Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3961/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə iddia icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə Atron Kombi, Mirado Seksiya, Qaz requlyatoru, Kombi Stabilizator, İMEİ kodu **********46856 X3 8T markalı telefon, Xiaomi Redmi qulaqlıq, Anhel markalı mebel üçün cəmi 1475 (min dörd yüz yetmiş beş) manat borcun və 34.75 (otuz dörd manat 75 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 3961/2022 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Atron Kombi, Mirado Seksiya, Qaz requlyatoru, Kombi Stabilizator, İMEİ kodu **********46856 X3 8T markalı telefon, Xiaomi Redmi qulaqlıq, Anhel markalı mebel almış və nəticədə 1475 (min dörd yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1118,80 (min yüz on səkkiz manat 80 qəpik) manat (19 ay x 55,94 manat + 55,94 manat ilkin ödəniş) olan Atron Kombi, Mirado Seksiya, Qaz requlyatoru, Kombi Stabilizator üçün ümumilikdə, 857 (səkkiz yüz əlli yeddi) manat olmaqla ondan, 779,1 (yeddi yüz yetmiş doqquz manat 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77,9 (yetmiş yeddi manat 90 qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 554,84 (beş yüz əlli dörd manat 84 qəpik) manat (21 ay x 25,22 manat + 25,22 manat ilkin ödəniş) olan İMEİ kodu **********46856 X3 8T markalı telefon, Xiaomi Redmi qulaqlıq üçün ümumilikdə, 438 (dörd yüz otuz səkkiz) manat olmaqla ondan, 398,7 (üç yüz doxsan səkkiz manat 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39,3 (otuz doqquz manat 30 qəpik) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 326,4 (üç yüz iyirmi altı manat 40 qəpik) manat (9 ay x 32,64 manat + 32,64 manat ilkin ödəniş) olan Anhel markalı mebel üçün ümumilikdə, 180 (yüz səksən) manat olmaqla ondan, 163,2 (yüz altmış üç manat 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,8 (on altı manat 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin "xxxx" MMC-nə cəmi ödədiyi məbləğ 659,04 (altı yüz əlli doqquz manat 04 qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Atron Kombi, Mirado Seksiya, Qaz requlyatoru, Kombi Stabilizator, İMEİ kodu **********46856 X3 8T markalı telefon, Xiaomi Redmi qulaqlıq, Anhel markalı mebel almış və nəticədə 1475 (min dörd yüz yetmiş beş) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə "ABC TELECOM“ MMC -yə olan ümumi borcu 1475 (min dörd yüz yetmiş beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh qalıq borcunun tam dəyərinin və gecikmiş günlərə görə hesablanmış peniya məbləğinin qısa müddət ərzində ödənilməsi tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmışdır. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia tələbinin 77,9 manat, 39,3 manat və 16,8 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 77,9 manat cərimənin 7,79 manat həddinədək, tələb olunan 39,3 manat cərimənin 3,93 manat həddinədək və tələb olunan 16,8 manat cərimənin 1,68 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.75 (otuz dörd manat 75 qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Atron Kombi, Mirado Seksiya, Qaz requlyatoru, Kombi Stabilizator, İMEİ kodu **********46856 X3 8T markalı telefon, Xiaomi Redmi qulaqlıq, Anhel markalı mebel üçün ümumilikdə 1341 (min üç yüz qırx bir) manat əsas borc, 13,4 (on üç manat 40 qəpik) manat cərimə borcu olmaqla cəmi 1354,40 (min üç yüz əlli dörd manat 40 qəpik) manat borc və 34.75 (otuz dörd manat 75 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Atron Kombi, Mirado Seksiya, Qaz requlyatoru, Kombi Stabilizator, İMEİ kodu **********46856 X3 8T markalı telefon, Xiaomi Redmi qulaqlıq, Anhel markalı mebel üçün ümumilikdə 1341 (min üç yüz qırx bir) manat əsas borc, 13,4 (on üç manat 40 qəpik) manat cərimə borcu olmaqla cəmi 1354,40 (min üç yüz əlli dörd manat 40 qəpik) manat borc və 34.75 (otuz dörd manat 75 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3961/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3961/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver