Məhkəmə qərarları › İş №e-2(005)-3804/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3804/2021

16.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3804/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə sənədlərin əslinə baxmaq, onlardan çıxarışlar etmək tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə sənədlərin əslinə baxmaq, onlardan çıxarışlar etmək tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi notariusu İkram Xəlilovdan iddiaçıların atalarının notariatda saxlanılan vərəsəlik işi ilə ehtimalla analarının 2013-cü il tarixli vərəsəlik işlərinə dair Vərəsəlik uçotu kitabındakı qeydlərlə iddiaçıların imzalarının əsli ilə tanış olmaq, əslindən çıxarış etmək hüquqlarını təmin etmək barədə məhkəmə aktı qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 atalarının notariatda saxlanılan vərəsəlik işi ilə ehtimalla analarının 2013-cü il tarixli vərəsəlik işlərinə dair Vərəsəlik uçotu kitabındakı qeydlərlə iddiaçıların imzalarının əsli ilə tanış olmaq əslindən çıxarış etmək hüquqlarını təmin etmək barədə məhkəmə aktı qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə belə qənaətə gəlir hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 qızının Cavabdehnə qarşı “sənədlərin əslinə baxmaq, onlardan çıxarışlar etmək” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı “sənədlərin əslinə baxmaq, onlardan çıxarışlar etmək” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar