Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3876/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, lenovo ideapad gaming 3 kompüter, apple airpods pro üçün 3753.6 manat ödənilməmiş hissə, 561.6 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Aksesuar, İMEİ kod **********21947 Samsung Galaxy A32 markalı telefon üçün 660 manat ödənilməmiş hissə, 158.4 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66660 blackview tab 8 10.1, İMEİ KOD **********66280 blackview tab 8 10.1 markalı planşetlər üçün 605 manat ödənilməmiş hissə, 178.2 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Qulaqlıq TWS Aiwa, Qulaqlıq TWS Aiwa, powerbank canyon, powerbank canyon, sup game console, fen ütü remington üçün 340 manat ödənilməmiş hissə, 57.6 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, su qızdırıcı hoffmann üçün 157 manat ödənilməmiş hissə, 45.6 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, hoffmann led tv üçün 147 manat ödənilməmiş hissə, 43.2 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62705 xıaomı redmı 9 markalı telefon üçün 126 manat ödənilməmiş hissə, 37.8 manat dəbbə pulu; ümumilikdə, 6871 manat borc, 88.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, lenovo ideapad gamıng 3 kompüter, apple airpods pro, aksesuar, imei kod **********21947 samsung galaxy a32 markalı telefon, imei kod **********66660 blackview tab 8 10.1, imei kod **********66280 blackview tab 8 10.1 markalı planşetlər, qulaqlıq tws aiwa, qulaqlıq tws aiwa, powerbank canyon, powerbank canyon, sup game console, fen ütü remington, su qızdırıcı hoffmann, hoffmann led tv, imei kodu **********62705 xıaomı redmı 9 markalı telefon almış və nəticədə 6871 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3753.6 manat (24 ay x 156.4 manat + 0 manat ilkin ödəniş) lenovo ıdeapad gamıng 3 Kompüter, apple airpods pro üçün ümumilikdə, 4315.2 manat olmaqla ondan, 3753.6 manat ödənilməmiş hissə, 561.6 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) Aksesuar, İMEİ KOD **********21947 samsung galaxy A32 markalı telefon üçün ümumilikdə 818.4 manat olmaqla ondan, 660 manat ödənilməmiş hissə, 158.4 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 982.8 manat (18 ay x 54.6 manat + 0 manat ilkin ödəniş) imei kod **********66660 blackview tab 8 10.1, imei kod **********66280 blackview tab 8 10.1 markalı planşetlər üçün ümumilikdə 783.2 manat olmaqla ondan, 605 manat ödənilməmiş hissə, 178.2 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 388.8 manat (24 ay x 16.2 manat + 0 manat ilkin ödəniş) Qulaqlıq TWS Aiwa, Qulaqlıq TWS Aiwa, powerbank canyon, powerbank canyon, sup game console, fen ütü remington üçün ümumilikdə 397.6 manat olmaqla ondan, 340 manat ödənilməmiş hissə, 57.6 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 354.6 manat (18ay x 19.7 manat + 0 manat ilkin ödəniş) su qızdırıcı hoffmann üçün ümumilikdə 202.6 manat olmaqla ondan, 157 manat ödənilməmiş hissə, 45.6 manat dəbbə pulu; xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 441 manat (18 ay x 24.5 manat + 0 manat ilkin ödəniş) hoffmann led tv üçün ümumilikdə 190.2 manat olmaqla ondan, 147 manat ödənilməmiş hissə, 43.2 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 manat (12 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********62705 xıaomı redmı 9 markalı telefon üçün ümumilikdə 163.8 manat olmaqla ondan, 126 manat ödənilməmiş hissə, 37.8 manat dəbbə pulu; Cavabdehin cəmi ödədiyi məbləğ 1302.2 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdirilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr və onlara əlavə edilmiş təhvil-təslim aktlarına əsasən, Cavabdeh ABC Telecom” MMC-dən lenovo ideapad gamıng 3 kompüter, apple airpods pro, aksesuar, imei kod **********21947 samsung galaxy a32 markalı telefon, imei kod **********66660 blackview tab 8 10.1, imei kod **********66280 blackview tab 8 10.1 markalı planşetlər, qulaqlıq tws aiwa, qulaqlıq tws aiwa, powerbank canyon, powerbank canyon, sup game console, fen ütü remington, su qızdırıcı hoffmann, hoffmann led tv, imei kodu **********62705 xıaomı redmı 9 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdehnın cəmi 5788.6 manat əsas borc, 1082.4 manat dəbbə pulu olmaqla, cəmi 6871 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək, cərimə məbləğinin tənasübsüz surətdə çox olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəbbə pulu məbləği azaldılmalı, 578.4 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 99.04 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 88.71 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5788.6 manat əsas borc, 578.4 manat dəbbə pulu olmaqla, cəmi 6367 manat pul və ödənilmiş 88.71 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5788.6 manat əsas borc, 578.4 manat dəbbə pulu olmaqla, cəmi 6367 (altı min üç yüz altmış yeddi) manat pul və ödənilmiş 88.71 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3876/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3876/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver