Məhkəmə qərarları › İş №e-2(005)-3661/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3661/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3661/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 yanvar 2015-ci il tarixdə bağlanmış 17494 saylı аlqı-satqı müqavilə üzrə 103 manat məbləğində əsas, 31 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 164 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasinda 17 yanvar 2015-ci il tarixdə 17494 saylı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh arasinda 17 yanvar 2015-ci il tarixdə bağlanmış 17494 saylı müqavilə üzrə aldığı 177 manat dəyərində malın – «mobil telefon» 1 ay ərzində 123 manat olmaqla ödəməli idi. Lakin Cavabdeh müqavilələri rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə tam ödəniş etməmiş, sonuncu dəfə 28 oktyabr 2019-cu ildə 20 manat ödəniş etmiş və 17 yanvar 2015-ci il tarixdə bağlanmış 17494 saylı аlqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq tam ödəniş etməmiş və bu günə kimi Cavabdeh 103 manat məbləğində əsas, 31 manat məbləğində cərimə borcu yaranmışdir. Cavabdehə pulu ödəməsi dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymşdir. Uzun müddətdir ki, əldə edəcəyi pul cavabdeh tərəfindən verilmədiyi üçün dövriyyəni çoxalda bilmir. Bu səbəbdən də İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər arasinda bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən аlıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 (on beş) gündən artıq gecikdirərsə, Satıcının mal(lar)ı geri tələb etmək və ya mal(lar)ın dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq mpbil telefon aldığını və nəticədə borcunun yarandığını etiraf etmişdir. Lakin borc məbləği ilə razılaşmayaraq, borcu 60 manat hissədə qəbul etdiyini bildirdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan: xx.xx.2015-ci il tarixli, 17494 nömrəli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh 177 manat dəyəində malın alınması barədə İddiaçı ilə müqavilə bağlamış və ilkin ödənişdən sonra qalan 123 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 13 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 17494 nömrəli alqı-satqı müqaviləsi üzrə 103 manat əsas, 31 manat cərimə borcu vardır; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh, borcunu 3 iş günü ərzində ödəməyəcəyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Mülki iş materiallarından və cavabdehin izahatlarından aydın olur ki, tərəflər mobil telefon alqı-satqısına dair müqavilə bağlamış, iddiaçı müqavilə predmeti olan əşyanı cavabdehə təhvil vermiş, cavabdeh isə onun dəyəri olan 177 manat pul məbləğindən 123 manat qalıq hissəni ödəməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyi yerinə yetirməmişdir. Onun müqavilə tələblərini pozaraq öhdəliyi yerinə yetirməməsi, məhkəmə iclasında iddianı qismən etiraf etməsi ilə də təsdiq olunur. Eyni zamanda cavabdeh iddia tələbini yalnız 60 manat hissədə qəbul etsə də, öhdəliyi digər hissədə yerinə yetirdiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi, heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 103 manat əsas borc, 31 manat dəbbə pulu olmaqla, cəmi 134 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 103 manat əsas borc, 31 manat dəbbə pulu olmaqla, cəmi 103 (bir yüz üç) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar