Məhkəmə qərarları › İş №e-2(005)-38/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-38/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-38/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: podrat müqaviləsi; iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi üçün yaranmış 4825 manat 59 qəpik, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumu, ümumillikdə 5005 manat 59 qəpik (beş min beş, əlli doqquz) manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə vətəndaş X5 arasında 19101 saylı, xx.xx.2014-cü il tarixli Mənzilin Alqı-Satqısı Müqaviləsi bağlanmışdır. 19101 saylı, xx.xx.2014-cü il tarixli Mənzilin Alqı-Satqısı Müqaviləsinə əsasən Satıcı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 67.2 kv metr olan mənzili Alıcıya verməyi, Alıcı isə (1 kv metrin dəyəri 398 manat 80 qəpik) 26800 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh (Satıcı) tərəfindən Alıcıya verilmiş 9289 saylı, xx.xx.2014-cü il tarixli Maliyyə Arayışından görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 67.2 kv metr olan mənzilə dair cavabdehə heç bir borcu yoxdur, ödəniş tam icra edilmişdir. 19101 saylı, xx.xx.2014-cü il tarixli Mənzilin Alqı-Satqısı Müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/77-15-11 saylı, xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən Satıcı "xxxx" ASC ikinci tərəf X3 19101 saylı, xx.xx.2014-cü il tarixli Mənzilin Alqı-Satqısı Müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərini üçüncü tərəf İddiaçı ötürülməsinə dair üçtərəfli razılığa gəliblər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı tam mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq rəsmləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 55.1 kv metrdən ibarətdir. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Texniki Pasportdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 20.9 kv metri yaşayış sahəsi olmaqla, ümumi sahəsi 55.1 kv metrdən ibarətdir. Göründüyü kimi iddiaçı cavabdeh qarşısında öz üzərinə düşən öhdəlikləri lazımınca icra etmiş, iddiaçı cavabdehə alqı satqı müqaviləsi üzrə ödənişi tam etmiş, cavabdeh tərəfindən iddiaçıya bunla bağlı 9289 saylı, xx.xx.2014-cü il tarixli Maliyyə Arayışı verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, iddiaçıya həmin ünvanda ümumi sahəsi 67.2 kv metr olmaq əvəzinə 55.1 kv.m (12.1 kv metr az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, iddiaçı cavabdehə 4825 manat 59 qəpik (12.1 kv.m x 398.8 manat) məbləğində artıq pul ödəmişdir. Bu fakt iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda məlum olmuşdur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçı qarşısında 4825 manat 59 qəpik (12.1 kv.m x 398.8 manat) borc öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli cavabdehə ünvanlanmış pretenziya ərizəsindən görünür ki, göstərilənləri nəzərə alaraq və qanunvericiliyinin tələblərinə əsasən, cavabdehdən 5 gün ərzində İddiaçı qarşısında yaranmış 4825 manat 59 qəpik zərəri icra etməsi tələb olunmuşdur. Lakin cavabdeh pretenziya ərizəsinə heç bir reaksiya verməmiş, iddiaçıya qarşısında yaranmış öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə icra etməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İddia ərizəsinə əlavə edilmiş sübutlardan da, göründüyü kimi müqüavilə üzrə öhdəliklərini icra etməyən cavabdeh "xxxx" ASC iddiaçı qarşısında 4825 manat 59 qəpik məbləğində pul öhdəliyi yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, müqavilə öhdəliklərinin tam icra etmədiyi üçün, müqavilə üzrə alıcıya təhvil verilməmiş 12.1 kv.m yaşayış sahəsinin hər kv.m faktiki orta bazar qiyməti 2000 manat olmasını nəzərə alaraq (12.1 x 2000 = 24200) 24200 (iyirmi dörd min iki yüz) manat, mənəvi zərər görə 5000 (beş min) manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu, ümumillikdə 29380 (iyirmi doqquz min üç yüz səksən) manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, X6 xx.xx.2014-cü il tarixli, 19101 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y.Əliyev küçəsi küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 7, blok 1, 64 (indiki 77) nömrəli mənzili "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən satın almışdır. Daha sonra X6, "xxxx" ASC və İddiaçı arasında üçtərəfli xx.xx.2019-cu il tarixli, KP/AK/77-15-11 saylı Əlavə razılaşma bağlanılmış və 19101 saylı, xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzr: yaranmış hüquq və öhdəliklər X2 İddiaçı ötürülmüşdür. İddiaçı aldığı mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış alarkən mənzilin sahəsinin orada az qeyd olunduğunu görərək mənzilin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirirək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia qaldırmışdır. İddiaçının aldığı mənzil (bina) layihə əsasında inşa edilmiş və layihə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş idarəsi tərəfindən 2012-ci ildə təsdiq olunmuşdur. Mənzilin sahəsi həmin dövrdəki ölçmə qaydalarına uyğun hesablanmış və qeyd edilən mənzilin sahəsi 67,2 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilərək müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-1VQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Cavabdeh bir qayda olaraq mənzilləri salarkən alqı-satqı müqavilələrində mənzilin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Cavabdeh yeni qanunvericiliyin qəbul olunacağını, mənzillərin sahəsinin, yeni qaydalarla ölçüləcəyini qabaqcadan görə bilməzdi. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzil.ərin ümumi sahəsi hesablanarkən balkon və terraslann sahələri -0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə iddiaçıya məxsus mənzilin sahəsi yeni qaydalarla hesablandığı üçün əskik gəlmişdir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı satqı müqavilərində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri iiə uyğun gəlmədiyinə görə cavabdehin satdığı mənzillərin sahələri də Müqavilədəki qeyd olunan sahələrlə uyğun gəlmir. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçının mənzilin sahəsinin azlığı ilə bağlı tələbi əsassızdır. Eyni zamanda hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi (müqavilənin 1.2-ci bəndi bağlayarkən bilirdi ki, mənzillərin qiyməti hər hansı meyarla (kv.m və s) deyil, vahid qiymətlə müəyyən edilir və müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin qiyməti tərəflərin razılığı ilə 26800 manat müəyyən edilmişdir. Mənzil vahid qiymətlə satıldığı üçün mənzilin sahəsi bu günki qaydalarla hesablanaraq daha az göstərilsəydi də, mənzilin qiyməti dəyişməyəcəkdi. Cavabdeh tərəfindən mənzil əvvəlki alıcıya xx.xx.2014-cü il tarixdə, eləcə də iddiaçıya - 30 yanvar 2019-cu il tarixdə təhvil-təslim aktı ilə təhvil verilərkən və ötən bu müddət ərzində mənzili təmir olunmuş də onların mənzil ilə bağlı heç bir pretenziyası olmamışdır. Bu günə kimi çoxsaylı oxşar, eyni mahiyyətli məhkəmə prosesləri olmuş, məhkəmələr mənzillərin vahid qiymətlə satılmasını əsas götürməklə, eləcə də iddia müddətinin keçməsi səbəbi ilə iddiaları rədd etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.Ərizə onunla əsaslandırılmışdır ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. X5 19101 saylı, xx.xx.2014-cü il tarixli mənzil alqı-satqı Müqaviləsinə əsasən Akkordan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəs İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Akkord, X5 və İddiaçı arasında KP/AK/77-15-11 saylı, xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən X3 19101 saylı, xx.xx.2014-cü il tarixli mənzil alqı-satqısı Müqaviləsi üzrə yaranmış hüquq və öhdəlikləri İddiaçı ötürülmüşdür. Mənzilin alınmasından 10 ildən artıq müddət keçmiş, uzun müddətdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC və X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakixanov qəs.,Y.Əliyev küçəsi 7 saylı binanın, 1 blok, 7 mərtəbə, 64 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.metr olan mənzili Alıcıya satmağı, Alıcı isə bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada Tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini (qiymətini) Satıcıya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). -19101 saylı xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, alıcının 19101 saylı xx.xx.2014-cü il tarixli mənzilin Alqı-satqı müqaviləsinə əsasən aldığı, ünvan 2 ünvanında yerləşən bina 7, blok 1, mərtəbə 7,1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.m olan 64 saylı mənzilin nömrəsi mənzillərin yenidən nömrələnməsi nəticəsində 77 olmuşdur. - X10 və X5 xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri ünvan 2 ünvanında yerləşən bina 7, 1 blokun 64/77 saylı mənzilinin təhvil-təslimini həyata keçirmişdirlər. - Satıcı "xxxx" ASC, alıcı – ikinci tərəf X5 və üçüncü tərəf X9 arasında bağlanmış 19101 saylı xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair 3001.2019-cu il tarixli əlavə razılaşmadan görünür ki, tərəflər razılaşırlar ki, bu Razılaşmaya əsasən Satıcı və İkinci tərəf arasında bağlanmış 19101 saylı xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını ikinci tərəf bu Razılaşma qüvvəyə mindiyi andan Üçüncü tərəfə ötürür, Üçüncü tərəf isə İkinci tərəfin bu hüquqların və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürür. - X4 verilmiş 9289 №-li xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Y. Əliyev küç., 2595 saylı məhəllədə inşa edilmiş yaşayış binasının, 7-bina, 1-blok, 7-ci mərtəbədə 67.20 m2 ümumi sahəsi olan 64 saylı mənzilə dair heç bir borcu yoxdur. - 30 yanvar 2019-cu il tarixli aktdan görünür ki, X5 (şəxsiyyət vəsiqəsi: AZE № 03846961, xx.xx.2005-ci il tarixində Xətai RPİ tərəfindən verilmişdir) və İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE № ********, xx.xx.2014-cü il tarixində Şərur RPŞ tərəfindən verilmişdir) ünvan 2 ünvanında yerləşən bina 7, blok 1, mərtəbə 7, 64 saylı (yeni - 77), 1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.m olan mənzilin təhvil-təslimini həyata keçirmişdirlər. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,10 kv/metr olan mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı məxsusdur. - İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, maddi ziyan olaraq 4825,59 manat məbləğin ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC və X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Sabunçu rayonu 2595 saylı məhəllədə Bakıxanov, Y.Əliyev küçəsi 7 saylı binanın, 1 blok, 7 mərtəbə, 64 saylı ümumi sahəsi 67,2 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzil xx.xx.2014-cü il tarixdə X4 təhvil verilmişdir. Satıcı "xxxx" ASC, alıcı – ikinci tərəf X5 və üçüncü tərəf İddiaçı arasında bağlanmış 19101 saylı xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən, xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqları və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası X7 ötürülmüşdür. 30 yanvar 2019cu il tarixdə qeyd olunan mənzil iddiaçıya təhvil verilmiş, xx.xx.2020-ci il tarixdən İddiaçı adına Daşınmaz əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydə alınmışdır. Hazırda iddiaçı ona müqavilədə nəzərdə tutulduğundan daha az sahədə mənzil verildiyini bildirərək cavabdehdən pul tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. - 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddia tələbinin mahiyyətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-dən ona müqavilə üzrə 67,2 kv.metr sahəsi olan mənzil əvəzinə 55,1 kv.m sahəsi olan mənzil təhvil verildiyini bildirərək, yaranmış zərəri cavabdehdən tələb edir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" ASC Sabunçu rayonu 2595 saylı məhəllədə Bakıxanov, Y.Əliyev küçəsi 7, 64 saylı ümumi sahəsi 67,2 mənzili X1, binanın tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, sonuncu isə mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. X5 qeyd olunan mənzilin dəyərini tam ödəmişdir. Belə ki, ona cavabdeh "xxxx" ASC tərəfindən verilmiş 9289 №-li xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 2də inşa edilmiş yaşayış binasının, 7-bina, 1-blok, 7-ci mərtəbədə 67.20 m2 ümumi sahəsi olan 64 saylı mənzilə dair heç bir borcu yoxdur. Bundan sonra qeyd olunan mənzil xx.xx.2014-cü il tarixdə X4 təhvil verilmişdir. Bundan sonra cavabdeh "xxxx" ASC, X5 və İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli əlavə razılaşmaya əsasən, 06 avqust 2014-cü il tarixli müqaviləyə əsasən yaranmış bütün hüquqları və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası X7 ötürülmüşdür. İş materialları ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə hər hansı bir məbləğdə ödəniş edilməsi müəyyən olunmur. İddiaçı, iddia ərizəsində cavabdehə ödənişi tam etdiyini, cavabdeh tərəfindən ona bu barədə 9289 saylı, xx.xx.2014-cü il tarixli maliyyə arayışı verildiyini bildirsə də, iş materiallarında olan qeyd olunan arayışdan müəyyən olunur ki, arayış X4 verilmiş, onun mübahisəli mənzilə dair heç bir borcu olmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC və X5 arasında bağlanmış müqavilə “mənzilin alqı-satqı müqaviləsi” adlansa da, mahiyyəti üzrə onlar arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bundan sonra qeyd olunan müqavilə üzrə yaranmış hüquq və öhdəliklər hazırki iş üzrə İddiaçı keçmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir. Mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 55,10 kv/metr-dir. Məhkəmə araşdırması zamanı qeyd edilən halların araşdırılması, xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə mülki iş üzrə məhkəmə mühəndistexniki və əlavə məhkəmə mühəndis-texniki ekspertizaları keçirilmişdir: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/7108 saylı rəyi ilə iş üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ‘'04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları’’-na əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa edilmiş yaşayış kompleksinin 7-ci binasının 8-ci mərtəbəsində yerləşən 77 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 4, M8, mənzil 5) 55,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli ekspert rəyi ilə mənzilin ümumi sahəsi 55,1 kv.m ilə həmin mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə qeyd edilmiş sahəsi 67,2 kv.m arasında 12,1 kv.m (67,2 kv.m – 55,1 kv.m) fərq olduğu, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 2595 saylı məhəllə, Y.Əliyev küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 7, blok 1, 64 (indiki 77) saylı mənzilin təmirsiz vəziyyətdə 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1150 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi 17 may 2024-cü il tarixdə məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddiaçının tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə, mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edilir ki, hazırki iş üzrə cavabdeh "xxxx" ASC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, X5 qeyd olunan mənzilin dəyərini tam ödəməklə 06 avqust 2014-cü il tarixdə təhvil almışdır. Onun tərəfindən mənzilə - onun qüsuruna dair hər hansı bir etirazı olmamışdır. Beləliklə, cavabdeh "xxxx" ASC-nin müqavilə üzrə hər hansı bir öhdəliyi qalmamışdır. Bundan sonra bağlanmış 3 tərəfli müqaviləyə əsasən, müqavilə üzrə öhdəliklər İddiaçı ötürülmüş və mənzil X5 tərəfindən İddiaçı təhvil verilmişdir. İddia müddəti üzrə hansı müddətin tətbiq edilməli olmasına dair qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. Bu maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. İddiaçı dəlili - iddia müddətinin onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verildiyi tarixindən hesablanmalı olmasıdır ki, bu, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir. Mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Bu baxımdan bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Hazırki iddia cavabdeh "xxxx" ASC tərəfindən mənzilin təhvil verilməsindən 7 il 8 ay müddət keçdikdən sonra 28 aprel 2022-ci il tarixdə qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən, bu tələb mənzil təhvil alındıqdan sonra 5 il ərzində irəli sürülməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür və bu isə iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119-cu və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri kimi 150 (yüz əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin tam icra etmədiyi üçün, müqavilə üzrə alıcıya təhvil verilməmiş 12.1 kv.m yaşayış sahəsinin hər kv.m faktiki orta bazar qiyməti 2000 manat olmasını nəzərə alaraq (12.1x2000=24200) 24200 (iyirmi dörd min iki yüz) manat, mənəvi zərər görə 5000 (beş min) manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu, ümumillikdə 29380 (iyirmi doqquz min üç yüz səksən) manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi” barədə tələbi təmin edilməməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 (yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin tam icra etmədiyi üçün, müqavilə üzrə alıcıya təhvil verilməmiş 12.1 kv.m yaşayış sahəsinin hər kv.m faktiki orta bazar qiyməti 2000 manat olmasını nəzərə alaraq (12.1x2000=24200) 24200 (iyirmi dörd min iki yüz) manat, mənəvi zərər görə 5000 (beş min) manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu, ümumillikdə 29380 (iyirmi doqquz min üç yüz səksən) manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi” barədə tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 (yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar