Məhkəmə qərarları › İş №e-2(005)-3775/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3775/2021

22.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3775/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1, Cavabdeh ƏlCavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh ƏlCavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh ƏlCavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, kəmərdən təqribən 44 metr aralı məsafədə kəmərin mühafizəsi zonasında 3-cü sırada Bakı şəhəri, Nərimanov rayonu, PYUA- 38/10 ünvanında yaşayan X5 tərəfindən elə həmin ünvanda qanunsuz inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və mülkiyyəti təsdiq edən sənəd olmadan həmin ünvanda tikinti- quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı SOCAR-ın İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 126cı km-də, kəmərdən təqribən 44 metr aralı məsafədə kəmərin mühafizəsi zonasında 3-cü sırada Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında X5 tərəfindən qanunsuz tikinti işlərinin aparılması 18.05.2021-cı il tarixdə əməkdaşlarımız tərəfindən aşkar edilmişdir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh ƏlCavabdeh iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 18.05.2021-ci il tarixli Aktdan görünür ki, SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X10, atıcılar X6 və X4 iştirakı ilə bu akt ondan ötəri tərtib edilmişdir ki, 18.05. 2021-cı il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 14:30-da 13-14 saylı postların ərazisində (Nərimanov rayonu, PVUA-38/10) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də. 3-cü sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 44 metr aralı məsafədə, vətəndaş Cavabdeh qızma aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin həyətyanı sahəsində olan dəmir lövhələrdən ibarət çəpərin sökülərək 6 metr uzunluğunda 2 metr hündürlüyündə yeni hasar inşa edilməsi aşkar edimişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş lakin o əməkdaşların qanuni tələblərinə məhəl qoymayaraq sökməkdən imtina etmişdir Qeyd olunanlarla əlaqədar Cavabdeh əlavə işlərin görülməməsinə dair yazılı şəkildə xəbərdarlıq təqdim edilərək ərazi nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı 18 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, ƏlCavabdeh Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşməsi və bunun qanunvericiliyə zidd olması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021ci il tarixli 10/4110 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililər SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan neft kəmərinin mühafizəsi zonasında yerləşir. Bu səbəbdən həmin qanunsuz inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və mülkiyyəti təsdiq edən sənəd olmadan həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; İddiaçı iddia ərizəsində Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyini iddia etsə də cavabdeh tərəfindən özbaşına tikili inşa edilməsini qeyd etsə də, göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 10/4110 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA-38/10 ünvanında yerləşən tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi sübuta yetirilmədiyindən iddiaçı SOCAR-ın İddiaçı cavabdeh ƏlCavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh ƏlCavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar