat edib. Bundan sonra evlərinə çox getmişdir, lakin qapını açan olmamışdır. Anasının vəfat etməsini qonşusu vasitəsilə bilmişdir. Bacısı bunu hamıdan gizlədib. Bu ilin yay aylarında sosial şəbəkədə canlı yayım açan zaman bacısına sual verirlər ki, “ananız hardadır”, o isə bildirir ki, Rusiya Federasiyasındadır. Anasının ölüm xəbərini eşidən günün səhəri onun yoldaşının basdırıldığı məzarlığa getmişdirlər. Mütəmadi olaraq məzarlığa gedirlər. Anasının ölümünü iki il sonra bilmişdir. Dəfələrlə evinə getmiş, lakin qapını açan olmamışdır. 76 yaşlı xalası iki dəfə qapısına gedib və aşağıdakı qonşu bildirib ki, Leyla xanım Rusiya Federasiyasında yaşayır. Qonşuların bir çoxu belə onun vəfat etməsini bilməyib, çünki deyilənə görə anası Təcili Yardım ilə yaxşı vəziyyətdə xəstəxanaya gedib, lakin orada vəfat edib. Xəstəxanadan birbaşa dəfn olunub və dəfndə belə heç bir qohum iştirak etməyib. Sadəcə Arzu və onun rəfiqəsi olub. Baxmayaraq ki, özü anasının birinci nikahından dünyaya gəlmişdir, münasibətləri çox yaxşı olub. Anasının vəfat etməsini öyrəndiyi qonşunun adı Sevincdir, lakin soyadını bilmir. Anasıgilin evi ilə üzbəüz həyət evində yaşamışlar və hazırda həmin ev sökülüb. Özü də anasıgilin evinin yaxınlığında həyət evində yaşamışdır. Bu il yayın ilk ayları anasının ölümündən məlumatı olmuş və bütün qohumlarına məlumat vermişdir. Mirasla bağlı məhkəməyə müraciət etmişdir, lakin dəqiq vaxtı xatırlamır, çünki özü epilepsiya xəstəliyindən əziyyət çəkir. 2018-ci ildə ad günü mərasimində olmuşdur, ondan sonra da 2019-cu ilin sonlarına qədər anasıgilə gedibgəlmişdir. Anası sağlam xanım olub və heç bir xəstəliyi olmayıb. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirdikləri miras əmlakı nə formal üsulla, nə də ki qeyriformal üsulla qəbul etməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf X10 qalmış mirasın onun tərəfindən qəbul edildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ancaq hər bir halda məlum olduğu kimi mirasın açılmasından 2 ilə yaxın vaxt keçmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçı tərəf irəli sürdüyü tələblər üzrə qanunda nəzərdə tutulmuş müddəti də buraxmışdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçının irəli sürdüyü tələblərdən biri miras kütləsinə daxil olmuş mənzillərə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsidir. Bundan başqa iddiaçının mübahisəli fərdi yaşayış evinə dair hər hansı bir hüquqları yaranmadığından (mövcud olmadığından), onun qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, eləcə də həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair tələblər irəli sürməsi ümumiyyətlə yolverilməzdir və əsassızdır. İddiaçının qeyd olunan tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələblərindən də göründüyü kimi iddiaçı mübahisəli mənzillər üzrə mirasdakı payının müəyyən edilməsini, yəni hüquqi faktın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, həmin faktı müəyyən edən sənədləri məhkəmədən kənar qaydada ala bilməməsinin mümkün olmamasını əsaslandırmamış, bu barədə sübut əlavə etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar notariat orqanına müraciəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə vərəsəlik şəhadətnaməsinin alınması üçün əvvəlcə notariat orqanına müraciət etməlidir. Notariat orqanından rədd cavabı alacağı təqdirdə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edə bilərdi. Lakin qeyd etdiyi kimi İddiaçı qeyd olunan halları, ümumiyyətlə iddiasının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiasını əsaslandırmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 3-16-5/8-1538-15/3 saylı arayışdan görünür ki, X3 və X14 nikahı haqqında 16 mart 1973-cü il tarixdə 40 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. Nikah Salyan rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1984-cü ildə 03 №-li akt qeydi ilə Salyan rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli 3-16-5/8-1663-15/3 saylı arayışdan görünür ki, X8 və X14 nikah haqqında 13 dekabr 1988-ci il tarixdə 598 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. Nikaha M.M.Seyidovun xx.xx.1997-ci ildə ölməsi, L.Y.Seyidovanın xx.xx.2021-ci il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. - AZ-T seriyalı 242034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Salyanda doğulmuşdur. X1, anası X16r. - AZ-İİ seriyalı 219503 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,70 kv/m olan mənzil tam payla xüsusi mülkiyyət hüququ üzrə X13 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Cavabdeh2 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olan anası X13 xx.xx.2021-ci il tarxdə vəfat etdiyini bildirmiş, miras əmlaklara - Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Reyestrdə 2V-288 № ilə qeyd edilmiş Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi qızı Cavabdeh2dır. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 2a, mənzil 46 – yeni qaydalarla: AZ 1008, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 75.3 kv/m olan mənzildən ibarətdir. - Reyestrdə 2V-289 № ilə qeyd edilmiş Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi qızı Cavabdeh2dır. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,70 kv/m olan mənzildən ibarətdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 adına Respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında məlumatın və müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil xx.xx.2008-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 118a, 19 saylı mənzil xx.xx.1997-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 38 saylı DNK-nın 4Ə/2-148 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi, ev 100, 1 saylı mənzil xx.xx.2021-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 15 saylı DNK-nın 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. - xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1980-ci il təvəllüdlü X15 ifadəsində bildirmişdir ki, xx.xx.1980-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. İddiaçı bibisinin qızıdır. X6 ölməmişdən bir ay əvvəl “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq ondan nigaran olduğunu və görüşmək istədiyini bildirmişdir. İki dəfə evlərinə - “Çapayev 2” ünvanında yerləşən mənzilinə getmiş, lakin qapını açan olmamışdır. Bibisinin qonşularını da tanıyır. Aşağı mənzildə yaşayan qonşusunun qapısını döymüş, lakin o da açmamışdır. Daha sonra bibisinin “Facebook” sosial şəbəkəsinə yazmış, ondan nigaran olduğunu, telefonu format olunduğu üçün nömrəsinin silindiyini bildirmişdir. Bunları yazandan sonra onu oradan əngəlləmişdirlər. Bir müddət sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, X6 vəfat edib. Ondan nə vaxt vəfat etdiyini soruşmuş, iddiaçı isə iki il olduğunu bildirmişdir. Cavabdeh2 özü böyütmüşdür və evlərində nələr baş verirsə hamısını bilmişdir. Məlumatları olmadığına görə onlar tərəfdən dəfndə iştirak edən olmayıb. Mərhum xəstəxanadan birbaşa dəfn olunmağa aparılıb. Xəstəxanada olması barədə də məlumatları olmamışdır. Bibisi ona zəng vurub ürəyinin xəstə olduğunu, müalicə aldığını, lakin indi yaxşı olduğunu demişdir, hətta görüntülü də danışmışdırlar. Bibisi onu görmək istədiyini demiş, o da Arzu evdə olmadığına görə getmişdir. Evdə o, birtəhər oturmuşdur və ondan nə olduğunu soruşanda Arzu ilə aralarında problemlər olduğunu demişdir. Arzu onu itələmiş və yıxılaraq qolu göyərmişdir, lakin bibisinin özündən soruşanda bildirmişdir ki, sadəcə iynənin yeridir. Daha sonra bibisi ona demişdir ki, yumurtanı soyuducudan götürəndə yerə düşüb qırılmış və onun üstündə anasına ağır sözlər demişdir. Bibisi onu həmin evdə böyütmüşdür. Özünün 43 yaşı var, cavabdehin təvəllüdü isə yadında deyil. O, həmişə ona “ikinci ana” demişdir. Cavabdehlə münaqişəsi olmayıb. Hazırki gündə münaqişəsi ondan ibarətdir ki, hansı səbəbdən cavabdeh anasını gizlin dəfn edib edib və qohumlara məlumat verməyib. Cavabdeh2 bibisinə əzab verib, çünki o, ölən bir xanım deyildi. O, çox sağlam xanım idi və ən azı beş il də yaşayardı. Bibisi xəstə olmayıb və dedikləri kimi “Covid-2019” xəstəliyindən də vəfat etməyib. Bibisinin nömrəsini itirmişdir və Arzu da onun telefonunu əlindən alaraq qohumlarının nömrələrini silmişdir. Bu səbəbdən “Facebook” vasitəsilə bibisi ilə əlaqə saxlamışdır. İddiaçının anasının vəfat etməsindən iki il sonra məlumatı olub. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (X3 ilə olan nikahdan) və Cavabdeh2 (X8 ilə olan nikahdan) X4 övladlarıdır. X22 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adına xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil, xx.xx.2021-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi, ev 100, 1 saylı mənzil qeydiyyatdan keçmişdir. X22 vəfat etdikdən sonra Cavabdeh2 xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri 15 saylı notariat kontoruna yazılı ərizə ilə müraciət edərək, həmin mənzillərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlaklara Cavabdeh2 tam payla hüququ tanınmaqla ona Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu şəhadətnamələrə əsasən mənzillər Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Hazırda İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ½ hissədə etibarsız sayılması, bu sənəd əsasında mənzillərə dair verilmiş çıxarışların qeydlərinin ləğv edilməsi, miras əmlaklara ½ hissədə payının müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. 55-ci maddəsinə əsasən Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarında qeyd edilir ki,...vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarına əsasən, ... Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Göründüyü kimi, İddiaçı X4 qızı olmaqla Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsəsidir. X13 xx.xx.2021-ci il tarixdə vəfatı ilə miras açılmış və onun vərəsələrinin vərəsəlik hüququ yaranmışdır. Miras əmlaklara mərhuma məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil daxildir. Cavabdeh2 mərhumun vəfatından 1 il müddət sonra xx.xx.2022-ci il tarixdə cavabdeh ünvan 2 yazılı ərizə ilə müraciət edərək, anası X10 qalmış miras əmlaklara - Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikası MMnin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığı qeyd edilmişdir. Cavabdeh2 bu müraciətinə əsasən ona cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Notarius tərəfindən miras qoyan X17 məxsus olan miras əmlaklarla bağlı vərəsəlik işi açılarkən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, hər hansı bir araşdırılma aparılmadan, Cavabdeh2 ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli ərizə (qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı) əsas götürülərək yalnız Cavabdeh2 adına 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Halbuki miras qoyan X4 qızı - Cavabdeh2 başqa digər vərəsəsi də vardır. Notariat orqanı isə işin zəruri olan bu halına əhəmiyyət verməməklə, açılmış miras haqqında digər vərəsəyə məlumat verməmiş, mirasın açıldığı yerdə olmayan vərəsənin axtarılması üçün tədbirlər görməmişdir. Nəticədə mərhumun birinci növbədə vərəsəsi olan digər qızı İddiaçı vərəsəlik hüquqları pozulmuşdur. Halbuki dövlət vərəsəlik hüququna təminat verir və vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi konstitusiya təminatı altına alınmışdır. Qeyd olunmalıdır ki, miras qoyan X13 ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı isə mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Notariat orqanı tərəfindən İddiaçı məlumatlandırılmamış, vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi –mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. Bununla da, İddiaçı açılmış vərəsəlik işi barədə məlumatı olmamışdır və miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Digər tərəfdən mirası rəsmi qaydada sənədləşdirən vərəsə Cavabdeh2 isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə İddiaçı iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. Göründüyü kimi, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə Cavabdeh2 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan bacısı - İddiaçı barəsində notariat orqanına məlumat verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinin, digər cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru isə vərəsələrin axtarılması üçün lazımi tədbirləri görməməklə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə İddiaçı vərəsəlik hüquqları pozulmuş, anasından miras qalmış əmlaklara dair bacısı – digər vərəsə Cavabdeh2 adına əmlakların tam payla onun adına özgəninkiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçı tərəfindən müddətin ötürülüb-ötürülməməsi məsələsinə münasibətdə hesab edir ki, hazırki mülki iş üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, İddiaçı vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verilməlidir. X19 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir... Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” AR Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən, Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Belə ki, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Yuxarıda da qeyd edildiyi kimi X13 vəfatı ilə vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. İddiaçı vərəsəlik hüququndan notarial formada imtina etməmişdir. Şəxs mirasdan imtina etmədiyi halda onun vərəsəlik hüququndan məhrum olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Həmçinin məhkəmə araşdırması zamanı X4 birinci növbəli başqa vərəsələrinin olması müəyyən olunmamışdır. Belə ki, X13 X3 ilə olan nikahı Salyan rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası MM-nin 1163-cü maddəsinə əsasən, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. X13 13 dekabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olduğu X8 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 mirasqoyanın birinci növbədə vərəsəsi olmaqla mirasda pay hüququna malik olduğundan, onun adına cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən - ½ hissədə etibarsız hesab edilməli, mənzillərin tam payla Cavabdeh2 məxsus olmasına dair verilmiş çıxarışların qeydləri ləğv edilməli və miras əmlaklara Cavabdeh2 ilə yanaşı mərhumun digər vərəsəsi - İddiaçı da payı (1/2 hissədə) müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ½ hissədə etibarsız hesab edilməli, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydləri ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə ½ hissədə İddiaçı payı müəyyən edilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ½ hissədə etibarsız hesab edilsin. Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydləri ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə ½ hissədə İddiaçı payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-360/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-360/2024
06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver