Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3830/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung, 2 ədəd Dr.Beckmann Paslanmayan metal təmizləyicisi, Soyuducular üçün yüksəktəsirli təmizləyici vasitə üçün 157.7 (yüz əlli yeddi manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat, otuz qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo kompüter, Microsoft Windows 10 Pro, Mouse Logitech üçün 907 (doqquz yüz yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power, Samsung LED TV üçün 815 (səkkiz yüz on beş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Ətçəkən Kenwood üçün 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99220 Samsung Galaxy S9+ DUAL markalı telefon üçün 316.7 (üç yüz on altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 31.3 (otuz bir manat, otuz qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80310 Samsung Galaxy A50 markalı telefon üçün 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Qazan dəsti SHOSMAN üçün 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X1 Neckband Headphones, Tərəzi BEURER üçün 53.5 (əlli üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 5.5 (beş manat, əlli qəp) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. Soyuducu HOFFMANN, Paltaryuyan Samsung üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; ümumilikdə 3429 manat borc və 54.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Soyuducu Samsung, 2 ədəd Dr.Beckmann Paslanmayan metal təmizləyicisi, Soyuducular üçün yüksəktəsirli təmizləyici vasitə, Lenovo kompüter, Microsoft Windows 10 Pro, Mouse Logitech, Paltaryuyan Samsung, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power, Samsung LED TV, Ətçəkən Kenwood, İmei kodu **********99220 Samsung Galaxy S9+ DUAL markalı telefon, İmei kodu **********80310 Samsung Galaxy A50 markalı telefon, Qazan dəsti SHOSMAN, X1 Neckband Headphones, Tərəzi BEURER, Soyuducu HOFFMANN, Paltaryuyan Samsung almış və nəticədə 3429 (üç min dörd yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1693.8 (bir min altı yüz doxsan üç manat, səksən qəpik) manat (18 ay x 94.1 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Samsung, 2 ədəd Dr.Beckmann Paslanmayan metal təmizləyicisi, Soyuducular uchun yuksektesirli temizleyici vasite üçün 173 (yüz yetmiş üç) manat olmaqla ondan, 157.7 (yüz əlli yeddi manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat, otuz qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2657.4 (iki min altı yüz əlli yeddi manat, qırx qəpik; manat (12 ay x 217.7 manat + 45 manat ilkin ödəniş) olan Lenovo kompüter, Microsoft Windows 10 Pro, Mouse Logitech üçün 997 (doqquz yüz doxsan yeddi) manat olmaqla ondan 907 (doqquz yüz yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3047.4 (üç min qırx yeddi manat, qırx qəpik) (18 ay x 169.3 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power, Samsung LED TV üçün 896 (səkkiz yüz doxsan altı) manat olmaqla ondan 815 (səkkiz yüz on beş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 567 (beş yüz altmış yeddi) manat (18 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) olan Ətçəkən Kenwood üçün 449 (dörd yüz qırx doqquz) manat olmaqla ondan 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2581 (iki min beş yüz səksən bir) manat (18 ay x 143 manat + 7 manat ilkin ödəniş) olan, İmei kodu **********99220 Samsung Galaxy S9+ DUAL markalı telefon üçün 348 (üç yüz qırx səkkiz) manat olmaqla ondan 316.7 (üç yüz on altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 31.30 (otuz bir manat, otuz qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********80310 Samsung Galaxy A50 markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat olmaqla ondan 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan , Qazan dəsti SHOSMAN üçün 191 (yüz doxsan bir) manat olmaqla ondan 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 297 (iki yüz doxsan yeddi) manat (11 ay x 27 manat + 0 manat ilkin ödəniş) olan, X1 Neckband Headphones, Tərəzi BEURER üçün 59 (əlli doqquz) manat olmaqla ondan 53.5 (əlli üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 5.5 (beş manat, əlli qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2286 (iki min iki yüz səksən altı) manat (18 ay x 127 manat + 0 manat ilkin ödəniş) olan, Soyuducu HOFFMANN, Paltaryuyan Samsung üçün 48 (qırx səkkiz) manat olmaqla ondan 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2019-cu il tarixində Samsung LED TV və X2-dən imtina etmiş və məhsul 1652.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 580 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1652.4 manat, digər 8 müqavilə üzrə (xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla) cəmi ödədiyi məbləğ manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-ci il, xx.xx.2020ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 54.29 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung, 2 ədəd Dr.Beckmann Paslanmayan metal təmizləyicisi, Soyuducular üçün yüksəktəsirli təmizləyici vasitə üçün 157.7 (yüz əlli yeddi manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat, otuz qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo kompüter, Microsoft Windows 10 Pro, Mouse Logitech üçün 907 (doqquz yüz yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power, Samsung LED TV üçün 815 (səkkiz yüz on beş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Ətçəkən Kenwood üçün 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99220 Samsung Galaxy S9+ DUAL markalı telefon üçün 316.7 (üç yüz on altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 31.3 (otuz bir manat, otuz qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********80310 Samsung Galaxy A50 markalı telefon üçün 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Qazan dəsti SHOSMAN üçün 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X1 Neckband Headphones, Tərəzi BEURER üçün 53.5 (əlli üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 5.5 (beş manat, əlli qəp) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. Soyuducu HOFFMANN, Paltaryuyan Samsung üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; ümumilikdə 3429 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 157.7 (yüz əlli yeddi manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat, otuz qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 907 (doqquz yüz yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 815 (səkkiz yüz on beş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 316.7 (üç yüz on altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 31.3 (otuz bir manat, otuz qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, 53.5 (əlli üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 5.5 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; ümumilikdə 3429 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 157.7 (bir yüz əlli yeddi manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat otuz qəpik) manat cərimə; xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən 907 (doqquz yüz yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 815 (səkkiz yüz on beş) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 316.7 (üç yüz on altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 31.3 (otuz bir manat otuz qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Qazan dəsti SHOSMAN üçün 174 (bir yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 53.5 (əlli üç manat əlli qəpik) manat ödənilməmiş hissə, 5.5 (beş manat əlli qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; ümumilikdə 3429 (üç min dörd yüz iyirmi doqquz) manat borc və 54.29 (əlli dörd manat iyirmi doqquz) manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3830/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3830/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver