Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3964/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PS5 oyun pultu, Playstation 5 üçün 1340.91 (min üç yüz qırx manat doxsan bir qəp) manat ödənilməmiş hissə, 134.09 (yüz otuz dörd manat doqquz qəp) manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləsinə ət çəkən Gorenje, termopot Hoffmann, mikrodalğalı soba Hoffmann üçün 736.8 (yeddi yüz otuz altı manat səksən qəp) manat ödənilməmiş hissə, 73.2 (yetmiş üç manat iyirmi qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********99746 Samsung Galaxy A34 markalı telefon üçün 627.84 (altı yüz iyirmi yeddi manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 62.16 (altmış iki manat on altı qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, dondurucu Hoffmann, blender Tefal üçün 459.48 (dörd yüz əlli doqquz manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 45.52 (qırx beş manat əlli iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ətçəkən Kenwood üçün 173.03 (yüz yetmiş üç manat üç qəp) manat ödənilməmiş hissə, 17.97 (on yeddi manat doxsan yeddi qəp) manat cərimə, ümumilikdə 3671 manat borc və 56.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixlərindəki müqavilələrə əsasən PS5 oyun pultu, Playstation 5, ət çəkən Gorenje, termopot Hoffmann, mikrodalğalı soba Hoffmann, İmei kod **********99746 Samsung Galaxy A34 markalı telefon, dondurucu Hoffmann, blender Tefal, ətçəkən Kenwood almış və nəticədə 3671 (üç min altı yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1776.96 (min yeddi yüz yetmiş altı manat doxsan altı qəp) manat (18 ay x 98.72 manat + 0 manat ilkin ödəniş) olan PS5 oyun pultu, Playstation 5 üçün 1475 (min dörd yüz yetmiş beş) manat olmaqla ondan, 1340.91 (min üç yüz qırx manat doxsan bir qəp) manat ödənilməmiş hissə, 134.09 (yüz otuz dörd manat doqquz qəp) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1067.94 (min altmış yeddi manat doxsan dörd qəp) manat (18 ay x 59.33 manat + 0 manat ilkin ödəniş) olan ət çəkən Gorenje, termopot Hoffmann, mikrodalğalı soba Hoffmann üçün 810 (səkkiz yüz on) manat olmaqla ondan, 736.8 (yeddi yüz otuz altı manat səksən qəp) manat ödənilməmiş hissə, 73.2 (yetmiş üç manat iyirmi qəp) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1036.44 (min otuz altı manat qırx dörd qəp) manat (12 ay x 86.37 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********99746 Samsung Galaxy A34 markalı telefon üçün 690 (altı yüz doxsan) manat olmaqla ondan 627.84 (altı yüz iyirmi yeddi manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 62.16 (altmış iki manat on altı qəp) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 669.96 (altı yüz altmış doqquz manat doxsan altı qəpik) manat (18 ay x 37.22 manat + 0 manat ilkin ödəniş) dondurucu Hoffmann, blender Tefal üçün 505 (beş yüz beş) manat olmaqla ondan 459.48 (dörd yüz əlli doqquz manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 45.52 (qırx beş manat əlli iki qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 281.7 (iki yüz səksən bir manat yetmiş qəpik) manat (18 ay x 15.65 manat + 0 manat ilkin ödəniş) ətçəkən Kenwood üçün 191 (yüz doxsan bir) manat olmaqla ondan 173.03 (yüz yetmiş üç manat üç qəp) manat ödənilməmiş hissə, 17.97 (on yeddi manat doxsan yeddi qəp) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1494.94 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, dondurucu Hoffmann, Tefal markalı blender almış və nəticədə 505 (beş yüz beş) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, ət çəkən Gorenje, termopot Hoffmann, Hoffmann markalı mikrodalğalı soba almış və nəticədə 810 (səkkiz yüz on) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Kenwood markalı ətçəkən almış və nəticədə 191 (yüz doxsan bir) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, PS5 oyun pultu, Playstation 5 almış və nəticədə 1475 (min dörd yüz yetmiş beş) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********99746 Samsung Galaxy A34 markalı telefon almış və nəticədə 690 (altı yüz doxsan) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə ödənilməyən ümumi borcu 3671 manat olmaqla ondan 3338.06 manat əsas borc, 332.94 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə Azərbaycan Respublikası əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-247.7-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PS5 oyun pultu, Playstation 5 üçün 1340.91 (min üç yüz qırx manat doxsan bir qəp) manat ödənilməmiş hissə, 134.09 (yüz otuz dörd manat doqquz qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə ət çəkən Gorenje, termopot Hoffmann, mikrodalğalı soba Hoffmann üçün 736.8 (yeddi yüz otuz altı manat səksən qəp) manat ödənilməmiş hissə, 73.2 (yetmiş üç manat iyirmi qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********99746 Samsung Galaxy A34 markalı telefon üçün 627.84 (altı yüz iyirmi yeddi manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 62.16 (altmış iki manat on altı qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, dondurucu Hoffmann, blender Tefal üçün 459.48 (dörd yüz əlli doqquz manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 45.52 (qırx beş manat əlli iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ətçəkən Kenwood üçün 173.03 (yüz yetmiş üç manat üç qəp) manat ödənilməmiş hissə, 17.97 (on yeddi manat doxsan yeddi qəp) manat cərimə, ümumilikdə 3671 manat borc və 56.71 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1340.91 (min üç yüz qırx manat doxsan bir qəp) manat əsas borc, 134.09 (yüz otuz dörd manat doqquz qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 736.8 (yeddi yüz otuz altı manat səksən qəp) manat əsas borc, 73.2 (yetmiş üç manat iyirmi qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 627.84 (altı yüz iyirmi yeddi manat səksən dörd qəp) manat əsas borc 62.16 (altmış iki manat on altı qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 459.48 (dörd yüz əlli doqquz manat qırx səkkiz qəpik) manat əsas borc, 45.52 (qırx beş manat əlli iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 173.03 (yüz yetmiş üç manat üç qəp) manat əas borc, 17.97 (on yeddi manat doxsan yeddi qəp) manat cərimə, ümumilikdə 3671 manat borc və 56.71 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3964/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3964/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver