Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3686/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin "xxxx" ASC nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 1473,46 manat borcun xususimülkiyyətimdə olan daşınmaz əmlaka məxsus 06/02-61 abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə 34312 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" şirkəti onun tərəfindən təsis edilmişdir. xx.xx.2019-cu il tarixdə müraciəti əsasında şirkət ləğv edilmiş, şirkətin əmlakı yeganə təsisçisi olduğu üçün mənim mülkiyyətimə keçirilmişdir. Halhazırda ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mənim xususi mülkiyyətimdədir. xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak X4 Yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin daşınmaz əmlak elektirik energisi ilə təhciz edilmiş, əmlaka 06/02-061 abunə kodu (270989455M148047 nömrəlisayğac) verilmişdir. Həmin Daşınmaz əmlak mənim xususi mülkiyyətimdə olmasına baxmayaraq istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün bildirişlər( fakturalar) mənim deyil,"xxxx" şirkətinin adına göndərilir. Mən dəfələrlə "xxxx" ASC-yə müraciət edib, abunə kodunun mənim adıma dəyişdirilməsini tələb etsəmdə onlar, bunu etməmişlər. Mən rəsmi olaraq xx.xx.2023- cü il tarixdə "xxxx" ASC-yə müraciət edib abunə kodunun mənim adıma dəyişdirilməsin xahiş etmişəm. Mənim müraciətimə cavab verilərkən mənə bildirilb ki, mənim xususi mülkiyyətimdə olan daşınmaz əmlaka məxsus 06/02-061 abunə kodunda 1473,46 manat borc vardır və “Barmek Azərbaycan” dövründə yaranmışdır. Həmin borc təşkilatın adı dəyişdirildiyi üçün abonetdən tələb olunmur,abunə kodunda hər hansı bir dəyişiklik edilən zaman tələb olunur. “Bamek Azərbaycan” tərəfindən borc barəsində mənə hər hansı bir məlumat verilməmiş, Barmek Azərbaycan ləğv olunduqdan sonra, Azərİşıq ASC-tərəfindən də mənə göndərilən bildirişlərdə(fakturalarda) mənim hər hansı borcum olduğu bildirilməmişdir. "xxxx" şirkəti fəaliyyət göstərdiyi dövr ərzində istifadə olunan elektrik enerjisi haqqına görə har -hansı borcu yaranmamışdır. Bu barədə mənə hər hansı bildiriş göndərilməmişdir. Mən istifadə olunan elektrik enerjisi haqqını vaxtı vaxtında ödəmişəm. Mənim hər hansı bir borcum yoxdur. Mənim xususi mülkiyyətimdə olan daşınmaz əmlaka məxsus 06/02-61 abunə kodunda olan 1473,46 manat borc qanunsuz və əsassız yazılmışdır. Mən xususi mülkiyyətimdə olan əmlakın abunə kodunu öz adıma dəyişdirə bilmirəm. Mənim xususi mülkiyyətimdə olan daşınmaz əmlaka məxsus 06/02-61 abunə kodunda olan 1473,46 manat borc qanunsuz və əsassız yazıldığından silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş və əlavə olaraq bildirmşdir ki, iddianı müdafiə edir və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC nümayəndəsi X3 iddia tələblərinə etiraz edərək iddia tələbini qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o dondurulmuş borcdur. Cavabdeh qurum olaraq borcu nə silə, nə də tələb edə bilərlər. Lakin obyekt satıldıqda, söküldükdə və s. hallarda borc tələb olunur. Qurum dondurulmuş borcla bağlı tərəflərə məlumat göndərmir, borcu tələb etmir. Sədrlik edənin sualına cavab olaraq əlavə olaraq bildirdi ki, abonentin saldosunda həmin borc “aktlar” xanasının altında qeyd olunsa da, akt əsasında yazılmış borc deyil. Həmin borc 2004-cü ildən Barmek vaxtından qalan borcdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialların olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 159 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 7953 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC ilə "xxxx" firması (4 mərtəbə tikinti) direktoru İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. - xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi aparıcı mühəndis Həsənov Azər "xxxx" ASC-nin Nərimanov RETSİ-nin rəisi Nadir Şiriyevə müraciət edərək, bildirmişdir ki, 06/02-61 koduna olan 1473,76 manat Barmekin dövründə yaranan borcdur, o borc yalnız ad dəyişən vaxtı tələb olunur, halhazırda borc tələb olunmur. - xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsinin məktubundan görünür ki, 06/02-61 koduna olan 1473,76 manat “Barmek Azərbaycan” dövründə yaranan borcdur, o borc yalnız ad dəyişən vaxtı tələb olunur, hal-hazırda borc tələb olunmur. - “Uçot haqqında” sənəddən görünür ki, abunə kodu 06/02-061 olan "xxxx" firmasına hesablanmış borc 1.473,46 manat təşkil edir. - AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin Hüquqi X2 İdarəsinin xx.xx.2019-cu il tarixli kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildirişindən görünür ki, xx.xx.1997 tarixdə 34312 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkəti xx.xx.2019-cu tarixdə ləğv edilmiş və həmin qurum AR kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 159 saylı qeyri-yaşayış obyekti xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" ASC ilə "xxxx" firması (4 mərtəbə tikinti) direktoru İddiaçı arasında xx.xx.2018-ci il tarixində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin Hüquqi X2 İdarəsinin xx.xx.2019-cu il tarixli kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildirişindən müəyyən edilir ki, xx.xx.1997 tarixdə 34312 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkəti xx.xx.2019-cu tarixdə ləğv edilmiş və həmin qurum AR kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. 06/02-61 abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 1.473,46 manat borc abunə koduna dəyişiklik edilən zaman iddiaçıdan tələb olunur. Eyni zamanda xx.xx.2023cü il tarixli Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsinin məktubundan görünür ki, 06/02-61 koduna olan 1473,46 manat “Barmek Azərbaycan” dövründə yaranan borcdur. Məhkəmə hesab edir ki, yaranmış borc "xxxx" MMC dövrünə aid olduğundan, borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06/02-61 saylı abunə koduna əsassız hesablanmış 1.473,46 manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə məxsus 06/02-61 saylı abunə koduna elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 1473,46 (bir min dörd yüz yetmiş altı manat qırx altı qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3686/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3686/2023
30.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver