Məhkəmə qərarları › İş №e-2(005)-3849/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3849/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3849/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, vinil şəffaf, İmei kod **********00270 Samsung Galaxy S22 markalı telefon, vinil mat, Samsung Charger üçün 2038,64 (iki min otuz səkkiz manat 64 qəpik) manat ödənilməmiş hissə, 203,36 (iki yüz üç manat 36 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********02207 Huawei Nova 111 markalı telefon, vinil şəffaf, vinil mat, X1qlıq üçün 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********90508 X3 11 markalı telefon üçün 194,14 (yüz doxsan dörd manat 14 qəpik) manat ödənilməmiş hissə, 19,86 (on doqquz manat 86 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Samsung S22 dəri qoruyucu üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********17284 X4 11 markalı telefon, AİWA qulaqlıq üçün 87,78 (səksən yeddi manat 78 qəpik) manat ödənilməmiş hissə, 8,22 (səkkiz manat 22 qəpik) manat cərimə olmaqla ümumilikdə 3143 (üç min yüz qırx üç) manat borc və 51,43 (əlli bir manat 43 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2361,56 (iki min üç yüz altmış bir manat 56 qəpik) manat (18 ay x 119,92 manat + 203 manat ilkin ödəniş) olan vinil şəffaf, İmei kod **********00270 Samsung Galaxy S22 markalı telefon, vinil mat, Samsung Charger üçün ümumilikdə 2242 (iki min iki yüz qırx iki) manat olmaqla ondan, 2038,64 (iki min otuz səkkiz manat 64 qəpik) manat ödənilməmiş hissə, 203,36 (iki yüz üç manat 36 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 880 (səkkiz yüz səksən) manat (12 ay x 62 manat + 136 manat ilkin ödəniş) olan İmei kod **********02207 Huaweı Nova 111 markalı telefon, vinil şəffaf, vinil mat, X1qlıq üçün ümumilikdə 545 (beş yüz qırx beş) manat olmaqla ondan 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 640,76 (altı yüz qırx manat 76 qəpik) manat (12 ay x 49,23 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KOD **********90508 X3 11 markalı telefon üçün ümumilkdə 214 (iki yüz on dörd) manat olmaqla ondan 194,14 (yüz doxsan dörd manat 14 qəpik) manat ödənilməmiş hissə, 19,86 (on doqquz manat 86 qəp) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 10,5 manat + 27 manat ilkin ödəniş) olan Samsung S22 dəri qoruyucu üçün ümumilkdə 46 (qırx altı) manat olmaqla ondan 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd ) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 800,96 (səkkiz yüz manat 96 qəpik) manat (12 ay x 61,33 manat + 65 manat ilkin ödəniş) olan, İmei kod **********17284 X3 11 markalı telefon, AİWA qulaqlıq üçün ümumilkdə 96 (doxsan altı) manat olmaqla ondan 87,78 (səksən yeddi manat 78 qəpik) manat ödənilməmiş hissə, 8,22 (səkkiz manat 22 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində İmei kod **********17284 X4 11 markalı telefon və qızıl zəmanət Ultra 2 il xidmətindən imtina etmiş və məhsul 640,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 72,98 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 640,2 manat, ümumilikdə, 1914.72 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş cavabdeh tərəfindən qeyd olunan ünvanda yaşamaması səbəbindən qəbul edilməmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan borcla razı olduğunu, lakin hal-hazırda işləmədiyinə görə borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, həmçinin cavabdehin ərizəsinə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2361,56 (iki min üç yüz altmış bir manat 56 qəpik) manat (18 ay x 119,92 manat + 203 manat ilkin ödəniş) olan vinil şəffaf, İmei kod **********00270 Samsung Galaxy S22 markalı telefon, vinil mat, Samsung Charger almışdır. - "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 880 (səkkiz yüz səksən) manat (12 ay x 62 manat + 136 manat ilkin ödəniş) olan İmei kod **********02207 Huaweı Nova 111 markalı telefon, vinil şəffaf, vinil mat, X1qlıq almışdır. - "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 640,76 (altı yüz qırx manat 76 qəpik) manat (12 ay x 49,23 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KOD **********90508 X3 11 markalı telefon almışdır. - "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 10,5 manat + 27 manat ilkin ödəniş) olan Samsung S22 dəri qoruyucu almışdır. - "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 800,96 (səkkiz yüz manat 96 qəpik) manat (12 ay x 61,33 manat + 65 manat ilkin ödəniş) olan, İmei kod **********17284 X3 11 markalı telefon, AİWA qulaqlıq almışdır. - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, qeyd olunan müqavilələrin bütün şərtləri yerinə yetirilənə qədər əşya "xxxx" MMC-nin əmlakı hesab olunur və “Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a tam sahiblik hüquq “Müştəri”-yə keçir. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 5 müqaviləyə əsasən cavabdeh aldığı əşyalara görə müqavilə üzrə öhdəlikləri gecikdirmiş və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu ödəməsi tələb olunur. - xx.xx.2024-cü il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 3143 (üç min yüz qırx üç) manat borcu var. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 51,43 (əlli bir manat 43 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan borcla razı olduğunu, lakin hal-hazırda işləmədiyinə görə borcu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 5 müqaviləyə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqısatqı (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin cavabdehdən müqavilələr üzrə müvafiq olaraq 203,36 manat, 49 manat, 19,86 manat, 4 manat və 8,22 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, müqavilələr üzrə əsas borcların məbləğini nəzərə alaraq, bağlanmış müqavilələr üzrə tələb olunan 203,36 manat, 49 manat, 19,86 manat, 4 manat və 8,22 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51,43 (əlli bir manat 43 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2038,64 (iki min otuz səkkiz manat 64 qəpik) manat ödənilməmiş hissə, 203,36 (iki yüz üç manat 36 qəpik) manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 194,14 (yüz doxsan dörd manat 14 qəpik) manat ödənilməmiş hissə, 19,86 (on doqquz manat 86 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 87,78 (səksən yeddi manat 78 qəpik) manat ödənilməmiş hissə, 8,22 (səkkiz manat 22 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3143 (üç min yüz qırx üç) manat borc və 51,43 (əlli bir manat 43 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6-cı, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2038,64 (iki min otuz səkkiz manat 64 qəpik) manat ödənilməmiş hissə, 203,36 (iki yüz üç manat 36 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 194,14 (yüz doxsan dörd manat 14 qəpik) manat ödənilməmiş hissə, 19,86 (on doqquz manat 86 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 42 (qırx iki) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 87,78 (səksən yeddi manat 78 qəpik) manat ödənilməmiş hissə, 8,22 (səkkiz manat 22 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3143 (üç min yüz qırx üç) manat borc və 51,43 (əlli bir manat 43 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar