Məhkəmə qərarları › İş №e-2(005)-371/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-371/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-371/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərracın yekunları barədə"xxxx" MMC-nin 30.10.2020-ci il tarixli 34/24 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMCX1 və İddiaçı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 10.04.2018-ci il tarixli 2(008)-198 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X3 və İddiaçı müştərək qaydada 30.10.2014-cü il tarixli BAKU1- 24505-10495 saylı kredit müqaviləsi üzrə 26342,22 ABŞ dolları əsas borcun, 12924,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 41267,01 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutularaq, Cavabdeh1 MMC-ə ödənilməsi və tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, yaşayış evinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi qət edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq işə İddiaçı iştirakı olmadan baxılmış və iş üzrə qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı qəbul edilmiş qətnamədən məlumatı olmamışdır. Həmin qətnamədən yalnız qısa müddət əvvəl məlumatlı olmuşdur. Cavabdeh1MMC-dən 27.09.2021-ci il tarixli 3086 saylı məktubu iddiaçıya daxil olduqdan sonra İddiaçı məlum olmuşdur ki,"xxxx" MMC-nin 30.10.2020-ci il tarixli 34/24 nömrəli hərracın yekunları barədə protokoluna əsasən iddiaçıya məxsusBakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi 30.10.2020-ci il tarixində Cavabdeh1 MMC tərəfindən əldə edilmiş və 19.08.2021-ci tarixdə mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Hesab edirik ki, "xxxx" MMC-nin 30.10.2020-ci il tarixli 34/24 nömrəli hərracın yekunları barədə protokol aşağıdakı səbəblərə görə etibarsız hesab edilərək daşınmaz əmlak iddiaçıya geri qaytarılmalıdır. İlkin olaraq nəzərə alınmalıdır ki, hərracın keçirilməsi barədə İddiaçı məlumatı olmamış və bu barədə ona bildiriş verilməmişdir. Hərrac keçirildikdən sonra İddiaçı özünə məxsus daşınmaz əmlakın çox ucuz qiymətə 41437,50 manata Cavabdeh1 MMC-ə satıldığını bilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2ci döngə, 22 saylı fərdi yaşayış evi 19.08.2021-ci il tarixdə "xxxx" BOKT MMC-nin adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin İddiaçı, X1, X4, X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 19 avqust 2020-ci il tarixli № 1 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Sabunçu Rayon Məhkəməsinin 2(008)-196 saylı 10.04.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 65000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 3250 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin İddiaçı, X1, X4, X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 21 sentyabr 2020-ci il tarixli bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Sabunçu Rayon Məhkəməsinin 2(008)-196 saylı 10.04.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 55250 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 2762.5 manat müəyyən edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” və “Atribut” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin 06.10.2020-ci il tarixli təklifdən görünür ki, İddiaçı, X1, X4, X2 Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 3783-54670/17 saylı 13.05.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin 02.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 4137.5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan "xxxx" BOKT MMC-nin İddiaçı ünvanlanmış 18.11.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evini "xxxx" BOKT MMC-nin tutmaya başlaması barədə məlumat vermişdir. İş materiallarında olan 30.10.2020-ci il tarixli hərracın yekunları barədə № 34/24 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi 41437,50 manata ipoteka saxlayan "xxxx" BOKT MMC-nə satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi Sabunçu Rayon Məhkəməsinin 2(008)-196 saylı 10.04.2018-ci il tarixli icra sənədinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 65000 manat, əmlakın 15% endirimlə 4137.5 manat olmaqla "xxxx" BOKT MMC-nin balansına keçirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” və Atribut qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Belə olan təqdirdə İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-nə, "xxxx" MMC-nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi”tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar