Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3748/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsi barədə məsələyə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 80 000 manat borc məbləğininin və ödənilmiş 330 manat dövlət rüsumun cavabdehdən tutulması, ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının sökülərək həmin binanın yerində tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış kompleksinin 2-ci girişində (2-ci blok), ümumi sahəsi 198.02 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 4 otaqlı, 1 (soldan sağa 1) saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4365/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli Alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 80 000 manat borc məbləğininin və ödənilmiş 330 manat dövlət rüsumun cavabdehdən tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi,ev 24A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının sökülərək həmin binanın yerində tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış kompleksinin 2-ci girişində (2-ci blok), ümumi sahəsi 198.02 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 4 otaqlı, 1 (soldan sağa 1) saylı mənzilin boşaldılması, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4365/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nun Cavabdeh qarşı mənzilin boşaldılması və digər tələbinə dair iddia ərizəsi baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardada əsasən iddia ərizəsindən göründüyü kimi, tələbinin biri “mənzilin boşaldılması” olduğundan və mənzil Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya müstəsna aidiyyətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Hazırda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddia ərizəsi qanunvericiliyə uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən icraata qəbul olunmuşdur. İddia ərizəsi icraata qəbul edildikdən sonra iddia tələbinin həcminin artırılması nəticəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi yeni iddia tələbinin müstəsna aidiyyətlə bağlı olduğu qənaətinə gəlmiş və aidiyyəti üzrə göndərilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Məhkəmə hesab edir ki, iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən icraata qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən və hazırda baxılan iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əksini tapmış hər hansı halın mövcudluğu müəyyən edilmədiyindən, beləcə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsində fikir ayrılığı olduğundan mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32, 36-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3748/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3748/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver