Məhkəmə qərarları › İş №e-2(005)-3861/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3861/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3861/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sifarişçi Abşeron rayon İcra və Probasiya Şöbəsinin, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və 2(012)-515/2018 saylı icra vərəqəsi əsasında “X14” ASC tərəfindən 19 fevral 2020-ci il tarixdə tərtib edilmiş və Bakı şəhər, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manata "xxxx" BOKT ASC-nin mülkiyyətinə verilməsinə dair № 13/01 saylı yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 515/2018 saylı, 27 senyabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X14” ASC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, “Finoko“ BOKT ASC arasında 13/01 saylı 19 fevral 2020-ci il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı DƏDR-dən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır.(Qeydiyyat № **********, tarix : xx.xx.2020) Qeyd edir ki, əmlakın ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilmiş, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti sonradan 75.000 (yetmiş beş min) manat təşkil etmiş, yekun olaraq isə 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manata ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Bildirir ki, yekun hərracın keçirildiyi tarixdə, banka olan borcu 40.772,06 (qırx min yeddi yüz yetmiş iki ABŞ dolları, altı sent) ABŞ Dolları təşkil etmiş, əmlakın ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilməsinə baxmayaraq, yekun olaraq 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manata ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Belə ki, 90.000 (doxsan min) manat məbləğində ilkin satış qiyməti qoyulmuş əmlaka biçilən 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul, əmlakın ilkin dəyərindən 63.75 % aşağı məbləğ təşkil etmişdir. Həmçinin bildirir ki, kreditor X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 21 dekabr 2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX tərəfindən "xxxx" BOKT ASC-yə ********** saylı çıxarış verilmişdir.Qeyd edir ki, atası Əyyub Hüseynov vəfat etdikdən sonra vərəsəlik açılmamış, ipoteka ilə yüklü edilmiş əmlaka vərəsəlik şəhadətnaməsi alınmamışdır. Bildirir ki, onun vərəsə kimi mirasdan pay almaq hüququ var və bu hüquq qanunla qorunur, bu fakt hərracın qanunsuz keçirilməsini göstərir. Sözügedən mənzil ipoteka predmeti olsa da, artıq həmin əmlak vərəsəlik qaydasında vərəsələrə keçmiş və həmin əmlak artıq başqa şəxslərin mülkiyyətidir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" BOKT ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X3 34818,59 ABŞ Dolları borcun tutulması və tutmanın X4 mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(105)-1001/2019 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamışdır.AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5231/2019 saylı qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il taixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak artıq iki dəfə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından qanunvericiliyə uyğun olaraq 57.375 manata "xxxx" BOKT ASC-yə təklif edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC ilə "xxxx" BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında xx.xx.2020-ci il tarixli 13/01 saylı Yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən ARDƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. (Qeydiyyat № **********, tarix :xx.xx.2020) Daha sonra X8 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC və Abşeron rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın yekun nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-2793/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11337/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni hüquqi qüvvəyə minmişdir. İddiaçı qeyd edir ki, X8 eyni tələb və eyni əsasla məhkəməyə müraciət etmiş və hərracın nəticələri haqqında xx.xx.2020-ci il tarixli 13/01 saylı Yekun Protokolun etibarsız hesab edilməsini tələb etmişdir. X8 iddiasını onunla əsaslandırmışdır ki, 90.000 (doxsan min) manat məbləğində ilkin satış qiyməti qoyulmuş əmlaka biçilən 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul, əmlakın ilkin dəyərindən 63.75 % faiz aşağı məbləğ təşkil etmişdir. Adıçəkilən iddia tələbi və əsaslandırıldığı hallar İddiaçı iddiası ilə eyni mahiyyətdədir. Bu səbəbdən məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün iddia tələbi rədd edilməlidir. Digər tərəfdən xx.xx.2020-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən X6 xx.xx.2020-ci il tarixində məktub göndərilmişdir. 107976 saylı poçt qəbzinin surətindən də göründüyü kimi, evdə heç kəs olmadığına görə sözügedən məktubu qəbul edən olmamışdır. “Birja yenilikləri” qəzetinin 200 saylı xx.xx.2020-ci il tarixli sayında xx.xx.2020-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında ünvan 4lin ilkin satış qiymətinin 90.000 manat olmaqla hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2020-ci il tarixində saat 11:00-da ünvan 5 ünvanında olan mənzilin ilkin satış qiymətinin 76.500 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən X6 xx.xx.2020-ci il tarixində məktub göndərilmişdir. 124823 saylı poçt qəbzinin surətindən də göründüyü kimi, X7 xx.xx.2020-ci il tarixində sözügedən məktubu şəxsən qəbul etmişdir.“Birja yenilikləri” qəzetinin 203 saylı xx.xx.2020-ci il tarixli sayında xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında ünvan 4lin ilkin satış qiymətinin 76.500 manat olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2020-ci il tarixində Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Həmin məktubun surəti məlumat üçün X6 da göndərilib. 125045 saylı poçt qəbzinin surətindən də göründüyü kimi, X7 xx.xx.2020-ci il tarixində sözügedən məktubu şəxsən qəbul etmişdir. .“Birja yenilikləri” qəzetinin 205 saylı xx.xx.2020-ci il tarixli sayında xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında ünvan 4lin təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərracının nəticələri haqqında xx.xx.2020-ci il tarixli 13/01 saylı Yekun Protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ümumi sahəsi 62.5 kv.m olan fərdi yaşayış evi "xxxx" BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093041 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01/18 nömrəli bildiirşin surətinə əsasən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC kredit borcunun təminatı qismində ipoteka predmetinə tələbin yönədilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin №17/75-124-7H saylı, xx.xx.2019-cu il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)-515/2018 saylı xx.xx.2019-cu il tarixli İcra qeydi üzrə ipoteka qoyulan ünvan 4lə tutma yönəldilmiş və 27 yanvar 2020-ci il saat 11:00-da Bakı şəhəri, ünvan 6 ünvanda hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01/242 nömrəli bildiirşin surətinə əsasən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC kredit borcunun təminatı qismində ipoteka predmetinə tələbin yönədilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin №17/75-124-7H saylı, xx.xx.2019-cu il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)-515/2018 saylı xx.xx.2019-cu il tarixli İcra qeydi üzrə ipoteka qoyulan ünvan 4lə tutma yönəldilmiş və 12 fevral 2020-ci il saat 11:00-da Bakı şəhəri, ünvan 6 ünvanda hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC xx.xx.2020-ci il tarixdə "xxxx" BOKT ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklifinə əsasən, ünvan 4lin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir.İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 57375 (əlli yeddi min üç yüz yetmiş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2793/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC və Abşeron rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilmişdir. Abşeron Rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı, 108543 nömrəli X7 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmağ üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, X6 məxsus ünvan 4l ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, iddiaçı qeyd edir ki, atası Əyyub Hüseynov vəfat etdikdən sonra vərəsəlik açılmamış, ipoteka ilə yüklü edilmiş əmlaka vərəsəlik şəhadətnaməsi alınmamışdır. Belə olduğu halda, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 4l ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “hərracın və onun yekununda bağlanmış əmlakın müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar