Məhkəmə qərarları › İş №e-2(005)-392/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-392/2022

03.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-392/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək və uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək və uzadılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və X2 mərhum X6 miras əmlak kimi qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi 17 nömrəli binanın 30 saylı) mənzilə, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzilə və Lexus 570” markalı **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə (Buraxılış ili 2010; mühərrik № 3UR3080638; ban № JT JHY00W5B4060395) dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar mərhum X7 valideynləri olmaqla qanun üzrə vərəsəsidir. Onlar İsrail dövlətinin vətəndaşıdırlar və orada yaşayırlar. X11 Şamayeviç Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan yaşamışdır. X11 Şamayeviç 05.09.2020-ci il tarixdə qəfil rəhmətə getmişdir. Miras əmlak kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə ünvan 1nanın 30 saylı) mənzili, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzili və Lexus 570” markalı **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobil (Buraxılış ili 2010; mühərrik № 3UR3080638; ban № JTJHY00W5B4060395) qalmışdır. Övladları rəhmətə gedən zaman, Azərbaycan Respublikasında geniş yayılmış “COVİD-19 virusu ilə bağlı karantin rejimi elan edildiyindən, eləcə də İkinci Qarabağ müharibəsi başladığından Azərbaycan Respublikası gəliş məhdudlaşdırılmışdı. Bu səbəbdən onlar Azərbaycan Respublikasına gələ bilməmiş və miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə təqdim edə bilməmişlər. Həmçinin onlar İsrail dövlətinin vətəndaşları olduqları üçün Azərbaycan Respublikası Qanunlarını da bilməmişlər. Bir müddət sonra onlara məlum olmuşdur ki, digər vərəsələr arasında mübahisə mövcuddur. Bundan sonra onlar vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və 23.07.2021-ci il tarixdə ünvan 2 ünvanlanaraq, mərhum X6 miras qalmış bütün daşınmaz və daşınar əmlaklar üzrə vərəsəlik payını qəbul etdiklərini və ümumi qaydada vərəsəlik payı müəyyən edib onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsində köməklik göstərilməsi xahiş edilmişdir. Daha sonra X5 mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin AZ İİ № 437673 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 27.06.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası X3. İş materiallarında olan AZ-İİ № 121658 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04.09.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45, M9, m2 saylı mənzil X7 adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı çıxarışın surətindən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli evin 2 saylı mənzili X7 adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri 21 saylı Dövlət Notariat Ofisinin 28.10.2021-ci il tarixli № 1602 saylı məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 AR Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 ay müddəti keçdiyinə görə mirası gecikdirilmişdir. Sözügedən halları nəzərə alaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 11.12.2021-ci il tarixli № 5/2524 saylı məktubundan görünür ki, İsrail vətəndaşları, 15.09.1933-cü il təvəllüdlü İddiaçı1 və 29.04.1940-cı il təvəllüdlü İddiaçı2 dövlət sərhədindən hərəkətləri “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi (İAMAS) üzrə yoxlanılmışdır. Qeyd olunan şəxslərin 2015-2021-ci illər ərzində AR-na səfərləri qeydə alınmamışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-969/2021 saylı 23.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, X7 miras əmlakı olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, giriş 45, mərtəbə 9, 2 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 6, 2 saylı mənzilə, “Lexus 570” markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilə, ləğv prosesində olan "xxxx" ASC-də X7 adına **********00876 nömrəli hesabda olan 505 ABŞ dolları məbləğində vəsaitə X8, X9 və X4 hər birinin 1/3 hissədə payları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə huquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İddiaçı1 və İddiaçı2 mərhum oğulları X6 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə ünvan 1nanın 30 saylı) mənzili, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzili və Lexus 570” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddəti buraxmış, lakin bu onların Azərbaycan Respublikasından kənarda yaşadıqları səbəbindən olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 oğulları İddiaçı1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə ünvan 1nanın 30 saylı) mənzili, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzili və Lexus 570” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair mirasın qəbulu ilə bağlı buraxılmış müddət üzürlü hesab edilməklə həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum oğulları X6 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 45 nömrəli binanın 2 saylı (köhnə ünvan üzrə ünvan 1nanın 30 saylı) mənzili, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 67 nömrəli binanın 2 saylı mənzili və “Lexus 570” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi tərəflərindən qəbulu müddəti, gecikdirmənin səbəbləri üzrlü hesab edilməklə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Nərimanov rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar